Hikmət Hacıyev: Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır

/ Cümə axşamı, 15 Oktyabr 2020 15:30
Hikmət Hacıyev: Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır

"Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki şəxs öldürülüb, 3 nəfər isə ağır yaralanıb”.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”, - H.Hacıyev qeyd edib.

Please publish modules in offcanvas position.