Düşmən Ordubadı raketdən atəşə tutdu

/ Cümə, 16 Oktyabr 2020 13:49
Düşmən Ordubadı raketdən atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Please publish modules in offcanvas position.