Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 32 nəfər vəfat edib

/ Cümə axşamı, 26 Noyabr 2020 18:04
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 32 nəfər vəfat edib

Azərbaycanda koronavirusa (COVID-19) 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 32 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 36273 nəfərdir.

Ölkədə son sutka ərzində 19178, hazırkı dövrədək isə 1665832 test aparılıb.

Ümumi ölənlərin sayı 1256 nəfərdir.

Ümumi yoluxanların sayı 106101nəfər, ümumi sağalanların sayı 68572 nəfərdir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.