Rusiyalı deputat A.Juravlyov Bərdəyə səfər edib

/ Cümə axşamı, 18 Fevral 2021 15:12
Rusiyalı deputat A.Juravlyov Bərdəyə səfər edib

Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində Bərdə şəhərində olub. Məlum olduğu kimi, 44 günlük müharibə zamanı cəbhə xəttindən 40 km uzaqda yerləşən Bərdə şəhəri oktyabrın 28-də erməni işğalçılarının raket atəşinə tutulmuş, nəticədə 5-i qadın olmaqla 22 mülki şəxsin həyatını itirmiş, 70 adam yaralanmış, 30-dan çox mülki obyekt, 20-dən çox yaşayış evi dağıdılmış, o cümlədən, 22 nəqliyyat vasitəsinə ziyan vurulmuşdur. 

Müharibə vaxtı intensiv şəkildə “Toçka U” və “Smerç” raket zərbələrinə məruz qalmış şəhər mərkəzi meydanı və bazarında olan rusiyalı deputat bildirib ki, bunlar avtomatdan atılmış təsadüfi güllələr deyil, hərbi cinayətdir və buna görə cinayətə məsul olan siyasi və hərbi rəhbərlik cavab verməlidir. Daha sonra Dövlət Dumasının deputatı birbaşa raket zərbəsi nəticəsində tamamilə dağılmış restoranda olub. Qeyd etmək lazımdır ki, raket xarici jurnalistlərin ora gəlməyinə 30 dəqiqə qalmış bu obyektə düşmüşdür.

Bərdə şəhərinə səfərinin sonunda Juravlyov oğlunu itirmiş ailəyə baş çəkib. Raket onların həyətinə düşmüş və gənc oğlanı xilas etmək mümkün olmamışdır. Deputat bu ailəyə başsağlığı verərək, günahkarların müvafiq cəza alacaqlarına ümidini bildirib. 

Gördüklərindən sarsılan deputat bunları bildirib: “Aydın görünür ki, yaxında olan hərbi obyektlər şəhərdən onlarla kilometr kənarda yerləşir. Bu, atəş haqda əmr verənlərin dinc əhaliyə qarşı düşünülmüş surətdə zərbə vurduqlarını göstərir. İstintaq aparılmalı və bütün günahkarlar cəzalandırılmalıdır”. 

Shekil 3

Shekil 6

Please publish modules in offcanvas position.