“Azərbaycanda dövlət-din münasibətləri” kitabı çapdan çıxıb

/ Bazar ertəsi, 22 Fevral 2021 15:21
“Azərbaycanda dövlət-din münasibətləri” kitabı çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Azərbaycanda dövlət-din münasibətləri” kitabı nəşr olunub.

İnstitutun məlumatında bildirilir ki, monoqrafiyada Azərbaycanda dövlət-din münasibətlərinin tarixi nəzəri və hüquqi aspektlərdən tədqiq edilir. Eyni zamanda, Azərbaycanda dünyəvilik prinsipinin tarixi kökləri araşdırılır, müasir dövrdə bəşəriyyətdə mövcud dövlət-din münasibətlərinin modelləri müqayisə edilir. Əsərdə, həmçinin müstəqillikdən sonra Azərbaycan Respublikasında din siyasətinin prioritetləri, əsas amilləri və bu siyasətin dinamikliyi müəyyənləşdirilir.

Monoqrafiya sosial və siyasi elmlər sahəsində çalışan tədqiqatçılar, sosioloqlar, tarixçilər, dinşünaslar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Aİİ ilahiyyat sahəsində tədqiqat əsərlərinin nəşrinə xüsusi diqqət yetirir. Belə ki, ali təhsil müəssisəsi yaradıldığı gündən bu sahədə tanınmış alimlərin kitablarının nəşrini həyata keçirir.

Please publish modules in offcanvas position.