Allahın razılığı

/ Çərşənbə, 31 Oktyabr 2007 18:11
Allahın razılığı

Həqiqi mömin sifətlərindən biri də rizadır, yəni razı qalmaq. İmam Sadiq buyurur: "Rizanın sifəti odur ki, xoşladığı və xoşlamadığı şeylərdən razı qalır". Ümumiyyətlə, bu mövzu çox böyük və məsuliyyətlidir. Amma nədənsə ağlıma ilk olaraq bu mövzu gəldi. Bəlkə də bu səbəbdəndir ki, son günlər məni çox narahat edir. Görəsən Allahın razılığını qazana bilərəmmi və yaxud Allahın razılığını qazanmaq üçün səy göstərirəmmi?

Allahın razılığı
Allah nəfsimizin və şeytanın şərindən qorusun bizləri!

Allahın razılığını qazanan insan dünyada da, axirətdə də nicat tapmışdır. Bəs nə etməliyik ki, bu xoşbəxtliyə biz də nail olaq?

Bunun üçün ilk öncə Allahı tanımalı, sonra onu sevməli, onun vacib buyurduğu əməlləri yerinə yetirməliyik. Biz Allahdan razı olmalıyıq ki, Allah da bizdən razı olsun. Verdiyi maddi və mənəvi nemətlərin daim şükrünü etməli, bizə üz verən bəlalara səbr etməliyik.

Musa peyğəmbər (ə) Allah-Təalaya ərz etdi ki, ey mənim Pərvərdigarım, mənə elə bir iş örət ki, onunla məndən razı qalasan. Vəhy gəldi: "Mənim təqdiratıma razı olsan, Mən də səndən razı qalaram".

Allahın razılığını qazanmaq üçün ətrafımızdakı insanların da razılığını qazanmaq çox önəmlidir. Mən belə düşünürəm ki, əgər bir insanın valideyni, dostu, həyat yoldaşı, övladı, müəllimi, qonşusu ondan razı olarsa Allah da ondan razı qalar.

Allahın razılığını qazanmağa səbəb olan mühüm amillərdən biri də əhli-beyt məhəbbətidir. Düşünürəm ki, əhli-beytin arxasınca getsək həm dünya və axirətdə nicat taparıq, həm də Allah bizlərdən razı qalar.

Əhli-beyt barəsində danışanda İmam Hüseyni (ə) xatırlamamaq məncə çox böyük xəta olar. Onun barəsində Qurani-Kərimdə bu mövzuyla əlaqədar ayə nazil olmuşdur. Müqəddəs Qurani-Kərimin Fəcr surəsinin 28-ci ayəsində buyurulur: "Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən".

Allahın razılığını qazanmaq istəyən hər bir kəsə İmam Hüseyn (ə) bir örnəkdir. İnşallah, Allah bizlərə də bu şərafəti nəsib etsin. Amin!

İmam Sadiqdən (ə) soruşurlar ki, bəndənin mömin olmağını nədən bilmək olar? O cənab buyurur: "Allaha təslim olmaqdan və ona vacib olan şadlıqdan və ya bədbəxtlikdən razı qalmasından".

Mövzunu tam əhatə edə bilməsəm də, bildiklərimi və düşündüklərimi yazdım. Bilmirəm, bu məqaləylə bağlı Allahın və sizlərin razılığını qazana bildim, yoxsa bəlkə də çox səy göstərməliyəm. Çünki Allahın razılığını qazanmaq biz düşündüyümüz qədər asan deyil.

Mövzunu duayla bitirmək istəyirəm.

Allah onun razılığını qazanmaq istəyən bəndələrindən razı olsun!

Mənə Allaha yaxın ollmaqda vasitəçi olanlardan Allah razı olsun!

Allah Allahdan razı olanlardan razı olsun!

Amin!

Könül BƏYNƏZƏROVA, tələbə

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.