Məada olan inamın insan həyatında rolu

/ Çərşənbə, 31 Oktyabr 2007 18:16
Məada olan inamın insan həyatında rolu

Əgər bu dünya həyatını başqa bir dünya olmadan təsəvvür etsək, həyat necə də puç və mənasız olar. Bu eynilə ana bətnindəki körpənin bu dünya ilə əlaqəsi olmaması kimidir. Bir anlığa təsəvvür edin ki, ana bətnindəki körpənin düşüncəsi olsa, orada keçirdiyi günlər barədə fikirləşib təəccüb edər və onu bir çox suallar düşündürməyə başlar. Nəyə görə mən buradayam, sonum necə olacaq? Əgər ona desələr ki, bu sənin keçirdiyin başlanğıcdır, sən geniş bir dünyaya daxil olub, orada günəş, ay, yaşıl ağaclar, otlar, güllər və s. görəcəksən, onda körpə rahat nəfəs alıb "indi bildim, mən nə üçün burdayam" deyər. Əgər ana bətnindəki dövrün bu dünya ilə əlaqəsi kəsilsə hər şey puç olar. Bu dünya ilə axirət aləminin əlaqəsi də bu cürdür.

Nəyə görə yaşayırıq? Yemək, paltar geyinmək, yatmaq və s. Ömrümüzün sonunadək bütün bunları etməkdən ötrümü yaşayırıq? Sadəcə bunlardan ötrü yaşamaqla məadı inkar edənlərə həyat puç və mənasız gəlir. Onlar nə ölümdən sonrakı həyata inanırlar, nə də ki, yaşamağın mənasını bilirlər. Məhz buna görə də bu cür insanların bəziləri həyatdan yaxa qurtarmaq üçün intihara əl atırlar. Lakin bu dünya əbədi bir həyata hazırlaşmalı olduğumuz bir məktəbdir. Həyata məna verən məaddır.

Axirət gününə etiqad bəsləməyin insanların həyatında böyük təsiri var. Qiyamətə, məada inanmaq, axirətin məhkəməsinə inanmaq deməkdir. Axirət aləminin məhkəməsi bu dünyanın məhkəmələrindən tamamilə fərqlənir. O məhkəmədə nə bir xahiş qəbul edilir, nə dostluq. İnsanın bu dünyada gördüyü əməllər orada hazır olaraq öz sahiblərini tapacaqlar. Orada şahidlər insanın öz bədən üzvləri olacaqdır. Hətta yer, daş, divar, qapı, pəncərə də şəhadət verəcəkdir. O məhkəmənin hakimi Allahdır – hər şeyi görən, hər şeyi bilən Allah. İnsanları cəzalandıran, yaxud mükafatlandıran, onların öz əməlləri olacaqdır.

Bu cür məhkəməyə inam insanda tərbiyəvi əhəmiyyət kəsb edir. Həzrəti Əli bu barədə buyurur: "And olsun Allaha ki, gecələri yumşaq yataq əvəzinə tikanlar üzərində keçirmək, gündüzləri əl-qolu zəncirli küçə-bazarda gəzdirilmək Allah bəndələrinin birinə zülm etmiş, yaxud birinin haqqını qəsb etmiş halda Allahın qarşısında hazır olmaqdan daha asandır" (Nəhcul-bəlağə, 224-cü xütbə).

Quran qiyamət məhkəməsi barədə buyurur: "Günahkarlar belə deyəcəklər "Vay halımıza! Bu necə bir kitab imiş! O bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" (Kəhf, 49).

Məada, axirət dünyasına, qiyamət gününün haqq-hesab kitabına olan inam insanda bütün işlərə qarşı məsuliyyət hissi yaradır. Onu bu dünyada günah işlətməkdən, haqsızlıq etməkdən, cinayət törətməkdən çəkindirir.

Mahizər YAQUBOVA, tələbə

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.