Dini dəyərlərimizə sahib çıxaq

/ Çərşənbə, 31 Oktyabr 2007 18:28
Dini dəyərlərimizə sahib çıxaq

Aərbaycanda mənəvi, dini dəyərlərimiz uzun müddət ərzində amansız aşınmalara məruz qalıb. Tarixən öz ilkinliyinə, öz mənliyinə qayıtmaq istəyən millətimiz dəqiq olaraq nəyə, hansı dəyəri bərpa etməyin fərqinə varmaqda zorluq, çətinlik çəkmişdir. Əlbəttə, burada yadellilərin, kafirlərin rolu da az olmamışdır. Onların təsiri altında Azərbaycan xalqı mənən təzyiqlərə məruz qalmış, ancaq buna baxmayaraq, öz keçmişini qoruyub saxlamağı və bunu gələcək nəsillərə ötürməyi bacarmışdır. Bu mübarizələrdə xalqımız zaman-zaman ağır nəticələrlə də üzləşmişdir. Xalqımızın maddi nemətləri talan edilmiş, mədəniyyəti, dili və dini ağır zərbə almışdır. Dindəki sarsıntılar da bu yöndən baş qaldırmışdır.

Din bəşər oğlunun inam, iman müəssisəsidir. İstər fərdin, istərsə də cəmiyyətin yaşaya bilməsi üçün din damardakı qızıl qan rolunu oynayır. Bunsuz normal insani fəaliyyətdən danışmaq artıqdır.

Allahın səbri böyükdür. Amma bu səbir, bu dözüm harayacan getməlidir? Qul Rəbbini büsbütün unutduqdan sonra artıq əməlinin cəzasını çəkməyə məhkum edilir. Düşdüyümüz bu dözülməz vəziyyəti özümüz yaratmışıq. Beləcə də davam etməkdədir. Axı nə vaxtadək bu belə davam edəcək? İndidəmi özümüzə gəlməyək, dinimizə qail olmayaq? Bəli, müasir dövrümüzdə də bu problem aktual bir problem olaraq qalmaqdadır. Bəs müasir gənclik buna hansı aspektdən yanaşır? Müasir gənclyin dinlə bağlı fikirləri necədir? İndiki gənclərin dinə tələbatı, din yolunda fəaliyyəti hansı səviyyədədir? Bu suallar bizləri çox düşündürüb və bəlkə də düşündürməkdə davam edəcək.

Əzi oxucular! Bəs sizlər dinin təbliğində, yayılmasında nə kimi fəaliyyət göstərmiş və ya göstərməyə təşəbbüs etmisiniz? Heç bu barədə öz-özünüzə sual vermisiniz? Bəlkə doğrudan da gələcəkdə bu sahədə ən önəmli rol oynayan insanlardan, Allahın sevimli qullarından biri də sizlər olacaqsınız? Axı niyə də olmasın? Bunun üçün ən əsası niyyətlərin, əməllərin təmiz, pak olmasıdır. Allah imanınızı artırsın. Amin!

Ziya QULİYEV, tələbə

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.