Allahı necə tanıyaq?!

/ Cümə axşamı, 26 Fevral 2015 18:38
Allahı necə tanıyaq?!

Oxucumuz Nicat Tarverdiyevin islam.az-ın elektron poçtuna daxil olan yazısını diqqətinizə təqdim edirik.

Bir fikir verin insanın idarə edilməsi məsələsinə, insan özbaşına hərəkət etməz. Zahirdə görsənə bilər ki, Allah qəlblərin sahibi olduğu ücun insan mənəviyyatının sahibidir. Yəni, məsələn, biz ölümdən qorxuruq! Hec fikir verdinizmi gecələr özümüz sanki öz ayağımızla ölümə doğru irələliyirik. Qəbirə (yatağımız) uzanıb hətta kəfəni də örtürük üstümüzə (yorğan) və bundan rahatlıq tapırıq. Zahirdə yuxu sanki ölümlə eynidir. Nəfs bizi çox yerə, sağa sola aparacaq. Lakin Allah hər zaman vədini yerinə yetirər.

Allah buyurur ki, hamınızın qaydışı Allaha tərəfdir. Hz Əli (ə) buyurur ki, insanın dünyada qalması azanla namaz arasında olan məsafə qədərdir. Məsələyə digər tərəfdən baxaq.

Bir balaca uşağı evdə tək qoysaq, valideynləri yanında olmasa, o, təbii ki, evi alt-üst edəcək - çünki idarə edəni yoxdur, nəzarəti yoxdur. İndi təsəvvür edin bu qalaktika yaxud təbiətin idarəsi nəzarətdə olmasa nə baş verər? İnsan bəzən Rəbbini göydə axtarır, Allah isə daim ayələrlə insanlara deyir ki, mən sizə şah damarnızdan yaxınam. Məni çağırın, mən də sizi eşidim. Necə çağırasan?! Narkotik aludəçisi gedib polisə qonşudan şikayət etsə polis onun işinə baxarmı? Əlbəttə, xeyr. Çünki digər insanlar da ondan şikayət edir polisə! Allah bilirsiz kimi eşidir? Yalnız etdiyi pis əməllərdən peşman olub gəlib yalnız Allaha sığınanı eşidir. Biz günah edə-edə Allahı çağırırıq və cavab gözləyirik! Hz. Muhəmməd (s) bilirsiz nə buyurur? Dualarnız qəbul olmursa, bilin ki, günahlarnız kəsir duaların qarşısını! Əvvəl günahdan təmizlənmək lazımdır, sonra nəsə istəmək.

Insanın Rəbbini tanıması üçün ətrafa göz gəzdirməyi yetər. Allah Quranda buyurur ki, Biz sizin üçün hər cür məsəllər çəkirik, bəlkə şükür edəsiz! İnsanın vicdanı hərdən sual verir özünə: "Bu qədər günah edirəm, itaətdən çıxıram, amma Rəbbimin nemətləri tükənmir?!" Yəni Allah nemət verməkdə davam edər, sənsə günahdan çəkinməzsən. Allah səndən heç nə istəmir, sadəcə bir şey deyir: Rəbbinin nemətlərinə qarşı nankorluq edənlərdən olma!

Uzun misaldır, bəlkə də eşitmisiz, qısa bir məqamı çatdırım nəzərinizə. Hz. Musa (ə) bir gün bir nəfərlə oturur süfrədə yemək yeməyə. Həmin şəxs əlini çörəyə uzadır. Hz. Musa (ə) isə onun əlini saxlayır, deyir ki, Allahın adını çəkmədin - olmaz yemək. Kişi əsəbləşir, deyir 60 ildi yaşıyıram, sən nə danışırsan, Allah kimdir?! Özün çağırmısan yemək yeməyə, indi də imkan vermirsən. İnciyib gedir. Birdən Cənab Cəbrayıl nazil olur buyurur: "Get o qocanın qəlbini al! Allah (c.c) Musaya (ə) buyurur ki, 60 ildi o məni tanımır, onun ruzisini heç vaxt kəsmədim, amma bir gün ruzisini sənə tapşırdım, sənsə qəlbini qırdın".

Allah kafirlər, münafiqlər , möminlər arasında nemətləri bərabər verir həmişə. Şeytan Allahdan möhlət alıb, hər cür yollarla insanları azdıracaq ki, Rəbbləri kim olduğunu tanımasınlar. Allah-təala daim bizi şükür edənlərdən qərar versin, inşallah, bizə bu yolda büdrəmək nəsib olmasın!

Nicat Tarverdiyev

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.