İmam Səccad (ə) qəm-qüssəni qovmaq üçün belə dua edərdi

/ Çərşənbə axşamı, 14 Aprel 2020 10:58
İmam Səccad (ə) qəm-qüssəni qovmaq üçün belə dua edərdi

"Ey qüssəni məhv edib qəmi aradan aparan! Ey dünyada və axirətdə Rəhman olan, iki dünyada rəhm edən, Muhəmməd və onun soyuna salam yetir və qəmimi məhv et, qəlbimdəki qüssəni aradan apar!

Ey yeganə olan, ey vahid, ey ehtiyacsız, ey doğmayan və doğulmayan, və Sənin tayın-bərabərin yoxdur, məni hifz et, paklıqla bəzə, çətinliyimi aradan apar! (və "Ayətül-kürsünü", "Fələq", "Nas" və "İxlas" surələrini oxuyun və sonra deyin):

– İlahi, Səndən ehtiyacı ağır olanın, gücü zəif, günahları çox olanın istəyi kimi istəyirəm! Ehtiyacına Səndən başqa səs verəni olmayanın, zəifliyi üçün Səndən başqa bir güc sahibi, müsibətlərinə Səndən savayı bağışlayanı olmayanın diləyi kimi, ey cəlal və kəramət sahibi, Səndən yerinə yetdikdə xoşladığın əməli, haqq yolunda sahib olana fayda verdiyin yəqini istəyirəm!

İlahi, Muhəmməd və onun soyuna salam yetir və canımı sabit qədəm olduğum halda al, dünyadan ehtiyacımı kəs, rəğbətimi rəhmətinə qaldır ki, başımda Səninlə görüşmək şövqü olsun, mənə Sənə xalisanə təvəkkül etməyi ehsan et!

Səndən keçmişin ən gözəl aqibətini istəyirəm, keçmişin ən pis aqibətindən Sənə pənah aparıram!

İlahi, Səndən bəndələrin qorxusunu, zəlil olanların ibadətini, təvəkkül edənlərin yəqinini, möminlərin təvəkkülünü istəyirəm!

İlahi, gədalığımdakı rəğbət və şövqümü aşiqlərinin gədalıqlarındakı rəğbəti kimi, qorxumu övliyalarının qorxub dinindən heç bir şeyi tərk etməyim.

İlahi, bu mənim hacətimdir, belə isə ona olan rəğbətimi böyüt, ondakı üzrümü aşkar et, onda cismimə sağlamlıq bəxş et.

Ey mənim Rəbbim! Mənim üçün sonu hər şeydən xeyrimi olan bir iş müqqəddər et, azdırcı fitnələrdən xilas et, rəhmətinə xatir, ey rəhm edənlərin rəhm edəni, Allahın səlatü səlamı, bərəkəti olsun haqqın göndərdiyi, seyyidimiz Muhəmmədə və onun pak soyuna".

("Səhifeyi-Səccadiyyə", 54-cü dua)

Please publish modules in offcanvas position.