Günün duası

/ Çərşənbə, 26 Dekabr 2012 17:27
Günün duası

"İlahi, həqiqətən heç kəs Sənin şükrünü layiqincə yerinə yetirə bilməz, (şükr etməyə müvəffəq olsa da) yenidən Sənin ehsanından, o şükrü etdiyi üçün başqa bir şükür lazım gəlir.

Nə qədər səy göstərsə də Sənin (layiq olduğun) itaətə çatmaz və Sənin layiq olduğun şükür müqabilində qüsurludur–Sənin sonsuz fəzl səbəbin ilə. Ən çox şükr edən bəndələr belə Sənə layiq şükr etmədə aciz, ən çox ibadət edən abidlər belə Sənə layiq itaət etməkdə acizdirlər".

("Səhifeyi-Səccadiyyə"nin 37-ci duasından)

Please publish modules in offcanvas position.