Günün duası

/ Şənbə, 26 Yanvar 2013 17:31
Günün duası

Böyük alim Seyyid ibn Tavusun gözəl dua və ziyarətnamələrdən ibarət «Mühəcüd-dəəvat» kitabında məşhur səhabə Salmani-farsinin dilindən rəvayət edilir ki, Həzrət Fatimeyi-Zəhra (s.ə) mənə buyurdu: «İstəyirsənmi, atam Mühəmmədin (s) mənə öyrətmiş olduğu və hər gün səhər-axşam oxuduğum bir duanı sənə öyrədim?». Cavab verdim: «Öyrət, ey seyyidəm (xanımım)». Fatimə (s.ə) buyurdu: «Əgər bu dünyada yaşadığın müddət boyunca qızdırmaya tutulmağı istəmirsənsə, bu duanı tez-tez oxu». Sonra o həzrət mənə bu duanı öyrətdi:

Duanın ərəbcə mətni belədir:

«Bismillahir-Rəhmanir-Rəhim.
Bismillahin-nur. Bismillahi nurin-nur. Bismillahi nurün əla nur. Bismillahil-ləzi hüvə müdəbbirül-ümur. Bismillahil-ləzi xələqən-nurə minən-nur. Əlhəmdü lillahil-ləzi xələqən-nurə minən-nur. Və ənzələn-nurə ələt-tur. Fi kitabin məstur. Fi rəqqin mənşur. Biqədərin məqdur. Əla nəbiyyin məhbur. Əlhəmdü lillahil-ləzi hüvə bil-izzi məzkur. Və bil-fəxri məşhur. Və ələs-sərrai vəz-zərrai məşkur. Və səlləllahü əla seyyidina Mühəmmədin və alihit-tahirin».
Tərcüməsi:

«Rəhim və Rəhman Allahın adı ilə.
Nur olan Allahın adı ilə. Nurun nuru olan Allahın adı ilə. Nur üzərində nur olan Allahın adı ilə. Bütün işləri idarə edən Allahın adı ilə. Nurdan nur yaradan Allahın adı ilə. Nurdan nur yaradan, Tur dağının üzərində Müqəddəs Kitabda (Tövratda), açılmış vərəqədə yazılan kimi, öz ölçü və miqdarında bilikli Peyğəmbərə (Həzrət Musaya (ə)) nuru (vəhyi) endirən Allaha həmd olsun. İzzəti ilə xatırlanan, fəxrlə tanınan, həm xoşluqla (möminlər tərəfindən), həm də ikrahla (kafirlər tərəfindən) şükr olunan Allaha həmd olsun. Ağamız Mühəmmədə və pak nəslinə Allahın salavatı olsun».
Rəvayətin sonunda Salmani-farsi Allaha and içir ki, mən bu duanı Məkkə və Mədinə əhalisindən qızdırmaya tutulmuş min nəfərə öyrətdim, onların hamısı duanı oxuyandan sonra Allahın izni ilə şəfa tapdı.

Please publish modules in offcanvas position.