Övladların maddi, mənəvi, əqidəvi uğurları üçün dua

/ Cümə axşamı, 04 İyul 2013 17:43
Övladların maddi, mənəvi, əqidəvi uğurları üçün dua

"İlahi! Onların (övladlarımın) ömürlərini uzat, əcəl vaxtlarını artır, mənim üçün tərbiyə et, bədənlərini, əqidə və əxlaqlarını sağlam et. Onlara mənəvi və fiziki sağlamlıq ver və mənə aid olan bütün işlərində uğur əta et. Ruzilərini mənim əlimlə artır və bol elə. Onları xeyirxahlardan, pəhrizkarlardan, doğru yolu görənlərdən, haqq sözü eşidənlərdən, Sənə itaət edənlərdən, dostlarını sevən və onlara öyüd verənlərdən, düşmənlərinə və Sənə inad edənlərə nifrət bəsləyənlərdən et!".

"İlahi Umdud li fi əmarihim və zid li fi acalihim və rabbi li sağirahum və asihha li əbdanəhum və ədyanəhum və əxlaqəhum və afihim fi ənfusihim və cəvarihihim və fi kulli ma unitu bihi min əmrihim və ədrir li alə yədəyyə ərzaqəhum. Vəcəlhum əbrarən ətqiyaə busaraə samiinə mutiinə ləkə və liavliyaikə muhibbinə mənasihinə və licəmii əadaikə muanidinə və mubğizinə amin".

"Səhifeyi-Səccadiyyə", 25-ci dua

Please publish modules in offcanvas position.