Quran surələri haqqında bunları bilirikmi?

/ Bazar ertəsi, 11 Fevral 2013 11:08
Quran surələri haqqında bunları bilirikmi?

Peyğəmbər (s) buyurub: “Həmd (Fatihə) surəsinin fəzilət və savabı ərşi çiyinlərində daşıyan mələklərin savabına bərabərdir. Kim bu surəni oxusa, ərşi çiyinlərində daşıyan mələklərin savabına nail olar”.

Həzrət Məhəmməd (s) buyurub: “Bir mələk nazil olub dedi ki, Allah sənə iki surəni müjdə verir. Biri “Fatihə” surəsi, digəri isə “Bəqərə” surəsinin son ayələri. Bunları səndən başqa bir peyğəmbərə müjdə verməmişdir”.

Başqa bir hədisdə deyilir ki, əgər “Fatihə” surəsini tərəzinin bir gözünə, Quranın qalan surələrini isə tərəzinin digər gözünə qoysalar, “Fatihə” surəsi yeddi dəfə ağır gələr (Bu ağırlıq onun savabının çoxluğunu bildirir).

Please publish modules in offcanvas position.