Quran surələri haqqında bunları bilirikmi?

/ Bazar ertəsi, 08 Aprel 2013 11:23
Quran surələri haqqında bunları bilirikmi?

İmam Sadiq (ə) buyurub: “Muhəmməd” surəsini oxuyan şəxs ölənə qədər (haqqı batildən ayırmaqda) əsla şəkkə düçar olmaz, Allah ona kasıbçılıq göstərməz və heç bir sultan qorxusu ona yol tapa bilməz. Elə ki, həmən şəxs öldü, Allah min mələyə onun üçün namaz qılmağı əmr edər, namazların savabını ona verər və mələklər onun dəfnində iştirak edərlər. Qiyamətdə də Allahın hüzurunda Peyğəmbərin (s) yanında olar”.

Xatırladaq ki, "Muhəmməd" surəsi Quranın 47-ci surəsidir.

Please publish modules in offcanvas position.