Ayətullah Xamenei İran əhalisinin qocalmasından narahatdır

/ Cümə axşamı, 31 Oktyabr 2013 12:23
Ayətullah Xamenei İran əhalisinin qocalmasından narahatdır

İran İnqilabının Ali lideri Ayətullah Xamenei əhalinin qocalması prosesi barədə ölkə rəsmilərinə xəbərdarlıq edib.

İslam.az-ın "SalamNews"-a istinadən verdiyi məlumata görə, Xamenei, İranda əhalinin sayı və onun cəmiyyətə təsiri barədə təşkil edilən konfransa göndərdiyi məktubda ölkədə əhalinin sayının artırılması istiqamətində tövsiyyələrini verib.

O, ölkədə gənclərin gec evlənməsinə toxunub, qoca nəslin cavanlarla müqayisədə çoxalmasını ölkə cəmiyyəti üçün təhlükə adlandırıb.

Xatırladaq ki, İranda son illər əhalinin artımı kəskin azalıb. İran 2001-ci ildən etibarən əhalinin çoxalmasına nəzarət edilməsi üçün bir sıra tədbirlər görməyə başlayıb. Amma son illərdə cəmiyyətin artımı kəsgin şəkildə azaldığından dövlət sabiq siyasətini dəyişməyi qərara alıb.

Please publish modules in offcanvas position.