İslam.az Qurani-Kərimdən ayə təqdim edir:
(Münafiqlərə) de: “İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız. (Tövbə surəsi, 53)
İmam Cəfər Sadiq (ə) Həzrət Mühəmməd Peyğəmbərə (s) istinadən münafiqin xüsusiyyətlərini belə təsvir edir: “Hər kimdə bu üç xüsusiyyət varsa, – hətta namaz qılıb, oruc tutub, özünü müsəlman kimi göstərsə də – münafiqdir: Ona etibar etsən, xəyanət edər; hədis (rəvayət) danışsa, yalan söyləyər; vəd versə, vədinə xilaf çıxar”.