İslam.az Qurani-Kərimlə bağlı maraqlı məlumat təqdim edir:
*Ən birinci nazil olmuş Quran ayəsi Ələq surəsinin 1-ci ayəsidir
*İmam Mehdi(ə.c.) zuhur edəcəyi zaman qiraət edəcəyi ilk ayə Hud surəsinin 86-cı ayəsi olacaqdır
*İlk nazil olmuş dua Bəqərə surəsinin 126-cı ayəsində yerləşir
*Şərabı haram buyuran ilk ayə Bəqərə surəsinin 129-cu ayəsidir
*Quranın ilk surəsi Həmd surəsidir
*İlahi peyğəmbərlərdən birinin adını daşıyan ilk surə Yunis surəsidir
*Cənnətdən danışan ilk ayə Bəqərə surəsinin 35-ci ayəsidir
*Cəhənnəmi xatırladan ilk ayə Bəqərə surəsinin 206-cı ayəsidir
*Səcdə ayəsinə şamil olan ilk surə Səcdə surəsidir
* “Quran” kəlməsi istifadə olunmuş ilk ayə Bəqərə surəsinin 185-ci ayəsidir
* “Qul” (de) kəlməsi ilə başlanan ilk surə “Cinn”surəsidir
* Quranda adı çəkilmiş ilk mələk Cəbraildir (ə) və Bəqərə surəsinin 97-ci ayəsində yer alıb
*Valideynlərə yaxşılıq etməyi vurğulayan ilk ayə Bəqərə surəsinin 83-cü ayəsidir
*Peyğəmbərimizin(s) Məkkə əhalisinə elan etdiyi ilk surə Səcdə surəsidir
*Tövbə surəsinin ilk nazil olmuş ayəsi bu surənin 25-ci ayəsidir
*İlk ”Allah” kəlməsi Bəqərə surəsinin 7-ci ayəsində gəlmişdir