Allahın yaratdığını kamilləşdirməyə cəhd

/ Cümə, 07 Dekabr 2012 11:23
Allahın yaratdığını kamilləşdirməyə cəhd
Ötən əsrlərdə yaşamış Sünbül Sinan adlı övliya bir gün öz şagirdlərindən soruşdu: “Fərz edin ki, Allah-təala bu kainatı yenidən yaratmağı sizə tapşırıb. Bu halda nə edərdiniz?” Şagirdlərin hərəsi bir söz söylədi. Biri dedi ki, bütün kafirləri məhv edərdim. O biri dedi ki, bütün şərab içənləri yox edərdim. Digəri isə bütün tütün çəkənləri məhv etmək istədiyini bildirdi. Şagirdlərin biri - Müslihiddin Əfəndi isə heç bir cavab vermədi. Müəllim bunun səbəbini soruşanda Müslihiddin Əfəndi cavab verdi: “Müəllim, məgər Allahın iradəsində nöqsan varmı ki, mən onda dəyişiklik etmək istəyim? Allah hər şeyi necə yaratmışsa, hеç bir dəyişiklik еtmədən o şəkildə saxlayardım”. Sünbül Sinan bu cavabı eşidən kimi razı qalıb söylədi: “Məsələ öz cavabını tapdı”. [O.N.Topbaş, “İmandan İslama tasavvuf”, səh. 330].

Please publish modules in offcanvas position.