İslam mədəniyyətində ay simvolunun tarixçəsi

/ Çərşənbə, 04 Mart 2020 10:53
İslam mədəniyyətində ay simvolunun tarixçəsi

Ay obrazı hələ İslamdan əvvəlki sivlizasiyaların bir çoxunda mühüm yer tuturdu. Məsələn, qədim misirlilər Ay tanrısını Xonsu adlandırırdılar. Xonsu papaq əvəzinə, başında Ay gəzdirirdi. Şumer-Akkad mifologiyasında Ay tanrısı Sin öz parlaq atının belində gecələr səmada gəzən mavi saqqallı müdrik qoca şəklində təsəvvür edilirdi. Qədim hind əsatirinə görə, təbiət qüvvələrinə hökm edən Ay tanrısı Çandra tanrıların başçısının qəzəbinə tuş gə-lərək xəstəliyə düçar olmuşdu. Amma vəzi¬fələrini icra edə bilsin deyə, Çandraya im¬kan verilmişdi ki, hər 15 gündən-bir müqəd¬dəs çayda çimib müvəqqəti olaraq sağalsın. Elə bu əsatirə əsasən, hindlilər ayparadan bədirlənmiş Aya kimi keçən günləri Çandra¬nın sağlamlıq dövrü ilə, bundan sonrakı yarım ayı isə Çandranın xəstəliyi ilə əlaqə¬ləndirirdilər. Qədim türk mədəniyyətində də aypara fiquru özünəməxsus yerə malik idi. Türk xalqlarının həm dini inancında, həm də məişətində at mühüm yer tuturdu. Aypara fiquru atın nalını xatırladır. Ona görə də, qədim türklər ayparaya uğurlu fiqur kimi baxırdılar. At nalının bədnəzəri qaytarması barədə inancın qaynağı da budur.

İslamdan əvvəlki Ərəbistanda isə pərəstiş edilən bütlərin ən böyüyü məhz Ay tanrısı Hübələ məxsus idi. İri yaqutdan yonulmuş, qızıldan əli olan insan formalı bu bütü Kə¬bənin damına qoymuşdular.

Maraqlıdır ki, aypara fiquru həm də xris¬tianlıqda Müqəddəs Məryəmin simvolu kimi qəbul ediilr. Rusiya ərazisindəki bir çox qədim kilsələrin günbəzi üzərində quraşdırıl¬mış xaç simvolunun aşağı hissəsində aypara fiquru da mövcuddur. Bəzilərinin fikrincə bu, 1480-ci ildə rus çarı III İvanın 250 illik monqol-tatar işğalına son qoymasına işarədir. Deyilənlərə görə, kilsə günbəzlərini tamam¬layan xaçın altındakı aypara fiquru xristian rusların müsəlman monqol-tatarlar üzərində qələbəsini ifadə edirdi.

Bütün bunlarla yanaşı, aypara fiquru daha çox İslam dininin rəmzi sayılır. İstər məscid minarələrinin zirvəsi, istər islami memarlıq abidələrinin divarları, istərsə də müsəlman ustaların hazırladığı sənət əsərləri bu sim¬volla bəzədilir.

Əksər tarixi mənbələrdə ayparanın İslam rəmzi kimi tanınmasının tarixini Osmanlılar¬la bağlayırlar. Rəvayətə görə, Osmanlı süla¬ləsinin banisi Osman Qazi (1299-1326) bir gecə səhərə kimi Quran oxuyur, səhər açı¬lana yaxın onu yuxu tutur. Yuxuda görür ki, ustadı və məsləhətçisi Şeyx Ədəbalının kök¬sündən yeni doğmuş Ay çıxaraq səmaya qal¬xır, böyüyüb bədirlənmiş Aya çevrilir. Sonra həmin bədirlənmiş Ay Osman Qazinin kök¬sünə girir. Bu dəfə onun köksündən bir çinar ağacı cücərməyə başlayır. Ağac dur¬madan böyüyür, axırda onun budaqları bütün yer üzünü örtür. Adamlar hər yerdən çinarın kölgəsinə axışırlar. Hər tərəfdə azan verilir, Quran oxunur. Birdən-birə möhkəm külək əsir və ağacın yarpaqlarını qoparıb İstanbul şəhərinə tərəf aparır. (O zamanlar İstanbul hələ Bizans imperiyasının paytaxtı idi). İs¬tanbul iri üzük qaşına çevrilir və Osman Qazi həmin üzüyü barmağına taxır...

Osman Qazi bu yuxunu gələcək qələbə¬lərin rəmzi kimi qəbul edərək, hərbi fəthlə¬rə başlayır. Yürüş bayrağının üzərinə isə aypara şəklini həkk etdirir. O zamandan bəri aypara Osmanlı dövlətinin rəmzidir sayılır.

Bəzi tədqiqatçılar isə aypara fiqurunun Osmanlı bayrağında yer tutmasının tarixini İstanbulun (keçmiş Konstantinopolun) fəthi ilə əlaqələndirirlər. Çünki aypara Konstanti¬nopol şəhərinin simvolu idi. Sultan Mehmet Fateh şəhəri fəth etdikdən sonra bu qələbə¬nin şərəfinə aypara fiqurunu öz bayrağına əlavə etdirir.

Bunu da qeyd etmək yerinə düşər ki, aypara (hilal) İslam mədəniyyətində də mü¬hüm yer tutur. Çünki «hilal» və «Allah» sözləri eyni hərflərlə yazılır. Bu kəlmələrin hər ikisinin əbcəd hesabı ilə ekvivalenti 66-dır («lalə» kəlməsi də bunlara bənzəyir). Ona görə də müsəlman nəqqaş və xəttatların əsərlərində aypara Allahın simvolu kimi iştirak edir.

Ay həm də Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatında baş vermiş və Onun ən böyük möcüzələrindən sayılan «şəqqül-qəmər» (Ayın bölünməsi) hadisənin də əsas fiqurudur. Əllamə Təbatəbainin «Əl-Mizan» təfsirində yazılıb ki, bu ha¬disə hicrətdən 5 il əvvəl zilhiccə ayının 14-də Məkkədə baş vermişdir (hadisənin baş verdiyi tarix barədə başqa məlumatlar da mövcuddur). Rəvayətə görə, bir gün müşrik¬lər Həzrət Mühəmməddən (s) tələb etdilər ki, sözlərinin doğruluğunu sübuta yetirmək üçün onlara möcüzə göstərsin. Peyğəmbər hansı möcüzəni görmək istədiklərini soru¬şanda dedilər ki, bizim üçün səmadakı Ayı iki yerə böl. Allahın Rəsulu dua etdikdən sonra barmağı ilə Aya işarə etdi. Allahın əmri ilə Ay iki yerə parçalandı, yarısı şərqə, yarısı da qərbə çəkildi. Bir az sonra bunlar yaxınlaşıb bitişdilər, Ay yenə əvvəlki kimi bütöv oldu.

Şəqqül-qəmər hadisəsi Həzrət Mühəmməd Peyğəmbərin (s) ən məşhur möcüzələrindən sayılır. Abdullah ibn Abbas, Ənəs ibn Malik, Abdullah ibn Məsud, Hüzeyfə ibn Yəman, Abdullah ibn Ömər və başqa səhabələrə isti¬nadən rəvayət edilən hədislərdə əhvalat ət¬raflı şəkildə təsvir olunub.

Şəqqül-qəmər hadisəsinin Quranda sübu¬tunu axtaranlar Qəmər surəsinin ilk ayələrini misal gətirirlər: «Saat yaxınlaşdı və Ay par¬çalandı. Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: «Bu, davam edən bir sehrdir!» – deyərlər». Bununla belə, ayənin qiyamət gününə, yoxsa şəqqül-qəmər hadisəsinə aid olması təfsirçilər arasında mübahisə obyekti¬nə çevrilib. «Saat yaxınlaşdı» ifadəsində qi¬yamətə işarə olunduğunu söyləmək məntiqə daha uyğun görünür. Amma müşriklərin mö¬cüzə müqabilində söylədiklərindən söhbət açan ayə şəqqül-qəmər hadisəsini daha çox xatırladır.

Müsəlman alimlərin əksəriyyəti şəqqül-qəmər möcüzəsinin həqiqətini təsdiq etmiş¬lər. Hətta İbn Kəsir, İmam Fəxr Razi, Əllamə Təbrisi, Əllamə Təbatəbai, Səid Buti və başqaları şəqqül-qəmər hadisəsinin icma halında qəbul edildiyini və bu mövzuda hə¬dislərin təvatür həddində olduğunu yazmış¬lar. Lakin bunu optik illüziya sayanlar da olub (Həsən Bəsri, Şah Vəliyullah Dehləvi, bəzi müasir alimlər). Şəqqül-qəmər hadisəsi¬ni inkar edənlərin irəli sürdükləri ən güclü irad bundan ibarətdir ki, niyə bu hadisəni Qərb dünyasında alimlər müşahidə etməyib¬lər, salnaməçilər qeydə almayıblar? Bu irada cavab olaraq «Təfsiri-nümunə»də yazılıb ki, hadisə Şərq yarımkürəsində Günəş batandan sonra baş vermişdi. Qərb yarımkürəsində bu an gündüz vaxtı idi və Ayı görmək sadəcə olaraq mümkün deyildi. Hadisənin davam et¬mə müddəti qısa olduğu üçün, Şərq dünya¬sında yaşayan insanların da buna diqqət ye¬tirməməsi təbiidir. Həm də insanlar adətən, hər hansı dəhşətli səma hadisəsi baş verən zaman (məsələn, şimşək çaxması, Ay tutu¬lub qaranlıq düşməsi və s.) göyə baxırlar; adi vaxtlarda bu, nadir hallarda baş verir.

Şəqqül-qəmər hadisəsinə bədii işarələri klassik ədəbiyyat nümunələrində də görmək olar:

Çün vücudundur, nigara, şəhriyar,

Surətü mənidə sənsən şəhriyar.

Məniyi-şəqqül-qəmər çün səndədir,

İstiva eylə cəmalın, şəhri yar.

(İ.Nəsimi).

Göydəki Aya baxanda salavat çevirmək müsəlmanların arasında ənənəyə çevrilib. Bunun səbəbini adətən, yuxarıdakı şəqqül-qəmər hadisəsi ilə bağlayırlar. Yəni müsəlmanlar Aya baxarkən Peyğəmbərin möcüzəsini xatırlayır və Onun ruhunu salavatla yad edirlər. Həmçinin, İslam mənbələrində Həzrət Mühəmməd Peyğəmbərin (s) çöhrəsi gözəllik simvolu kimi bədirlənmiş Aya bənzədilir. Təsadüft deyil ki, hicrət hadisəsi zamanı mədinəlilər Peyğəmbəri məhz bu nəğmə ilə qarşılamışdılar: «Yəsrib (Mədinənin keçmiş adıdır) kənarındakı tə¬pələrdən on dörd gecəlik Ay üzümüzə doğ¬du (yəni Peyğəmbər şəhərimizə gəldi). Yer üzündə bircə nəfər dua edən qalana kimi bu səadəti nəsib etdiyinə görə Allaha şükr et¬məliyik».

Hal-hazırda aypara fiquru dünyanın onlar¬la dövlətinin bayrağını bəzəyir. Bunların əksəriyyətini müsəlman ölkələri təşkil edir. Azərbaycan Respublikasının dövlət bayrağın¬da da aypara şəkli vardır. Bayraqdakı yaşıl zolaqla yanaşı, aypara da islamı təmsil edir.

Please publish modules in offcanvas position.