Cəhənnəmdən qorunmaq üçün nə etməməliyik?

/ Çərşənbə, 11 Mart 2020 10:49
Cəhənnəmdən qorunmaq üçün nə etməməliyik?

Cəhənnəmin yolları və mərtəbələri çoxdur. Hər bir günahkar öz pis əməllərinin dərəcəsinə uyğun olaraq cəzaya düçar ediləcək.

Kimisi Allaha olan imanındakı nöqsana görə, kimisi din və dindarlarla düşmənçiliyinə görə, kimisi qarnının əsirinə çevrildiyinə görə, kimisi şəhvət üzündən, kimisi də pul, sərvət, vəzifə tamahından əbədi alova layiq görüləcək. Cəhənnəm odundan amanda qalmaq, dünyamızı və axirətimizi şeytana təslim etməmək, müsəlman kimi yaşayıb müsəlman kimi ölə bilmək üçün cəhənnəmə aparan yolları tanımalıyıq. Bu yollar şeytanın bizdən ötrü qurduğu hiylə tələləridir. Onları tanımalıyıq ki, içinə düşməyək. Cəhənnəmə aparan yolların ən yaxşı və dolğun təsvirini isə Allahın müqəddəs kitabı olan Qurandan öyrənə bilərik. Gəlin, Quran ayələrinin işığında cəhənnəmə aparan yollarla tanış olaq.

Allah bizi bunlardan qorusun!

İnsanı cəhənnəmə aparan səbəblər

1. Çoxlu və ardıcıl günah etmək.

“Günahkarları isə cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik” (Məryəm, 86).

“Günahkarlar isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar. Onlardan (bu əzab) yüngülləşdirilməyəcək; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!” (Züxruf, 74-75).

2. Küfr və nifaq etmək.

“Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir” (Nisa, 14).

“Kafir olanlara de: “Siz məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!” (Cəhənnəm) necə də pis yerdir!” (Ali-İmran, 12).

İnsanları Allahın yolundan döndərmək.

“Onlardan (yəhudilərdən) kimisi Ona iman gətirdi, kimisi də Ondan üz döndərdi. (Üz döndərənlərə) cəhənnəmin alovlanmış odu kifayət edər!” (Nisa, 55).

Qəsdən adam öldürmək.

“Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (Nisa, 93).

3. Şeytana tabe olmaq.

“(Allah İblisə) buyurdu: “Oradan (cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!” (Əraf, 18).

Allaha və Rəsuluna qarşı çıxmaq, Onlarla düşmənçilik etmək.

“Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı, içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır” (Tövbə, 63).

4. Şirk və bütpərəstlik.

“...Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!” (İsra, 39).

5. Zülm və haqsızlıq törətmək.

“Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!” (Nisa, 168).

Allahın ayətlərini inkar etmək.

“Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da cənnətə daxil ola bilməzlər. Biz günahkarlara c belə cəza veririk! Onlar üçün cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!” (Əraf, 40-41).

6. Qəflətdə olmaq.

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf, 179).

7. Cihaddan boyun qaçırmaq.

“(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!” (Tövbə, 81).

8. Haqqı gizlətmək və dini pula satmaq.

“Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!” (Bəqərə, 174).

9. Zalımlara yardım göstərmək.

“Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə kömək olunmaz!” (Hud, 113).

10. Namaz qılmamaq.

“Sizi Səqərə (cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; yoxsulu da yedirtməzdik; batilə dalanlarla birlikdə biz də dalardıq; haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)” (Müddəssir, 42-47).

11. Yetim malını yemək.

“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər” (Nisa, 10).

12. Faiz yemək (sələmçilik etmək).

“Sələm yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) ona bağışlanar. Onun işi Allaha aiddir. Amma yenidən sələmçiliyə qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə, 275).

13. Çəkidə aldatmaq.

“Vay halına çəkidə və ölçüdə aldadanların!” (Mütəffifin, 1).

14. Başqalarından eyib tutmaq, qeybət etmək.

“(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O mütləq (cəhənnəmin alt mərtəbələrindən biri olan) hütəməyə atılacaqdır!” (Hüməzə, 1-4).

(Ayətullah Cəvadi Amulinin “Quranda məad” kitabına istinadən (V, 375-420)).

Please publish modules in offcanvas position.