İmam Musa Kazimdən (ə) ibrətli hədislər

/ Çərşənbə, 13 May 2015 11:00
İmam Musa Kazimdən (ə) ibrətli hədislər

(25 rəcəb – həzrətin şəhadət günü münasibətilə)

“Hər kim çətinlik və sıxıntının dadını duymasa, ehsanın (yaxşılığın) qədrini bilməz”.

(Biharül-ənvar, 78, 333).

“Müstəcab olmasına ən çox ümid edilən dua, bir insanın öz din qardaşı üçün, onun xəbəri olmadan etdiyi duadır”.

(Üsuli-Kafi, 1, 52).

“İnsanların içində ən güclü olmaq istəyən gərək Allaha təvəkkül etsin”.

(Biharül-ənvar, 7, 143).

“Öz (din) qardaşının qeybətini edən kəs lənətə layiqdir”.

(Biharül-ənvar, 74, 232).

“İki günü bərabər olan adam ziyana düşmüşdür”.

(Biharül-ənvar, 78, 326).

“Hər gün öz nəfsini hesaba çəkməyən bizdən deyil. Əgər yaxşı iş görübsə, bu cür işlərin çox olmasını Allahdan istəsin. Əgər pis iş görübsə, buna görə bağışlanmasını Allahdan istəsin və tövbə etsin”.

(Kafi, 4, 191).

“Az danışmaq böyük hikmətdir. Elə isə susun”.

(Biharül-ənvar, 78, 321).

“Gördüyün elə bir şey yoxdur ki, onda sənin üçün bir moizə (ibrət) olmasın”.

(Biharül-ənvar, 78, 319).

“Möminə dünya və axirət xeyrini yalnız Allaha hüsni-zənn etdiyinə, ona ümid bəslədiyinə, gözəl əxlaqına və möminlərin qeybətindən uzaq durduğuna görə verərlər”.

(Biharül-ənvar, 6, 28).

“Haram artmaz, artsa da, onda bərəkət olmaz”.

(Kafi, 5, 125).

“Hər kim orta yolu tutsa və qənaət etsə, ona gələn nemət artar. Hər kim həddini aşsa və israf etsə, neməti azalar”.

(Tühəfül-üqul, 403).

“Camaatın arasını islah edənlərin (incikliyi aradan qaldırıb mehribanlıq yaradanların) xoş halına! Onlar qiyamət günündə Allahın mərhəmətinə ən yaxın olacaqlar”.

(Tühəfül-üqul, 393).

“Ağıllı insan, hətta nəfsi onu məcbur etsə belə, yalan danışmaz”.

(Tühəfül-üqul, 391).

“Hər şeyin zəkatı var. Bədənin zəkatı müstəhəb oruc tutmaqdır”.

(Tühəfül-üqul, 425).

“Hər kim öz (din) qardaşını bəyənilməz bir halda görsə və qücü çatdığı halda onu bu vəziyyətdən xilas etməsə, ona xəyanət etmişdir”.

(Əmaliyi-Səduq, 343).

“Öz sözünün məsuliyyətindən qorxmayan və ona deyilənlərdən narahat olmayan söyüşçü və həyasız adama Allah-təala behişti haram edər”.

(Tühəfül-üqul, 416).

“Dünya şor dəniz suyu kimidir. Susuz adam ondan nə qədər çox içsə, bir o qədər susuzluğu artar və axırda partlayıb ölər”.

(Tühəfül-üqul, 417).

Please publish modules in offcanvas position.