Allahın Həzrət Musaya buyurduqları

/ Çərşənbə axşamı, 17 Mart 2020 11:14
Allahın Həzrət Musaya buyurduqları

Ramazan vəhy ayıdır. Müqəddəslərimizin hədislərindən məlum olur ki, səmavi kitabların dördü də Ramazan ayında nazil olmuşdur.

Tövrat Ramazanın 6-da, İncil 13-də, Zəbur 18-də, Quran isə Qədr gecəsində (Ramazanın son ongünlüyündəki tək gcələrin birində) nazil olub.

Məlum olduğu kimi, Tövrat, İncil və Zəburun əsil mətnləri itib-batmışdır. Əldə olan nüsxələr isə sonralar insanlar tərəfindən qələmə alınmış və ciddi təhrifə uğramış kitablardır. Lakin məhz İslam müqəddəsləri səmavi kitabların bir hissəsini öz hədislərində xəbər vermişlər.

Mübarək Ramazan ayının gəlişi münasibətilə Allah-təalanın Həzrət Musa Peyğəmbərə (ə) vəhyindən seçmələri sizə təqdim edirik.

(Kəlamlar “Tühəf əl-üqul” kitabındandır).

Ey Musa! Dünyada arzulara qapılma ki, qəlbin daşlaşmasın. Daşqəlbli adam məndən uzaqdır. Öz qəlbini qorxu ilə öldür... Yer əhlinin içində gizli qal, qoy səni asiman əhli (mələklər) tanısın...

Ey Musa! Dilinə qəlbinin arxasında yer ver ki, salamat olasan...

Ey Musa! Hər hansı əməl mənim üçündürsə, onun azı da çoxdur (bərəkətlidir). Hər hansı əməl məndən başqası üçündürsə, onun çoxu da azdır (bərəkətsizdir). Ən yaxşı günlərin qarşıda olan günlərdir (axirət aləmi). Həmin günlərin sorğusuna hazır ol. Mütləq hesab meydanına gətiriləcəksən və cavab verəcəksən.

Zəmanədən və zəmanə əhlindən ibrət al. Çünki zəmanə uzun görünsə də qısadır, qısa görünsə də uzundur. (Yəni dünya həyatı heç də göründüyü kimi uzun deyil, ötəridir və axirətlə müqayisədə çox qısadır. Həmçinin, dünya həyatı nə qədər qısa olsa da, onun nəticəsi uzundur, yəni bu dünyada etdiklərimizə görə əbədi mükafat və ya cəza alacağıq). Hər şey fanidir. Hər bir əməli elə et ki, sanki onun mükafatını gözlərinlə görürsən.

Ey Musa! Xeyir (savab) işlərdə xeyir əhli ilə yarış. Şər işləri isə (şeytana) aldanmışların öhdəsinə burax.

Ey Musa! Məni özünə pənah seç. Xeyir əməllərdən ibarət olan xəzinəni mənim yanımda əmanət qoy. Yalnız məndən qorx, məndən başqa heç nədən qorxma; qayıdışın mənə tərəfdir.

Ey Musa! Yanına gələn dilənçiyə ehtiram et, ya onu nəvazişlə geri qaytar, ya da ona nəsə ver. Ola bilər ki, insan və cin tayfasından olmayanlar, yəni Rəhman Allahın mələkləri (dilənçi qiyafəsində) sənin yanına gəlib, verdiyim nemətlərlə necə rəftar etdiyini və ədaləti necə qoruduğunu yoxlayırlar.

Gün işığı gecənin zülmətini aradan apardığı kimi, yaxşı əməllər də pis işləri məhv edər. Eləcə də, gecənin qaranlığı gündüzün işığını yox etdiyi kimi, pis işlər yaxşı əməlləri qaraldar (pozar).

Ey Musa! Dünya və onun əhli (dünyaya aludə olanlar) bir-birinin sınağıdır. Onlar bir-birindən ötrü bəzənirlər. Mömin üçün axirətin siması daha cəlbedicidir, həsrətlə onu gözləyər. Axirət istəyi möminlə yaşayış ləzzətlərinin arasında maneə olar...

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); ass="scrollup">