Həzrət Əlinin (ə) minacatlarından nümunələr

/ Bazar ertəsi, 04 Mart 2013 18:12
Həzrət Əlinin (ə) minacatlarından nümunələr

...İlahi! Mənə bu izzət bəsdir ki, Sənin bəndənəm. Mənə bu fəxr yetər ki, Sən mənim rəbbimsən. Sən eynilə mənim istədiyim kimisən, məni də öz istədiyin kimi et!..

...İlahi, Sənə nə cəhənnəm qorxusundan, nə də behişt təmənnası ilə ibadət edirəm. Səni ibadət olunmağa layiq bilib ibadət edirəm...

...Mövlam, ey mövlam! Sən mövla, mən isə bəndəyəm. Bəndəyə mövladan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən mülk sahibi, mən isə sənin mülkünəm. Mülkə malikdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən izzətli, mən isə zəliləm. Zəlilə əzizdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən xaliq, mən isə məxluqam. Məxluqa xaliqdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən əzəmətli, mən isə həqirəm. Həqirə əzimdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən qüvvətli, mən isə zəifəm. Zəifə qüvvətlidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən ehtiyacsız, mən isə fəqirəm. Fəqirə ehtiyacsızdan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən bəxşiş verən, mən isə hədiyyə istəyənəm. Hədiyyə arzusunda olana bəxşiş verəndən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən diri, mən isə ölüyəm. Ölüyə diridən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən baqi, mən isə faniyəm. Faniyə baqidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən daimi, mən isə gedəriyəm. Gedəri olana daimidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən ruzi verən, mən isə ruzi yeyənəm. Ruzi yeyənə ruzi verəndən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən səxavətli, mən isə simicəm. Simicə səxavətlidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən şəfa verən, mən isə dərdliyəm. Dərdliyə şəfa verəndən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən böyük, mən isə kiçiyəm. Kiçiyə böyükdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən bələdçi, mən isə yolu itirmişəm. Yolu itirənə bələdçidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən rəhmli, mən isə rəhmə ehtiyaclıyam. Mərhəmətə ehtiyacı olana rəhmlidən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən hökmdar, mən isə rəiyyətəm. Rəiyyətə hökmdardan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən bağışlayan, mən isə günahkaram. Günahkara bağışlayandan savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən qalib, mən isə məğlubam. Məğluba qalibdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən rəbb (bəsləyən), mən isə bəslənənəm. Bəslənənə rəbbdən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Sən ucalıq sahibi, mən isə Səndən aşağıyam. Alçaqda olana ucalıq sahibindən savayı kim rəhm edər?

Mövlam, ey mövlam! Mərhəmətinə xatir, mənə rəhm et! Səxavətinə, kəramətinə xatir, məndən razı ol! Ey bəxşiş və ehsan sahibi, ey sonsuz nemətlərin maliki!

 

 

Müəllif: islam.az

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.