Əsmaül-Hüsna - Allahin gözəl adlari

/ Cümə, 11 May 2012 14:09
Əsmaül-Hüsna - Allahin gözəl adlari

Əsmaul-hüsna ərəb dilindən tərcümədə "gözəl adlar” deməkdir. Ümumilikdə, Allah bütün təsəvvürə gələn yaxşı və bəyənilmiş sifətlərə malikdir, bütün pis və nöqsanlı sifətlərdən uzaqdır. Allah mütləq kamillik sahibidir. Onun sifətlərinin sayı qeyri-məhduddur. Bu sifətləri ifadə edən adlar da hər hansı ədədlə məhdudlaşa bilməz. Qurani-kərimdə buyurulur: “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar! ” (“Əraf”, 180).
Allahın adlarının içindən ən seçilmişlərini “əsmaül-hüsna” adlandırırlar. Bunların sayı 99-dur. Peyğəmbərimiz buyurub: “Allahın yüzdən bir ədəd əskik, yəni 99 adı var. Kim bu adları saysa, cənnətə girər”.
Dini mənbələrdə əsmaül-hüsnaya aid olan adların bir neçə varinatı mövcuddur. Bu variantların arasında yalnız bir neçə adla bağlı cüzi fərqlər görünür. Aşağıda əsmaül-hüsnanın variantlarından birinin siyahısı verilir:

İlah (pərəstiş edilən məbud),
Vahid (yeganə),
Əhəd (bənzərsiz),
Saməd (ehtiyacsız),
Əvvəl (hər şeydən əvvəl mövcud olmuş),
Axir (hər şeydən sonra mövcud olacaq),
Səmi (hər şeyi eşidən),
Bəsir (hər şeyi görən),
Qədir (çox qüdrətli),
Qahir (düşmənləri qəhr edən),
Əli (uca),
Əla (ən uca),
Baqi (qaları, daimi),
Bədi (ixtira edən),
Bari (yaradıcı),
Əkrəm (ən kəramətli),
Zahir (aşkarda olan, yaxud aşkardakıları bilən),
Batin (batində olan, yaxud batindəkiləri bilən),
Həyy (diri),
Həkim (çox hikmətli),
Əlim (hər şeyi bilən),
Həlim (mülayim),
Həfiz (ən yaxşı qoruyucu),
Həqq (haqq),
Həsib (hər şeyi hesaba alan),
Həmid (həmd edilən, yaxud həmdə layiq olan),
Həfi (öz yaratdıqlarını çox sevən),
Rəbb (bəsləyən),
Rəhman (çox mərhəmətli),
Rəhim (həmişə mərhəmətli),
Zare (bəndələrin aqibətini müəyyən edən),
Raziq (ruzi verən),
Rəqib (nəzarətçi, keşikçi),
Rəuf (mehriban, şəfqətli),
Rai (hər şeyi görən),
Səlam (əmin-amanliq və salamatlıq verən),
Mömin (iman bəxş edən, yaxud iman bəslənilən),
Müheymin (himayə edən),
Əziz (çox izzətli),
Cəbbar (zalımlara əziyyət verən),
Mütəkəbbir (məqamı uca tutulan, böyüdülən),
Seyyid (ağa, başçı),
Sübbuh (hər nöqsandan uzaq),
Şəhid (hər şeyə şahid və nəzarətçi olan),
Sadiq (doğrucul, sədaqətli),
Sane (yaradıcı),
Tahir (pak),
Ədl (ədalətli),
Əfüvv (əfv edən),
Ğəfur (günahları bağışlayan),
Ğə¬ni (ehtiyacsız, varlı),
Ğiyas (dada yetişən),
Fatir (vücuda gətrən),
Fərd (tək, yeganə),
Fəttah (çətinlikləri həll edən),
Faliq (dan yerini yaran),
Qədim (əzəli),
Məlik (mülk sahibi),
Qüddus (müqəddəs),
Qəvi (çox qüvvətli),
Qərib (çox yaxın),
Qəyyum (dayanıqlı, sarsılmaz),
Qabiz (sıxan, yaxud canları alan),
Basit (açıb-sərən),
Qaziyül-hacat (hökm verən, ehtiyacları həll edən),
Məcid (şan-şöhrətli),
Mövla (ağa, başçı),
Mənnan (bəndələrinə çox ehsan edən),
Mühit (hər şeyi əhatə edən),
Mübin (bəyan edən),
Müqit (ruzi verən),
Müsəvvir (hər şeyi formaya salan),
Kərim (çox kəramətli),
Kəbir (çox böyük),
Kafi (hər şeyə bəs edən),
Kaşifüz-zürr (pisliklərin üstünü açıb ifşa edən),
Vitr (tək-tənha),
Nur (nur),
Vəhhab (nemət bağışlayan),
Nasir (yardımçı),
Vase (əhatəli),
Vədud (bəndələrini çox sevən),
Hadi (hidayət edən, yol göstərən),
Vəfi (vəfalı),
Vəkil (himayədar),
Varis (hər şey məhv olduqdan sonra tənha qalacaq vücud),
Birr (yaxşı sifətlərin sahibi),
Bais (qiyamətdə ölüləri dirildən),
Təvvab (tövbələri qəbul edən),
Cəlil (cəlallı),
Cəvad (səxavətli),
Xəbir (hər şeydən xəbərdar),
Xaliq (yaradan),
Xeyrün-nasirin (ən yaxşı yardımçı),
Dəyyan (hesab gününün sahibi),
Şəkur (şükr edilən, yaxud şükrə layiq),
Əzim (çox əzəmətli),
Lətif (lütf edən, yaxud zərif, cism xüsusiyyətlərindən uzaq),
Şafi (şəfa verən)
(“Biharül-ənvar”, IV, 186).

(Digər mənbələrdə bəzi adlar fərqli ola bilər. Məs, başqa mənbələrdə burada olmayan “Zulcəlali vəl ikram” kimi adına da rast gəlirik. Amma qeyd etdiyimiz kimi Allahın adları çoxdur və müxtəlif variantlardakı adların hamısı Ona xas sifətləri əks etdirir və doğrudur)

Please publish modules in offcanvas position.