Qəlbin dəyişkənliyi şeytanin vəsvəsəsidir

/ Bazar ertəsi, 19 Noyabr 2012 11:56
Qəlbin dəyişkənliyi şeytanin vəsvəsəsidir

Imam Mühəmməd Baqirin (ə) səhabələrindən biri o həzrətə dedi: “Ey Peyğəmbərin övladı! Nə zaman ki Sənin hüzuruna gəlirik, qəlbimiz rahatlanır, dünyanı unuduruq, mal-dövlət gözümüzdən düşür. Amma Səndən ayrılıb camaatın arasına qayıdan kimi yenə dünyaya bağlanırıq”.

Imam buyurdu: “Bu, qəlbin hallarına (vəziyyətlərinə) aid olan bir məsələdir. Insanın qəlbi gah bərkiyir, gah da yumşalır”. (Yəni insanin qəlbi gah riqqətə gəlir, imanla dolur, gah da kobudlaşır, mənfi hisslərlə yüklənir). 
Sonra o həzrət buyurdu: “Peyğəmbərin səhabələri də Ona demişdilər: “Ey Allahın Rəsulu! Qorxuruq ki, münafiq olarıq”. Peyğəmbər soruşdu: “Niyə belə deyirsiniz?”. Səhabələr cavab verdilər: “Ona görə ki, Sənin hüzurunda olub Sənin nəsihətlərini eşitdiyimiz vaxt ürəyimiz Allah qorxusu ilə dolur, axirət haqqında fikirlərə qərq oluruq. Sanki cənnəti və cəhənnəmi öz gözümüzlə görürük. Amma buradan çıxıb ailəmizin yanına, gündəlik həyatımıza qayıdan kimi halımız dəyişir. Elə bil heç bayaqkı adam deyilik. Bu dəyişkənlik bizi münafiq etməzmi?”. Peyğəmbər onlara buyurdu: “Xeyr, elə deyil. Qəlbinizdəki bu dəyişiklik şeytanın vəsvəsəsidir ki, sizi dünyaya bağlayır. Allaha and olsun, əgər həmişə birinci halınızda qalsaydınız, mələklər sizinlə əl-ələ verərdilər və siz suyun üzündə yeriyərdiniz”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.