Günahları tanıyaq

/ Bazar ertəsi, 07 Aprel 2014 14:45
Günahları tanıyaq

Dini kitablarda adətən günahları ağırlıq dərəcəsinə görə iki hissəyə ayırır, bəzi günahları kiçik, bəzilərini isə böyük adlandırırlar.

Kiçik günahlara ərəb dilində səğirə, böyük günahlara isə kəbırə deyirlər. Qurani-kərimdə buyurulur: “Əgər siz qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, biz də sizin qəbahətlərinizin (kiçik günahla­rınızın) üstünü örtər və sizi (şərəfli bir mən­zilə) çatdırarıq” (Nisa, 31). Başqa bir ayədə buyurulur: “Kiçik nöqsanlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinər­lər” (Nəcm, 32).

Hansı günahların böyük sayıldığı və böyük günahların sayının neçə olduğu barədə məlumatlar fərqlidir. Əksəriyyətin fik­rincə bu dünyada şəriət cəzasına, axirətdə ilahi əzaba layiq olan, Peyğəmbərin lənətlə­miş olduğu əməllər böyük günah sayılır. Dəqiq məlum olan budur ki, ağırlıq dərəcə­sinə görə ən böyük günah Allaha şərik qoşmaqdır. Bundan sonra haqsız yerə adam öldürmək, intihar (yəni özünə qəsd etmək), ata-ananın üzünə ağ olmaq, zina etmək, yalandan şahidlik etmək, sehrbazlıqla məşğul olmaq, yetim malı yemək, sələm vermək, cihaddan qaçmaq, iffətli qadına zina böhtanı atmaq, oğurluq etmək, şərab içmək, qumar oynamaq və sairə əməllər böyük günah sayılır.

Bu da həqiqətdir ki, ən xırda günah belə, ardıcıl təkrar ediləndə böyük günah şəklinə düşür. Buna sübut kimi Həzrət Mühəmməd Peyğəmbər salavatullahın aşağıdakı hədisini misal gə­tirə bilərik: “İstiğfar etməklə böyük günah qal­maz, israr (təkrar) etməklə də kiçik günah qalmaz”. Yəni günah nə qə­dər böyük olsa da, tövbə-istiğfar vasitəsilə silinər. Əksinə, günah nə qədər kiçik olsa da, əgər dönə-dönə edilərsə, böyüyər və ağırlaşar.

Deyirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər salavatullah səhabələri ilə səfərə çıxmış­dı. Onların yolu səhradan keçirdi. Köç salıb düşən zaman Peyğəmbər tapşırıq verdi ki, səhraya səpələnib odun toplasınlar. Səhabə­lər xeyli gəzib-dolandılar. Səhrada odun tap­maq çətin idi. Bir neçə saatdan sonra hərə əlində azacıq çır-çırpı ilə düşərgəyə qayıtdı. Odunları üst-üstə atdılar. Böyük bir qalaq yarandı. Bu zaman Peyğəmbər üzünü səha­bələrə tutub buyurdu: “Kiçik günahlar da belədir, çətinliklə gözə çarpır. İnsan ömrü boyu müəyyən fasilələrlə günah işlədəndə onları kiçik və əhəmiyyətsiz sayır. Amma ömrünün sonunda Allah qarşısında cavab ve­rəndə bu günahlar üst-üstə toplanıb hesabla­nacaq və məlum olacaq ki, əslində onların sayı çox imiş”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); ">