Özünü başqalarından üstün sayma...İbrətli rəvayət

/ Cümə axşamı, 05 Fevral 2015 14:59
Özünü başqalarından üstün sayma...İbrətli rəvayət

İslam.az Hz. Peyğəmbərin (s) həyatından bir nümunəni təqdim edir:

Rəvayət olunur ki, Peyğəmbər (s) səfərdə idi, yemək üçün bir qoyun kəsilməsini əmr etdi. Yoldaşlarından biri dedi:

“Onu kəsmək mənim boynuma.” Başqası dedi: “Dərisini soymaq da mənim boynuma.” Başqa birisi dedi: “Xörəyi bişirmək də mənim boynuma.” Beləcə hər kəs bir işi öz boynuna götürdü. Peyğəmbər (s) belə buyurdu: “Elə isə ocaq qalamaq üçün odun yığmaq da mənim boynuma.” Dedilər: “Ey Allahın Elçisi, biz özümüz odun yığacağıq, daha sizin zəhmət çəkməyinizə ehtiyac yoxdur.” Həzrət (s) buyurdu: “Bilirəm, amma özümü sizdən üstün saymaq istəmirəm, çünki Allah-Təala özünü başqalarından üstün sayan bəndəni xoşlamır.” (Müntəhal-amal cild 1, səh.18)

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); llup">