Peyğəmbərin (s) xilas edən nəsihəti

/ Çərşənbə axşamı, 20 Mart 2012 18:14
Peyğəmbərin (s) xilas edən nəsihəti

Bir cavan oğlan Həzrət Mühəmməd Peyğəmbərdən (s) xahiş edir ki, ona hansı günahlardan çəkinmək lazım olduğunu öyrətsin.

Peyğəmbər buyurur:

«Heç vaxt yalan danışma, bundan başqa istədiyin günahı edə bilərsən».

Oğlan sevincək halda Peyğəmbərin hüzurundan çıxır. Yolda qərara alır ki filan məhəllədəki əxlaqsız qadınla zina etsin, çünki Peyğəmbər yalandan başqa bütün günahları ona halal edib. Amma birdən ağlına gəlir ki, kimsə hara getdiyini soruşsa, gərək düzünü söyləsin. Bu halda isə, həm özü rüsva olacaq, həm də cəzaya layiq görüləcək. Ona görə də fikrindən əl çəkir. Bu minvalla oğlan bütün günahlardan uzaqlaşır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.