Задать вопрос / Sual ver:
Salam Hacı. Necə düşünürsüz, biz etdiyimiz yaxşılıqların savabini Əhli-beytə ehsan etsek, Qiyamətdə bunun evezini görəcəyik yoxsa nece? Yəni savabi özümüzə saxlamaq üstündür ya onu əhli-beytə ehsan etmək?
Müəllif: 1 Salavat zikr et
Tarix: 26.01.2021
Aleykumussalam.
Əhli beyt əleyhissəlamlar heç kəsə borclu qalmazlar. Əlbəttə əvəz verərlər.
Allah sizə yar olsun
Salam Hacı. Bir neçə gün bundan qabaq yüksək ehtimalla necise bulaşmış əllə çaynikin desteyine toxunmuşdum. Bugun su kesildi bakin suyunu açdım. Hemin çaynikin desteyine yas əllə toxunduqdan sonra gedib krantda elimi yudum, ancaq deqiq xatirlaya bilmirem su elimden iki defe axdi ya yox. Axi gelen su axar yox, bak suyu idi deye icimde narahatçılıq qalıb. Elimi ve toxunduğum yerleri pak saymaliyam ya yox? Sistani ağa
Müəllif: 1 Salavat zikr et
Tarix: 26.01.2021
Aleykumussalam.
Bu qədər şübhə və şəkk etmək olmaz. Bununla özünüzü çətinliyə salıb ibadetlerinizi korlaya bilərsiniz.
Bir şeyin nəcis olmasına yəqinlik yoxdursa pak sayilar.
Allah sizə yar olsun
Salam. Selefiler gore sevdiğim adamın qebrine getmesen de olar, onlar üçün mehebbet anlayışı zeifdi ya nedi anlamıram, Mekke'ye getmenin ordaki ayaq izine, Allah evine mehhet olduğunu anlamıram, ya qebul etmek istemirler, bir keçe defe sorusdum, anaları xaricde rehmete getse bele getmezler ora mezara. Mene izah edersiz?
Müəllif: Toghrul
Tarix: 26.01.2021
Aleykumussalam.
Sələfilər bir çox insani hisslərdən məhrum edilirlər. Bunun səbəbi onların batil əqidələridir. Məsələn ölüyə aglamirlar və deyirlər olmaz. Əgər olar desələr gərək onda Peyğəmbər əhli-beytinə də ağlamağı qəbul edələr. Hətta Məkkədəki həzrət ibrahimin qədəm izinə də etina etmirlər. Qəbul etsələr gərək digər qədəmgah və müqəddəs yerləri ziyarəti qəbul edələr. Beləliklə öz əqidələrinə görə hər şeyi inkar etmək məcburiyyətindədirlər
Allah sizə yar olsun
Salam. Həm nağd həmdə kreditlə satış edən məişət mağazalarında, məsələn irşad elek. Kontakt home kimi mağalarda işləmək icazəlidirmi?
Müəllif: Elgün
Tarix: 26.01.2021
Aleykumussalam.
Bəli icazəlidir. İşləyə bilərsiniz
Allah sizə yar olsun
Salam Aleykum.Niye Sunnulerin Namaz vaxtlari Şiyelerinkinnen ferqilidir.Ve Sunnulerin Namaz vaxti ile Namaz qilmaa olar?
Müəllif: ...
Tarix: 25.01.2021
Aleykumussalam.
Bu ölçü meyarlarinda fərqlilik edildiyindəndir. Hətta bəzi sünni cədvəlləri bir biri ilə uzlaşmır, həmçinin bəzi şiə cədvəllərində də fərqlilik görsənir.
Allah sizə yar olsun
Salam sizin sual cavsb yerinde bir nece ay qàbaq ki sualimin cavabini tapmaq ucun nece axtariw edim tez tapim
Müəllif: Aybeniz
Tarix: 25.01.2021
Aleykumussalam.
Saytın axtarış yerinə sualınızı eyni səkildə yazın. Tapılmasa yenidən verin cavablandırılar
Allah sizə yar olsun
Bir daha Salam. Hacı men ele yazanda onu nezerde tutmuşdum - yaxşılığın savabını peyğəmbər və əhli-beytine ehsan edende o savabin salamat qalacağını deyir, özündə qalsa günahları ile xarab edəcəyini bildirir. Qeyd edilen düşüncə düzgündür mü?
Müəllif: 1 Salavat zikr et
Tarix: 25.01.2021
Aleykumussalam.
Savab salamat qalacaq ifadəsi fikri dəyişir. Kiməsə əməlin savabını verdikdə artıq onun olur. Hansı halda qalması bizə aid olmaz.
Allah sizə yar olsun
Salam.
Insanın anasının, atasnin etdiyi günahların bedelini onun yaoğlu, qizi odeyer?
2. Xarici olkede qizlar anlamir deye, onları başa salmaq evezine onları qısa müddete sevgi adı altında istifade eden oğlanlar var, bunun bedeli sonrada onların ailelerinden cixar?
Teshekkurler.
a) Evvelki cavablariniz çox gozel idi, başa düşmediyim bir şey, hz Yaqubun qoxu duyma sebebi bir nisanedir dediz, belke bu sevgiden coxalan hesretin neticesidi?
b) Kiminde etrini duyan bunun ona aid oldugunu bildiğiniz adam, kimse var? Weherlerin qoxusunu duyan adamlar ewitmisem ama.
c) Bugün velsobetimle isleyirdim, gece dinlediğim musiqi ' erbeyin etri gelir... can ağa, sene qurban...' gözlerden yaş gelende bir nece defe burnuma Kerbeladan qoxu geldi, bura yad bir etir, ağlaya ağlaya isleyirdim, sururdum velosibeti.
Allah komeyiniz olsun
Müəllif: Toghrul
Tarix: 25.01.2021
Aleykumussalam.
Övladlar valideynlərin məsuliyyətini daşımır və onların əməllərinə cavabdeh deyillər.
Belə də deyil ki xarici qızlar anlamasinlar. Hamısı hər şeyi gözəl anlayır. Əgər övladın azmasina valideynlər səbəb olarlarsa cavab verəcəklər.
Baxın həzrət yəqub həmin Yusif olan quyunun yanından dəfələrlə kecir lakın yanındakı quyudan Yusifin ətrini ala bilmir. Amma köynək Misirdən çıxan kimi Kənandan onun ətrini hiss edir. O səbəbdən dedik ki bu ətir alma bir ilahi nişanə idi.
Bəli bəzi şəxslər var ki onların xüsusi ətri var hətta onların olduğu otaqda belə onu hiss etmək olur.
Kərbəla ətri mənəvi ətirdir, qəlbiniz ora baglananda bu mənəvi ətir hiss olunar. inşaAllah nəsib olar gedib yaxından hiss edərsiniz.
Allah sizə yar olsun
Salam aleykum, qadin yaninda namehrem olmasa sam ve isa namazini sesle qila biler?
Müəllif: Leyla
Tarix: 25.01.2021
Aleykumussalam.
Əgər səsini naməhrəm esitməyəcəksə səsli namazlari səslə qila bilər.
Allah sizə yar olsun
Salam. Evli bir adamla siyqe etmek olar?
Müəllif: Roza
Tarix: 25.01.2021
Aleykumussalam.
Kişi ikinci qadinla istənilən əqdə daxil ola bilər. Ərli qadinla əqd bağlamaq haramdır.
Allah sizə yar olsun
Salam,men ozume aid sual vermey istiyirem ama burda cavablandirilmasini istemirem hansi adrese yazmaliyam?email var?
Müəllif: Allah bendesi
Tarix: 25.01.2021
Aleykumussalam.
[email protected] ünvanına yazın
Allah sizə yar olsun
Qürbətən İlƏllah nə deməkdir?
Bir də Əllah olacaq yoxsa Allah?
Müəllif: TALİB
Tarix: 25.01.2021
Aleykumussalam.
Allaha yaxın olmaq üçün.
Əllah daha düzgün deyilisdir. Allah deyilməsində də irad yoxdur.
Allah sizə yar olsun
Səlamün Aleyküm.
Qüsl alarkən sağ ya da sol tərəfi yuyarkən əlimi üzümə vurdum. Qüslüm batil olar? Yəni üzümə yaxdım.
Əvvvabin Namazi necə qılınır?
Müəllif: TALİB
Tarix: 25.01.2021
Aleykumussalam.
Xeyr quslunuz batıl deyil.
Bizim fiqhdə belə bir namaz yoxdur. Əhli sünnə tövbə namazına əvvabin namazı deyir.
Allah sizə yar olsun
Cümlə belədir.Əl küfru yədum vəzzülmu lə yədum.Bu cümlə tam olaraq necədir və tərcüməsinidə yazarsız zəhmət olmasa.Təşəkkür.
Müəllif: Xalid
Tarix: 25.01.2021
Aleykumussalam
Bu suala cavab verilib. Cavabların icində axtarın.
Allah sizə yar olsun
Salam .Dünən oruc idim .Üzümün kremin yuyandan sonra elə bil ,bir damcı su burnuma getdi, qəsdən etmədim .burnum tutulan kimi idi deyə tam heç nəyi anlamadım ki,su burnuma getdi yoxsa şübhə idi.Orucumu pozmadım,davam etdim.İndi bilmək istəyirəm ki,belə olan halda orucum düzdürmü?Əvvəlcədən təşəkkür edirəm.
Müəllif: Ayan2
Tarix: 25.01.2021
Aleykumussalam.
Qeyd edilən halda orucunuz düzdür.
Allah sizə yar olsun
Salam,menim bele bir sualim var.Falcilar karta baxir ve deyir ki bu oglan ve ya bu qiz senin qismetinde nolsun bir birinizi sevirsiz ama qismetinde deyil. Men bilmek isteyirem ki falci menim qismetimde bu insanla evlenmeyin olub olmadigini duzgun deye biler?
Müəllif: Ilahe
Tarix: 25.01.2021
Aleykumussalam.
Falçılar hamısı yalncilardir. Onlar sabah öz başlarına gələni bilmirlər. Əgər gizli şeylərdən xəbərdardirlarsa , getsinlər Qarabağ zonasında minalari tapsınlar təmizlənməyə kömək etsinlər. Bəlkə faydaları oldu.
Allah sizə yar olsun
Salam.yeni 1 ise baslamaq ucun istixare etmek olar? Yeni xeyirli olub olmadigin oyrenmek ucun
Müəllif: Nigar
Tarix: 25.01.2021
Aleykumussalam.
Bəli bunun üçün istixarə etmək düzgündür.
Allah sizə yar olsun
1. Xahis edirem bu suala cavab verin. Menim burnuma qoxular gelir. Aze den cixanda Tiflisde ferqli qoxu hiss eledim, sanki şehere aid bir qoxu, sonra serhedden Türkiyeye kecende deyisdi qoxu, İstanbul'a kimi o eyni qoxu olub burnumda, sanki havada bu yere aid bir etir dolaşır, sonra Italiaya kecdim, Romanın öz qoxusu var, bu nedir bele?
2. Bir qizla tanış olanda, burnuma qoxu gelir, bilirem ki bu o qizin etridi, ona aiddi, meselen, Polsada yataqxanada bir qiz ile tanış oldum, Gence şehrinden, men Goygolde dogulmusam, oraların da öz qoxusu var, Yolda gedirem, burnuma gencenin etri geldi, o qizdan gelir bildim, ya Maltada Türk qizla tanış oldum, Türkiye'nin etri burnumda idi yol boyu, şoka düşürem ki bu nedir ya Allah. Hicabli bir xanimi sevdim 3 il, ona yazirdim, bu deq bir qoxu var, bilirem sene aiddi, ele bir şeydi ki cennet etridi sanki. Bunu kime deyirem inanmir. Ayeni gösterirem, hz Yaqubun duyduğu qoxu. Men İmam Müzeyi Kazım a. neslindenem. Shecere ile.
Ne deye bilersiz bu haqda?
Müəllif: Toghrul
Tarix: 25.01.2021
Aleykumussalam.
Bu mümkündür, hər bir təbiətin öz qoxusu olması qəbul ediləndir.həmcinin insanlarda da bu olur. Həzrət Yaqubun burnuna gələn qoxu ilahi nisanə idi bu fərqli bir şeydir.
Allah sizə yar olsun
Insanıq ve ferqli milletlere bolunuruk dediz, Allah parçalanmayin buyurur, siz de dediz ki o ayrı soubetdi. Men de sorushuram, hansi sohbetdi, parçalanmaq ve ayrılmaq eyni şey deyil? Yeni deyirsiz ki insanların parcalanmasi normaldisa, dinin de parçalanması normaldi? Ferqli milletler muharibe edirse, dinin içinde bolunenler de muharibe edir, razı olmadiqlari meseleler cixir, bes parçalanmayin deyende neyi nezerde tutur, yeni deyir ki bölünün ama bir birinizi qirmayin? Parçalanmaq muharibeye sebeb olmurmu, ayrı düşünce, ama sonraki ayelerde buyurur ki, eğer neyise bilmesez deyin ki Allah ve Resulü daha haxsi biler, yeni bolunsez bu parçalanmaq deyil, ama bir birinizi öldürmeyin?
Müəllif: Toghrul
Tarix: 24.01.2021
Aleykumussalam
Allah onun ipindən tutub parçalanmayın deyir. Bax məsələnin incəliyi burdadır. Bu bir ipdir bir neçə deyil. O ipin nə olduğunu insanlar düzgün dərk etməlidirlər. Kimsə desə ki bu Qurandır, qəbul edilməz. Çünki bütün dünyada Quran hamının əlində var, hamısı eynidir amma Quran əhli bir birini kafir elan edib qanını axidib. Bu 1400 ildir belədir.
Bu Qur'anın təfsir edənidir. Onun kim olduğunu insanlar tapmalı, Qur'anın nə dediyini ondan öyrənməlidirlər. Bu vəhdətin açarıdır
Allah sizə yar olsun
Salam.
1. Ola bilermi İmam Mehdi s. ve Hz İsa s. cismi olaraq eshabı kef kimi yatırlar, ruhi olaraq Allah dergahindadirlar, zamanı gelende yene de oyanacaqlar, insallah zamanı gelib.
2. Hz Eliden sonra olan imamlardan gelen hedisler Buxari ya Müslimde menbilen yoxdu, sorusanda o imamlar hedis neqlcileri olmuyub deyirler selefiler, siz nece cavab vererdiz?
3. Üniversitde bir telebeni tapsirtmaq yaxsi şey deyil, hazirlasmadan 5 alır, indi özümüzü Allah dostunun yanına aparib bize sefaet ele demek düz cixir? Buna layiq deyilsen axi, başı boş başı boş gezir, oxumaq, dunyagorusu coxaltmaq, hemin o teste hazirlasmaqdansa coxusu cahil cahil gedib asan yolu secir, Allah dostları (imamlardan) shefa isteryir ve bunu adet halina salir, Allah'a yaxinlasmaq üçün vasite axtarir buyurulanda, get adam Tal getir özünü tapsirt qiymet yazım demekdi? Bes o biri telebeler? Sizce Allah icaze verer bu edaletsizliye? Men dua istemeyin menasini derk edirem. Sefaet istemek dua istemek ile EYNIDIR?
Müəllif: Toghrul
Tarix: 24.01.2021
Aleykumussalam.
Ola bilər sualı məsələ məlum olmayanda ya şübhəli olanda olar. Bu məsələdə yəqin var. Onlar diridirlər və İmam zaman Ağa yer kürəsinin üzərindədir.
Onlar həmişəki kimi yalan deyirlər. İmamların hamısından hədis var.
Misal sahfdir. Vəsilə axtarın sözünü Allah özü Qur'anda buyurur və vəsilə olanlar kimlər üçünsə əlçatan kimlərəsə əlçatmaz deyil,hami üçündür.
Dua ilə səfaət fərqlidir.
Allah sizə yar olsun