Задать вопрос / Sual ver:
Salam Haci qadin oz kabininan ayrilmaq ister yoldashi ayirmayir qadin neynamalidi
Müəllif: Alinasir
Tarix: 03.01.2021
Aleykumussalam.
Qadın özü kəbindən çıxa bilməz. Ərin icazəsi lazımdır. Əgər ər öz vəzifələrini icra edirsə qadın ancaq ərindən onu buraxmasini xahiş edə bilər. Əgər ər öz vəzifələrini icra etmirsə və qadina da əziyyət vermək üçün talaq vermirsə, qadın muctəhidə şikayət edəcək. O qadının şikayətinə baxıb məsələni həll edə bilər
Allah sizə yar olsun
Salam. Menim bir neche sualim var. Zehmet olmasa cavablandirardiniz: 1. Zeket nece hesablanir? 2. Zeket, bildiyime gore, ilin sonu verilmelidir. Lakin, menim biraz vaxtim olmadi bu ishi gorum, olar yanvar ayinda zeketi verim? Yoxsa bu artiq sayilmayacaq?
3. Zeketi hisse-hisse bir ay erzinde vermek olarmi? Yanvar ayinda?
4. Zeketi pul ile ve yaxud bazarliq ile vermek olar?
evvelceden teshekkurumu bildirirem.
Müəllif: Saida
Tarix: 02.01.2021
Aleykumussalam.
Zəkat əsasən kənd təsərrüfatı və heyvandarlıq məhsullarına düşər. Həmçinin qızıl və gümüş yatağına.
Bu da il başında olur. Hər bir zəkata düşən şeyin müəyyən həddi var, həddi keçdikdən sonra həmin miqdara ozunə aid qədərində zəkat vacib olur.
Zəkat ayrilibsa sahibinə çatdırılmalıdır.
Zəkat ayrılmış mal ilə veriləcək.
Allah sizə yar olsun
Salam. Lombarda qızıl qoyub pul götürmək halaldı?(yenə pul olanda qızılını geri almaq şərti ilə)
Müəllif: Salam
Tarix: 02.01.2021
Aleykumussalam.
Lombard krediti haramdır.
Allah sizə yar olsun
Salamun Aleykum. Azim sözü necə oxunur? Bilirəm yazı olaraq izah etmək çətindir.
Allah razı olsun
Müəllif: TALİB
Tarix: 02.01.2021
Aleykumussalam.
Elə yazdığınız kimi oxunacaq. z hərfi tələffüz ediləndə ağız sanki dolur.
Allah sizə yar olsun
Salam, hər vaxtınız xeyir. Mən XUMS günü olaraq dekabrın son gününü təyin etmişəm. Həmin gündən bir neçə gün qabaq maaşımızın bir hissəsini verdilər. Halbuki normalda maash imiz ayin ortasında verilir, yəni hardasa normal vaxtin dan 15 gun qabaq veriblər maashimizi. İndi XUMS cixarken hemin pulun da XUMSu tam cixilmalidir, yoxsa bir hissəsinin XUMSu cixilmalidir? (misal ucun maashi gunlerin sayina bolub, ayin 31-nə kimi olan hissənin xumsunu cixmaq)
Zehnət olmasa suali həm Sistani, həm də Məkarim Şirazi ağanın baxışı əsasında cavablandirardiz. Allah elminizə bərəkət versin.
Müəllif: Mr nobody
Tarix: 02.01.2021
Aleykumussalam.
Qeyd edilən miqdar xums hesabına alinacaq və xumsu ayrılacaq.
Allah sizə yar olsun
Salam Aleykum. Gecə namazının qunutunda deyilən 'Həzə Məqamul əizi bikə minənnər' cümləsinin tərcüməsi necədir? Birdəki ərəbcə deyilişini düzmü yazdım? Allah razı olsun.
Müəllif: Elgün
Tarix: 02.01.2021
Aleykumussalam.
Haza məqamul aizu bikə minənnar.
Bu məqamda oddan sənə sığınıram.
Allah sizə yar olsun
Salam Hacı. Sistani ağanın qerb ölkələrində məskunlaşanlarla bağlı fiqh təlimini oxuyarken qarşıma bu maddə çıxdı: Məsələ 255. Müsəlman dövlətlərində birbaşa şəxsin bank hesabına köçürülən məvaciblər (eləcə də digər ödənişlər) əldə edilmədikcə (bankomatdan çıxarılma, yaxud bank şöbələrindən alınma yolu ilə) hətta illik məxaricindən artıq olsa belə, onlara xüms şamil edilmir." Menim işim onlayndir ve her ay qazancım elime deymeden birbaşa bank hesabima kocur. Indi men o pulu hesabdan ələ çıxarmadığım müddətcə ona xüms aid deyil? Qeyd edim ki men Bakıda yaşayıram, pul ise hesabıma xaricden köçür. Sistani ağa.
Müəllif: 1 Salavat zikr et
Tarix: 02.01.2021
Aleykumussalam.
Əgər həmin karta oturulan puldan istifadə edə bilmirsinizsə, ancaq nağdlaşdırdiqdan sonra istifadə edə bilərsinizsə o zaman əlinizə yetisməyincə sizinki sayılmaz və xums ilində əlinizə yetisməyən hesaba alinmaz.
Əgər həmin məbləğ karta oturan kimi ondan istifadə edə bilirsinizsə, sizin malinizdir və ximsa hesablanacaq
Allah sizə yar olsun
Salam qardaş yo men sadece dinde bu isin haram olub olammasin iyrenmek isdyirem ki haqsiz yere beel kimese yanliz ve yanliz fikirde lenet oxumag gunahdi ya yox qinagi zadi sadece bilmey isdiyirdim acig yazsaz dhaa aydin olar menim ucun cunki men normaldan daha artig alnayisli cumleleri daha tez menimsiye bilirem cox təşəkkürlər
Müəllif: Bende
Tarix: 02.01.2021
Aleykumussalam.
İnsanlara bilmədən tanımadan lənət oxumaq haramdır. Belə məsələləri qəlbdə etmək də olmaz.
Allah sizə yar olsun
Salam. U mena k vam 3 voprosa:
1. Nedavno ya prochitala na pachke suxarey sleduyushee predlojenie:” mojet soderjat neznachitelnie sledi orexov, poroshka ribi, rakoobraznix. Mojno li upotreblat takoy produkt?
2. Naskolko ya znayu nelza upotreblat v ede krov. Inogda kogda ya razrezayu myaso kurici k primeru, ya tam viju tonenkie krasnie jilki, ya tak ponimayu melkie kapilarchiki, ix obazatelno vse virezat?
3. Paru let nazad znakomie sovershivshie palomnichestvo privezli nam v podarok s tex mest sladost v korobochke, no mi ee tak i ne poeli i seycas ona isporchena. Vibrosit kak to nepravilno. Podskajite kak nailuchshim sposobom rassporaditsa etim?
Zaranee blagodaryu
Müəllif: Nigar
Tarix: 02.01.2021
Aleykumussalam.
Tak kak tam ne potverjdyonnaya informasiya,to mojno ispolzvac.
Krov kotoriy ostayotsya v jevotnom,posle yevo uboya po sariatu, ne şetayetsya necestyu.
Yesli ona isporceno to mojete yevo vibrosic ili dach jivotnim yesli oni u vas yest.
Allah sizə yar olsun
Salam Aleykum. Həzrət Peyğəmbər (s) buyurur: Hər kim "Yasin" surəsini yazar və onu yuduqdan sonra suyunu içərsə,daxilinə min cür dərman,min cür nur,yəqin,bərəkət və rəhməti daxil edər və hər cür dərdi ondan uzaqlaşdırar. Bu yazıya əməl etmək olar?Hər zaman sizinlə məsləhətləşirəm belə yazılar qarşıma çıxanda. Yuyar deyəndə həmin yazılı kağızı stəkana suya salıb içmək olar?? Sağ olun Allah canınızı daima sağlam etsin
Müəllif: Ya Səbur
Tarix: 02.01.2021
Aleykumussalam.
Bəli əməl edə bilərsiniz
Allah sizə yar olsun
Salam Hacı. Haram ticaretle pul qazanıb 5 ev alib, bu evlerin kirayesi ile dolanan adam, ne etmelidir ki bu evlerden gelen kiraye pulu halal olsun? Bunun hansısa şəri yolu qaydasi var? Sistani ağa.
Müəllif: Sual
Tarix: 02.01.2021
Aleykumussalam.
Bunun məsələsini müctəhid nümayəndəsi ilə həll edə bilərlər.
Allah sizə yar olsun
Salam.gece namazini qilmagin en yaxwi vaxti hacandi? Teqribi sahat necede qilinsa daha yaxwi olar? Internette gece yarisininan sonra yazib demekki 12den sonra subhe geder istenilen vaxt? Deqiq sahat yazardiz zehmet olmasa.Allah razi olsun
Müəllif: Mmm
Tarix: 02.01.2021
Aleykumussalam.
Məsələn gecə ikidən sonra qılın.
Allah sizə yar olsun
Salam alkum , heyizdən kəsilmiş qadınla cinsi yaxınlıq etmək haladirmi ?
Müəllif: Fərrux
Tarix: 02.01.2021
Aleykumussalam.
Əgər bu qadın onun halalidirsa bəli.
Allah sizə yar olsun
Salam. Cox uzur isteyirem ifademe gore, bir qadinla bir kisi birbirlerini cox sevirlerse ve evlenmek fikirleri varsa ve bir sehv edib intim danisiqlar ediblerse ancaq bu emellerine cox pesmandilarsa ve tovbe ediblerse, bunun gunahi nedir ? (xamneyi aga)
Müəllif: rustam
Tarix: 02.01.2021
Aleykumussalam.
Bunlar tövbə etməlidir və qanuni yolla əqd bağlayıb evlənə bilərlər..
Allah sizə yar olsun
Salam. Əgər o başdan heçnə yeməməklə oruc tutmaq olursa
Azca ara verməklə belə oruc tutmaq yaxşı olar yoxsa tez-tez tutmaq cana ziyan olar?
Müəllif: Salam
Tarix: 02.01.2021
Aleykumussalam.
Bu insanin canına bağlı olan məsələdir. Bəzi insanlarda mümkündür problem olmaya, bəzilərində isə ola bilər. Bu səbəbdən öz halınızı özünüz dəyərləndirəcəksiz.
Allah sizə yar olsun
Salam. Ateist biri ile dostluq etmek olar? Sistani agaya teqlid edirem.
Müəllif: runya
Tarix: 01.01.2021
Aleykumussalam.
Dostluq olmaz. Yaxın münasibətdə olmaq olar amma bu şərtlə ki gərək bu onun hidayət olunmasına səbəb olsun. Əgər bu olmayacaqsa ondan uzaq durun.
Allah sizə yar olsun
Salam haci. Bu gun atamin defninden 40 gun otur. Qebrini ziyaret etmeye getmishdik. Orda bir molla ile danishdiq, sonradan onu bashqa bir defn merasimine cagirdilar. Men ozum Cereke kitabini da aparmamishdim ki, orda ozum Yasin suresini oxuyum. Sualim budur ki, orda telefona yazilmish hazir Yasin suresini qoyub oxuda bilerem? Yoxsa Cerekeden oxumaq lazimdir? Ola biler tekrar sual vermish olaram, uzr isteyirem. Teqlid Sistani aga. Allah razi olsun.
Müəllif: Orxan
Tarix: 01.01.2021
Aleykumussalam.
Həmin çərəkə kitabcasindan özünüz oxuyun.
Allah sizə yar olsun
Salam Aleykum.indi siz mene Hicab baresinde Qurannan delil getirdiz ALLAH SIZDEN RAZI olsun. Amma ki zehmet deyilse mene Hedisden delik getirun ki harda yazilib ki Hicab vacibdir.ALLAH SIZDEN RAZI OLSUN
Müəllif: Huseyn
Tarix: 01.01.2021
Aleykumussalam.
Hörmətli oxucu. Quranın aşkar ayəsi olan yedə heç kim hədis axtarmaz. Bu dini savadsizliqdir. Hədis o zaman lazim olur ki ya Qurandan aşkar ayə yoxdur ya ümumiyyətlə bu barədə ayə nazil olmayıb.
İkincisi sizə qeyd etdik ki bütün İslam dünyası bu məsələdə ixtilaf etmir. Daha dəlilə yer qalmır.
Sonda bir daha təkrar edək. İslam dini gələn gündən xanımlara hicab əmri gəlib və bu günə kimi icra edilir.
Allah sizə yar olsun
Salam. Mən bir arzum həyata keçsin deyə nəzir etmişəmki əyyami fatimədə xanım Zəhra adına bir gün ehsan bişirib 7 evə paylayarıq. İstəyirəm sərdar Süleymaninin il dönümündə yəni 3 yanvarda edim və Qasim Süleymanini də şərik edim ehsana. Olarmı belə? Ya necə nəzir etmişəm o cür etməliyəm?
Müəllif: Salam
Tarix: 01.01.2021
Aleykumussalam.
Nəzərinizə uyğun əməl edin. Sərdar Süleymaninin il dönümündə etməyimizin isə heç bir eybi yoxdur. Onu şərik etmək üçün ona aid nəsə əlavə edin.
Allah sizə yar olsun
Salam. Namaz geymi almaq isteyirem o geyim başörtüyü geyimin özünə bitişikdi.bu geyimin baş hissəsi və qolları qara rəngdir.mən bu geyimlə namaz qılan bilərəm?
Müəllif: İlahə
Tarix: 01.01.2021
Aleykumussalam.
Bu suala cavab verilib. Xahiş edirik bir sualı dəfələrlə təkrar vermeyin.
Bunun eybi yoxdur.
Allah sizə yar olsun