Задать вопрос / Sual ver:
Salam bəahi cemiyyeti ve ya dini nedir? Dini ISLAM olan bir kesin bele insanlarla unsiyyeti veya aile qurmasi ne derecede duzgundu
Müəllif: Elya
Tarix: 22.12.2020
Aleykumussalam.
Bəhailik azgın əqidəli bir təriqətdir. Onlarla ünsiyyət qurmaq düzgün deyil ailə və qohumluq icazəli sayılmır.
Allah sizə yar olsun
Salam men internetten Kurani Kerim okuyuram..Bir cox proqramlarda surelerin yalnizca azerice tercumesi cerilib.Bilmek isterdimki Azerice oxumaq olar hansisa niuyet ucun yoxsa erebcede oxumaq lazimdir
Müəllif: Lamiye
Tarix: 22.12.2020
Aleykumussalam.
Qeyri ərəb dilində olanlar tərcumə sayilir və həmin dilə mənsub olanlara məlumat tipli sayılar.hansisa niyyət üçün oxunanda gərək orijinal oxunsun.
Allah sizə yar olsun
Salam haci. Cavablarin birinde oxudum, yazmisiniz ki, salavati bele demek lazimdir Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Men hemishe Allahummə salli əla Muhəmməd və ali Muhəmməd demishem. Indi dediklerim hamisi sehv olub? Teqlid Sistani aga. Onceden teshekkurler.
Müəllif: Orxan
Tarix: 22.12.2020
Aleykumussalam.
Əgər birinci Mühəmməd kəlməsindən sonra nəfəsinizi dərirsinizsə , düzdür. Bir nəfəsə deyiləcəksə gərək qeyd edilən halda deyilsin.
Bundan sonra bu məsələdə diqqətli olun.
Allah sizə yar olsun
Salam Hacı. Bir sünni saytındakı adam İmam Sadiqin sünni olduğunu deyir. Şiə olmamışdır və sünni olmuşdur və İmam Əbu Hənifənin hocasidir deyir. İmam Sadiq şiə olmayıb? Şiə haq yol deyil? Əhli sünnəni seçməliyəm? Şiəlik bidətdir?
Müəllif: TALİB
Tarix: 22.12.2020
Aleykumussalam.
Bunu iddia edən adam ya pozucudur ya ağılsız. İmam Sadiq Əbu Hənifə nin müəllimidir. Deməli şagird məlimindən olmalıdır, məlim sagirdindən yox. Əgər belə olmayibsa şagird məliminin haqqin pozmuş sayilir.
Allah sizə yar olsun
Salam. Vo vrema destemaza pri omovenii nog ya kosnulas ladonyu na sekundu ranshe chem palci ruk kosnulis palcev nog. Mojet li eto narushit destemaz?
Müəllif: Nigar
Tarix: 22.12.2020
Aleykumussalam.
Net,eto ne portit omiveniye.
Allah sizə yar olsun
Salam hacı. Çox sağ olun baş üstə. 1. Birdə nə dua oxusam hətta fərəc duasını da bir əlimi qarnıma qoyub oxuyuram. Bunun xeyirli təsiri olacaqmı? 2. Məkruh əməllərin bətndəki uşağa təsiri ola bilərmi? Çünki İmamın əsgərləri olacaq övladlar böyütmək istəyirəm və istəmirəm nəsə pis təsir edəcək bir əməl edim. Və sonda sizdən çox xaiş edirəm dua edin sağ salamat övladımı sağlam şəkildə gətirim dünyaya
Müəllif: Salam
Tarix: 22.12.2020
Aleykumussalam.
Bəli bunun faydası olacaq.
Yəqin ki, heç bir əməl təsirsiz ötüşmür.
inşaAllah xeyirli olar.
Allah sizə yar olsun
Salamun Əleyküm. Təsbehsiz öz özünə zikr çəkmək olarmı?
Barmaq ilə zikr necə çəkilir?
Müəllif: TALİB
Tarix: 22.12.2020
Aleykumussalam.
Bəli əlbəttə ki olar. Barmaqlar üç hissədən ibarətdir. Buna nisbətən zikrləri saya bilərsiniz.
Allah sizə yar olsun
Salam, men bugun orucumun qeza gunlerini tutmaga qerara geldim. Seher durdum, oz sozlerimle niyyet etdim. Onceden her hansi bir qusl almagim vacib idi? Qeyd etmek isterdim ki, boynumda cenabat ve heyz quslu yoxdur.
Müəllif: Nigar
Tarix: 22.12.2020
Aleykumussalam.
Düz etmisiz, boynunuzda hansısa bir qüsl yoxdursa qüslə ehtiyac yoxdur.
Allah sizə yar olsun
Salam haci.Yene iş baresinde sual verecem.Işlediyim yerde smenin boyuyu var ki,biz ona tabeyik.Bu yaxinlarda onun işi çox olduguna gore mudriyyet ona komekçi verib.bezilerine 2 dene komekçi.butun smenlerde ya boyuk ozu ya komekçileri bu elave işi gorurler.Amma menim smenimde boyuk ve onun komekçileri bu işi menim ustume atiblar.duzdu xahiş edirler.amma axir vaxtlar gorurem ozleri bekardilar amma yene mene deyirler edim.menim işim çox mesuliyetlidir,qorxuram sehv buraxam.amma heç cure bunlara otkaz ede bilmirdim.gordum mindiler başima.xoşlarina geldi.ve smeni tehvil verende de coxlari fikir verib ki, men onlarin işini gorurem qeribe geldi onlara.onlarin oz işlerini menim boynuma atmaq gunahdir? 2 dene komekçisi here oz kefinde.birine artiq dedim ki, bu işi daha gormeyecem. Boyuk indi mezuniyetdedir,qayidanda ona da demek isteyirem.hec maraqlanmirlar men obedimi etdim ya yox,amma ozleri aralarinda deyişib yemek çay her şeyi vaxdinda yeyirler.Bu gunahdir onlar ucun? Cox sagolun
Müəllif: .......
Tarix: 22.12.2020
Aleykumussalam.
İstənilən halda kiminsə haqqını pozmaq olmaz və insan bunlara mütləq şəkildə cavab verəcək. Siz də haqqınızı tələb edə bilərsiniz.
Allah sizə yar olsun
Salam haci.Işlediyim yerde koronavirus başlayandan bize artiq iş veribler gormeye.Sonra muharibe başladi yene elave iş veribler,oz işimizle beraber bunlari da goruruk,herden iş lap çox olur.Obede gec gedirik,ele olur ki,heç getmirik.Amma bizimle bu organizasiyada işleyen başqa işçilerimiz de var, karantin vaxti onlarin işi az idi.Bezilerini evde saxladilar.Onlarin bir hissesi işleyib obirileri evde idiler.sonra bunlar evde qalib onlar gelib işleyirdiler.Bu yaxinlarda maaşa elave premiya verilmişdir bezi işcilere.ozude elelerine veribler ki,çoxsu meter qalib.kime ki premiya veribler onlar çox işlemirdiler.yani biz heqiqeten çox işledik,amma bize heçne vermediler.çox edaletsizdir.reis dedi ki,guya onlara ayri iş tapşirmişdir ki,onu heç kim bilmir.inanmagimiz tebii ki,gelmir.reis birine dedi ki, guya bizim de adlarimizi ora yazdi amma direktor pozdu.Vallah bilmirem nece olub.yana yana qaldiq.dediler guya bize premiya duşmur.eger heqiqeten bele olubsa onlarin boynunda bizim haqqimiz var?
Müəllif: .......
Tarix: 22.12.2020
Aleykumussalam.
Bəli əgər haqqınız pozulubsa bu onların boynunda olacaq.
Allah sizə yar olsun
Salam. Serxow adamin yaninda Namaz qilmag olar?
Müəllif: Leyla
Tarix: 22.12.2020
Aleykumussalam.
Bəli olar, qıla bilərsiniz,ola bilər onun da hidayət olmasına səbəb ola.
Allah sizə yar olsun
Salam. Mən sualıma görə üzürlü bilin. Mən illər sonra nəhayət hamilə qaldığımı öyrəndim Allahın lütfü ilə. Uşağı salamat dünyaya gətirmək üçün hansı duaları oxuyum? Nələr edim?
Müəllif: Salam
Tarix: 21.12.2020
Aleykumussalam.
Çalışın dəstəmazlı olun. Namazlari ilk vaxtda qılın, Quran oxuyun. Məryəm surəsi 4-7 ayəyə kimi əzbərləyib çox oxuyun
Haramlardan uzaq durun ki bu körpəyə təsir edəcək.
Allah sizə yar olsun
Salam Hacıcan. Yeqin bilersiz mobil prilojeniyalar vasitesile sifaris verirsen yemeyi qapina getirirler. Bilmek isterdim ki mal eti ve quzu eti ile olan donerden ve kababdan sifariş ede bilerik? Sistani agaya teqlid, ölkə Azərbaycan
Müəllif: Sual
Tarix: 21.12.2020
Aleykumussalam.
Bəli dediklərinizdən istifadə edə bilərsiniz
Allah sizə yar olsun
Salam Coxsagolun sualimi cavablandirdiginiz ucun..birde sorusmaq isteyirdim Peygemberimize salavat ve kelimeyi sehadet mece deyilir
Müəllif: Lamiye
Tarix: 21.12.2020
Aleykumussalam.
Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd.
Əşhədu ənla ilahə illəllah. Əshədu ənnə Muhəmmədən Rəsulullah. Əshədu ənnə Əliyyən Vəliyullah.
Allah sizə yar olsun
Salam menim sualıma cavab vermediz ananın 23 yaşlı oğlanın cinsi organın görmesi günahdır bunun yani cezası var telefonda şekli bilmeden görüb.
Müəllif: Eziz
Tarix: 21.12.2020
Aleykumussalam.
Cavab verildi, mümkündür siz istədiyiniz cavabı almamısiz. Bütün günahların cəzası var. Cəzanın necə olması Allaha aid məsələdir. Bütün günahlardan da tövbə edilməlidir
Allah sizə yar olsun
Salam. Eks cinsle qisa muddetli 'sevgi' adı altında munasibetde olan oglana 'senin de bacın anan var, olmaz, Allahdan qorx' deyende, 'o ayrı bu ayrı, menimkiler ele elemez, hem evlenene qeder yaşamaq lazımdı cavanligi, çünkü bunlar özleri de isteyir, zorla deyil' deyende ne cavab verim?
Allah razı olsun
Müəllif: TOGHRUL
Tarix: 21.12.2020
Aleykumussalam.
Bu suala cavab verdik.
O ayrı bu ayrı deyil. Onun da namusu sayılan xanımlarla yazılanlara da deyəndə onlar da eyni şəkildə cavab verir. Ayilsin. Milletin namusu ilə oynayan kesin namusu amanda qalmayacaq
Allah sizə yar olsun
Salam Aleykum,Quranı pdf seklinde yaxud basqa elektron surette oxuyarken destemaza ehtiyac varmi?
Müəllif: .....
Tarix: 21.12.2020
Aleykumussalam
Elektron vasitələrdən oxuyarkən dəstəmaz almaq vacib deyil.
Allah sizə yar olsun
Salam Hacı.Biz cemaat değil bir ümmetik cümləsinin mənası nədir ?
Müəllif: Hüseyn
Tarix: 21.12.2020
Aleykumussalam.
Camaat kiçik toplum, ümmət isə böyük toplum, islam toplumu mənasındadır.
Allah sizə yar olsun
Salam Əleykum, babamgil rayonda qalır Mirmövsüm ağanın ziyarətgahında qurban kəsməyi niyyət edib, həm vəziyyəti yaxşı deyil babamın , həmdə karantindi deyə gələ bilmir. Qurbanı rayonda kəsmələri olar yoxsa niyyəti harada kəsməyi deyibsə orada mütləq kəsməlidir? Allah razı olsun
Müəllif: .........,
Tarix: 21.12.2020
Aleykumussalam.
Harada deyilibsə orada da kəsilməlidir. Pulu sizə ötürsünlər, siz onların yerinə burada kəsin.
Allah sizə yar olsun
Heyzli Qadin Quran oxuya biler?
Müəllif: Wwwwww
Tarix: 20.12.2020
Aleykumussalam.
Oxuya bilər. Amma 7 ayədən artiq oxumaq məkruhdur. Vacib səcdəsi olan surələrdən isə bir hərf də oxuya bilməz
Allah sizə yar olsun