Задать вопрос / Sual ver:
Salam Haci siz demiwdiz yaxinlig edennen sora kiwi menisi gelirse quls pozulmur ve oruc duzdu. Bes eger gelen qadinin menidise oruc duz sayilir yenede?
Müəllif: Ema
Tarix: 13.05.2020
Aleykumusalam.
Əgər qadının özünün olarsa qüsl pozular və yenidən verilməlidir. Əgər bu sübh azanındabn sonra baş veribsə, yəni yaxınlıq sübhdən qabaq olar, qüsl verilib oruca daxil oluna və sonra bu qeyri ixtiyari xaric ola, o zaman oruc düzdür, namazlar üçün qüsl edilməlidir.
Allah sizə yar olsun
Salam, gecə sahura dura bilməmişəm, səhər durub oruc üçün niyyət etdim, orucum sayılır?
Müəllif: Sabsab
Tarix: 13.05.2020
Aleykumusalam.
Bəli, orucunuz düzdür.
Allah sizə yar olsun
Salam haci. 1. Qizam. Azaciq titremeler men shekk subheye salir. Berk titremeler olanda lap shubheye dusurem. Ele bilirem bosalmadir. Herden berk hissler olur. Ayird ede bilmirem. Ona gore her defe qusl aliram. Eger bunlar subh azanindan sonra olur bu gunun orucu duz sayilir? 2. Titremeden sonra kicik ayaq yoluna getdim gordum hecne yoxdu, sadece siyidi sildim, amma hec bir şehvetden gelen yaşliq yaxud surusken videleniya yox idi. Zehmet olmasa deyerdiz qizlarda boşalma olanda nese gelmelidir yoxsa quru da ola biler bosalmadan sonra?
Müəllif: ......
Tarix: 13.05.2020
Aleykumusalam.
1.Bu barədə dəfələrlə ytamısız və cavab vermişik. Bu qeyd etdiyiniz qüslə səbəb olmur. Əgər ixtiyarsız qüslə səbəb olan hal baş verərsə, o zaman oruc düzdür və namazlar üçün qüsl alınacaq.\
2.Bəli, boşalma olanda yaşlıq xaric olur və bədəndə süstlük kimi hal baş verir.
Allah sizə yar olsun
Müəllif: Zümrüd
Tarix: 13.05.2020
Aleykumussalam
Bu yazdiqiniz elə qüslün sozləridir.
Allah sizə yar olsun
Salam. Biz dərs alırıq irandan. Sabah dərsim var və tapşırığı edə bilməmişəm hələ. Bu gecənin bəzi əməllərindən sonra yarım saatımı falan dərsə ayırsam onunda savabı olarmı ya daha yaxşısı ibadətlə məşğul olmaqdı?
Müəllif: Salam
Tarix: 13.05.2020
Aleykumussalam
İbadətinizi də edin,dərsinizi də.
Allah sizə yar olsun
Salam. Burada siz birinə yazanda oxumuşdum, nəsə edib savabını başqasına bağışlamaq haqqında. Mən 2 nəfəri görmürəm ki halallıq istəyim. Bu gün bu işin savabını əvvəl hər ikisinə hədiyyə etdim. Amma sonra düşündüm ki bir işin savabını iki nəfərə etmək az olar. Bunun savabın 1nə hədiyyə etdiyimi niyyət etdim bir də. Fikirləşdim digəri üçün də başqa bir iş edib hədiyyə edərəm. Belə düz etmişəm? Yoxsa 2nə dedimsə birincidə 2nə də olmalıydı? Fikri dəyişmək olmazdı
Müəllif: .....
Tarix: 13.05.2020
Aleykumussalam
Hər ikisinə də bir savabı hədiyyə edə bilərsiniz.
Allah sizə yar olsun
Salam Hacı. Müharibə zamanı düşmənin içməli su hövzəsinə zəhər və ya xəstəlik bulasdirib onları bu şəkildə məhv etməyə icazə var serietimizde? Sistani ağa
Müəllif: Sual
Tarix: 13.05.2020
Aleykumussalam
Belə bir isin icazəli olması qarşımıza çıxmayıb. Bəlkə məsumların müharibələrdə olan rəftarı bunun əksini göstərir.
Allah sizə yar olsun
Salam haci. Qedr gecelerinde her hansi duani oxuyanda hansi niyyetnen oxumaq lazimdir? Meselen menim hacetlerim varsa onlarin heyata kecmeleri ucun men Ayetul kursi, Fatihe, Ixlas, Qedr, Nas, Feleq sureleri, Tevessul duasi, Ferec duasi ve s. oxuyub savabini Peygember ve Onun Pak Ehlibeytine hediyye ede bilerem? Yoxsa Qedr gecelerinde niyyet basqacur olmalidir? Cox sagolun
Müəllif: ......
Tarix: 13.05.2020
Aleykumussalam
Bəli belə edə bilərsiniz.
Allah sizə yar olsun
Qardas mənim işim Naxçıvanda dı amma müfeqqeti olaraq seher 08:00dan 19:00a qeder Culfa şəhərinə derse gederik bu zaman oruc tutmalıyam
Müəllif: Bəhruz
Tarix: 13.05.2020
Aleykumussalam
Əgər gediş gəlişiniz azı 44 km dən artıqdırsa oruc bu səfərdə pozulacaq. Səfərə hərəkət edəndən sonra orucu pozacaqsiz.
Allah sizə yar olsun
Salamun aleykum necesiz
Demeli bu il Ramazan ayinin bir gununu imsaka dura bilmedim ve col weraitinde iwlediyim ucun hecne yemeden iwe getmek isdemedim yeni emin idim ki hecne yeyib icmeden o weraitde dozmek olmaz oncun ele getdim
Sualim budur ki qeza ile keffare de vacib olurmu ?
Ve eger insan orucun gunortaya qeder pozsa tekce qeza etmelidi yoxsa hemde keffare de mi vacib olur ?
Allah sizden razi olsun
Müəllif: Abbas
Tarix: 12.05.2020
Aleykumussalam
Qeyd edilən halda kəffarə vacib olar. Əgər siz oruc halında sona kimi dayansaydiz və dözülməz hal bas versəydi,onda poza bilərdiz və ancaq qəza olacaqdı.
Özbaşına qərar vermək olmaz.
Zöhrdən əvvəl ya sonra pozma qəzaya aiddir vacib oruca yox.
Allah sizə yar olsun
Salam bir sualim da var size. Bizim evde quran yoxdu qedr gecesinde bawima qurani evezleyecek ne qoy bilerem
Müəllif: Gunay
Tarix: 12.05.2020
Aleykumussalam
Quran ayəsi ya kiçik surəsi belə yazılmış olan bir vərəq.
Allah sizə yar olsun
Salam qedr gecesinin quslun almaq vacibdir? Men almasam qedr gecesinin namazin qila bilerem? Boynumda quslum yoxdur....ve oxudum ki qedr gecesinin namazi isha ve subh namazlarin arasinda qilinir. Onu biraz anlamadim yani subh namazi bawlayana qeder uje qilmaliyam? Misal ucun saat 1 de qila bilerem?
Müəllif: Allah bendesi
Tarix: 12.05.2020
Aleykumussalam
Xeyr vacib deyil. Almamış da əməlləri icra edə bilərsiniz.
Yəni gecə qılınmalıdır. Bəli birdə qıla bilərsiniz.
Allah sizə yar olsun
Salam. Evvelki sualimi cvbladigivizcun minnetdaram size.Men18ci gunun niyyetin edende 17ci gun sanib 17ci gun niyyeti etmiwem. Indi iftari acanda bildim ki sen deme 18ci gun imiw bu gun. Orucum batildi gunu sehv salib sehv niyyet etdiyimcun?
Müəllif: Gunay
Tarix: 12.05.2020
Aleykumussalam
Bunun eybi yoxdur. Bilməyərəkdən olub. Orucunuz yerindədir.
Allah sizə yar olsun
Salam. Cenabet qüslu alarken burnu ve ağzı yaxalamaq vacibdir?Sistani Ağa
Müəllif: Bende
Tarix: 12.05.2020
Aleykumussalam
Zahirən görünən yerlər yuyulacaq, görünməyən yerlərin yuyulması vacib deyil.
Allah sizə yar olsun
Salam heci Salam. Bilmey isdeyirdim burda qeydolnub ki ramazan ayinin namazinda 3defe ixlas suresi deylir 1 ixlasda bismilah rahman rahimi deyrdim 2ci ve 3cude yox vacib dirmi
Müəllif: Vusale
Tarix: 12.05.2020
Aleykumussalam
Bəli surə nə qədər təkrarlanarsa əvvəlində Bismillah deyiləcək.
Allah sizə yar olsun
Müctəhid Sistani ağa
Zəhmət olmasa deyin oruclu halda qan analizi vermək olar?Bir də məndən soruşdular ki, barmağın qanaması orucu pozurmu, dedim orucu pozan əlamətlər içində bu yoxdur, demək pozulmaz.Düz demişəm?
Təşəkkür edirəm
Müəllif: Zəhra+Aşiqi
Tarix: 12.05.2020
Aleykumussalam
Bəli vermək olar.
Düz demisiz bu orucu pozmaz.
Allah sizə yar olsun
Salam men dunen cimmiwem quslda tezelemiwem buqun tezden almaq wertdi?
Müəllif: Orxan
Tarix: 12.05.2020
Aleykumussalam.
Xeyr sərt deyil. Mustəbdir.
Allah sizə yar olsun
Salam. Heyz vaxtı çimərkən qulağa su dolub, 2 gündür çıxmır, qalıb. Qüsl alıb, oruc tutmaq olarmı? Təşəkkür
Müəllif: Zarina
Tarix: 12.05.2020
Aleykumussalam
Bəli quslunuzu edib orucunuzu tutun.
Allah sizə yar olsun
Salam əleykum
Men namaz qılıram ama qoluma yazı yazdırmaq istəyirəm mecbur deyil ama konlumcedi isteyirem edim sadəcə balaca bi işarə atmaq istəyirəm hərf məsələn onu etmək olarmı üzürlü yolu varmı yaxşı edirəm cavab yazasınız
Müəllif: Babacan
Tarix: 12.05.2020
Aleykumussalam
Bu qadağan deyil. Amma çalışın belə lazimsiz şeylərdən uzaq olun.
Allah sizə yar olsun
Salam.Qadinlar namaz qilarken nece əzası yere deymelidir?
Müəllif: Q...
Tarix: 12.05.2020
Aleykumussalam
Qadının da kişi kimi 7 əzasi yerə dəyməlidir.
Allah sizə yar olsun