Задать вопрос / Sual ver:
Salam aleyku 3sualim var zehmet olmasa cavablandirardizda. 1qedrgecesinin namazi hemden sora 7ixlas suresidi her surenin evellinde bismillahi rahmani rahim deyilmesi vacbdirmi. 2qedr gecesi qusulu nece niyyet edilir 3ramazan ayinin namazinin ardinca qedir gecesi namazini qilmaq olar cavaba gore Cox saqolun Allah razi olsun inseallah
Müəllif: Zekeriye
Tarix: 12.05.2020
Aleykumussalam
Bəli mütləq şəkildə deyilməlidir.
Bu gecənin müstəhəb quslun edirəm.
Bəli olar,edə bilərsiniz.
Allah sizə yar olsun
Salam. Dilimdə yara vardı, ona baxmaq üçün dilimi ağzımdan kənara çıxardı. Dodağım quru idi, heç nə yox idi üzərində. Dili qeyri qaytaranda udqundum. Fikir vermədim. Sonra təkrar baxdım dilimə. Geri qaytaranda ağlıma gəldi ki dilim dodağıma dəyib amma fikirləşdim ki nə olsun, dodağımda ki heç nə yox idi. Udqundum getdi, ağız suyunu atmadım. Ağlıma gəlib ki ilk dəfə dilim dodağıma dəyəndə dodağım nəm ola bilərdi. İkinci dəfə də dilim bu nəmliyə dəyərdi. İndi xatırlaya bilmirəm, dodağımın nəmliyini onda gördüm ya yox. Gördümsə də heç nə olmaz düşünmüşəm. Dodaq da tam nəm olmamışdı. Bir qədər hissəsi. Mən dediyim kimi əvvəl ağlıma gəlmədi, sonra da fikir verməmişəm. Bu halda orucumu batil etmişəm?
Müəllif: .....
Tarix: 12.05.2020
Aleykumussalam
Orucunuz batil olmayıb..
Allah sizə yar olsun
Salam haci.Size bir sualım var menim bir niyyetim var qebul olması üçün cox dua edirəm ve bir az da dözümsüzlük edirem ,amma qorxuram ki isyan kimi çıxar duamın qebul olması üçün və isyankarlıq olmaması üçün ne etmeliyem?
Müəllif: Nu....
Tarix: 12.05.2020
Aleykumussalam.
Səbrlə dua edin və naumid olmayıb gözləyin.
Allah sizə yar olsun
Salam. Buyurduz ki kafirin əvvəlki illərin qəzası yoxdur. Bəs qeyri musəlmanın necə?
Müəllif: Salam
Tarix: 12.05.2020
Aleykumussalam
Qeyri müsəlman da elə kafir hökmündədir.
Allah sizə yar olsun
Salam, men namazdarim yaman wekke duwurem bilmirem ne edim, 1 deqiqe evvel elediyim emelide yadima sala bilmiremki elemiwem ya yox , bilmirem. weytandi yoxsaki beynimle elaqedardi, caliwdigim qederde diqqetle qiliram, hokm nedi 2) weytan eger bizi namazdan uzaglawdirmag fikrindedise, niye bizi wekke salib yeniden namaz qildirir? Wekke duwennen soram olurki namazi yenileyirik. Minnetdaram size
Müəllif: Turan
Tarix: 12.05.2020
Aleykumussalam
Əgər bir namazda adi halinizla üç və ya daha çox şəkk edirsizsə bu xəstəlikdir və bundan qurtulmaq üçün bir müddət səkklərinizə fikir verməyəcəksiniz.
Uzaqlasdira bilmədikdə çaşdırır və bezdirir.
Allah sizə yar olsun
Salam buteyr namazı deyilən bir namaz var?
Müəllif: Salam
Tarix: 12.05.2020
Aleykumusalam.
Belə bir namaz bizə rast gəlməyib.
Allah sizə yar olsun
Salam. Bu yanlış olsada bəzi insanlar sadəcə bu günlərdə oruc olmaq istəyirlər qədr gecəsinə görə. Bugün olmalıydılar ya sabah
Müəllif: Salam
Tarix: 12.05.2020
Aleykumusalam.
Qeyd etdiyiniz sabaha aiddir.
Allah sizə yar olsun
Salam. 1. Kafir ya qeyri musəlman musəlman olursa əvvəlki namazları qəza olmurki hə? 2. Mənim Allahın bağışlayan olduğuna ümidim çoxdu və hər il qədr gecəsində günahlarıma götə tövbə edirəm. Ama düşünürəm ki əgər həyqi yəqinim olsa ki Allah bağışlayır bəs niyə əvvəlki gunahlarıma görə narahatam helə. ? Bu gecə hansı ümidlə gedək Allah qapısına?
Müəllif: Salam
Tarix: 12.05.2020
Aleykumusalam.
Bəli, kafiirin əvvəlki illərinin qəzası yoxdur.
Bu insanın vicdanıdır. Əgər bu olmasa, yəni insan etiyi xətalara görə peşman və narahat olmasa vicdan susar və bu çox təhlükəli hal yaradar.
Allah sizə yar olsun
Salam Haci qardaw uzr isdeyirem sualima gore.
Haci heyz deyilem ama elametleri var mende problemlidi yeni bele hal 8gunde 1 ayda 2 ayda uzanir tam olana kimi bu halda men oruc tuta bileremmi yeni dyesiz 10gun artiq heyz sayilmir neyniyim 10gun orucumu saxliyim?men saxlamiram tam olana kimi tam emin olana kimi bu duzqundurmu .
bele halda elimi QURANA vura bileemmi ?yeni bulaniq axinti qan deyil
bele halda qedr gecesine qala bilerem eyer he hansi dualari oxuya bilerem ve hasnilar olmaz
secde halinda dua ede bileremmi?
AYATAL KURSU KOVSER QEDR SURELERI HAMISINI OXUYA BILEREMMI
Müəllif: ASIMAN
Tarix: 12.05.2020
Aleykumusalam.
Heyz olması tam yəqin olan gündən heyz sayacaqsız və bunu 10 gündən artıq bilməyəcəksiz. Yəni heyz başlanıb 10 gün davam edər, 11 ci gün artıq heyz sayılmaz, İstihazə olacaq, onun hökmlərinə uyğun əməl edəcəksiz.
Qədr gecələrində heyz halında da oyaq qala bilərsiz, istədiyiniz qədər dua və zikr oxuya bilərsiz. Səcdə edib dua edə bilərsiz. Quranın yazısına toxunmayın . Namaz qılmayın. İstihazə halında isə istihazə paklanması edib (Ya qüsl ya dıstımaz- İstihazənin halından asılı olaraq) namazalrı da qıla bilərsiz.
Qeyd edilən surələri də oxuya bilərsiz.
Allah sizə yar olsun
Salam 3 de qədr gecəsidir yoxsa 1i o gecəyə təşrif edecey və biz hər birindən elə o geceymis kimi davranmaq və Quranı baş üzərinə qoyub deyirik Bikə Ya Allah bikə nə demekdi? Dualarınız bizide yaddan çıxarmayın insAllah digər oxucular və mən də sizi yaddan çıxarmayın(buju digər oxucularda görsün diye yaziram ki alimlərimiz bu qeder eziyet cekir bizde boynunuza düşeni yazaq)
Müəllif: Bende
Tarix: 12.05.2020
Aleykumusalam.
Ən ehtimalı çox olan bu 3 gecədir.
Bikə -yəni Sənə. Bikə Ya Allah- yəni Allah səni özünə and verirəm.
Hamınızı dua edəcəyik. İnşaAllah
Allah sizə yar olsun
Salam Haci. Hər vaxtınız xeyir. Üzr istəyirəm Hacı mən bir qadın sevirem oda meni sevir ailəli olub bosanib bir qiz ovladi var 9 yasinda ama men subayam. Onun anasi ve qohumları bilir bizim sevgimizi. Men valideynlərime bildirdim meni çox pis qarşılayırlar. Ve qeti sekilde yox deyirler. Biz necə edek? Izdivacda ne esas götürülür? Valideynlərin bele etmesi bizi ayirmalidir?
Müəllif: Mirəli
Tarix: 12.05.2020
Aleykumusalam.
Siz bu sualı vermişdiz və cavab da verilmişdi. Təkrar eyni sualı vermək gərəksizdir.
Allah sizə yar olsun
Salam. Şam azanından 2 saat qabaq qədr gecəsinin qüslün alsam sayılar? Allah razı olsun
Müəllif: Sevinc
Tarix: 12.05.2020
Aleykumusalam.
Bəli, edə bilərsiz , şam namazından sonra da edə bilərsiz.
Allah sizə yar olsun
Salam Uze gozalti dolgu etdirmek orucu pozurmu?
Müəllif: Lola
Tarix: 12.05.2020
Aleykumusalam.
Xeyr bu orucu pozmur.
Allah sizə yar olsun
Salam Aleykum.
1. Namazda iki səcdə arasında oturduqda "Əstağfirullahi Rəbbi və Ətubu İləyh" demək lazımdır yoxsa" Əstağfirullahi və Ətubu İləyh"?
2. Fəth surəsi ayə 29-da olan "Onların əlaməti üzlərində olan səcdə izidir." Bu söz nəyi bildirir?
3. Əhlibeyt kimlərdir?
Əvvəlcədən təşəkkürlər.
Müəllif: Anar
Tarix: 12.05.2020
Aleykumusalam.
1.Hər hanı birini deyə bilərsiz və bunu da qeyd edək ki, bunu demək vacib deyil.
2.Qiyamət günündə səcdə edənlərin alınlarından nur saçar. Dünyada isə səcdə etdikdə alınlarında bunun izi əmələ gəlir.
3.Peyğəmbərimiz və onun Pak ailəsi, övladları.
Allah sizə yar olsun
Salamunaleykum. Oruc halinda etir vuranda buruna ya bogaza dola biler. Bu halda serbest vurmaq olar?
Müəllif: salam
Tarix: 12.05.2020
Aleykumusalam.
Bu qadağan deyil amma bəyənilmir. Ətiri vurduqda nəfəsinizi saxlayın ki, içəri daxil olmasın.
Allah sizə yar olsun
Salam haci. 1. Neye gore bezi insanlar tez aile qurur, bezilerinin ise heyati cetin hell olur? Insan ozunde problemi axtarmalidir yoxsa Allah bele buyurub ki, hele senin vaxtin deyil, vaxt gelenden filankes senin heyat yoldasin olacaq? 2. Meselen qiz ne etmelidir ki, aile qursun? Namehreme baxmaq olmaz, danismaq olmaz ve s. Valideynler qarismir amma tez tez anam yadima salir. Men isde coxlari ile qisa danisiram. Belke menim bu xasiyetime gore beledir. Deyib gulen qizlar deyesen daha maraqlidi gelirler. Men cox uzulurem, cox narahatam. Anam tez tez mene bunu xatirladanda ureyim parca parca olur. Ele bilirem ki, isteyir tez gedim evden. Amma bilirem bu bele deyil, men onun mualicesini, dermanlarini ve s.oz boynuma goturdum, ozu islemir. Atam da islemir. Qardasim ve men isleyirik. Ona gore sonra dusunurem ki, menden bezmeyib, sadece xeyrimi isteyir, ozu de deyir, bezdirmemisen sadece senin de oz ailen olmalidi. Is de bezileri namek edir ki, bes vaxtidir.Haci bu Allahin imtahani ola biler?
Müəllif: ......
Tarix: 12.05.2020
Aleykumusalam.
1.Bu insanların adi həyatlarıdır və insanların ya təbiəəti, ya muhiti bu məsələlərdə rol oynayır.
2.Qədimdən bu məsələləri qızların xalaları, bibiləri həll edərdilər. İndiki cavanların böyüklərin məsləhətinə məhəll qoymamaları, mən yetkin insanam, özüm bilirəm kimi yersiz ifadələri onları bu işlərdən soyudub və cavanlarımız ya ailə qurmaqda çətinliyə düşür və ya təcrübəsizliklərindən etdikləri səhf seçimlə ailələri möhkəm olmayıb dağılır.
3.Allah sizə yar olsun
Salam hacı. 1. Axı o uşaq bilmir. Bizə gələndə gəlir oturur qucağımda. Yəni uşaqdıda mən onu qovlaya bilmərğm axı. Və mğn necə deyim ki olmaz və s. 2. Qədr gecələrində alınan qusl namazdan ğvvəl ya sonra alınır?
Müəllif: Salam
Tarix: 12.05.2020
Aleykumusalam.
Bunun səbəbi biz özümüzük ki, əvvəldən düzgün olmayan davranışlar edirik, sonra bunun əziyyətini çəkirik. Əgər bu uşaq belə şeyləri bilmirsə, deməli həmin həddə yetişməyib. Amma asta asta bunlar əməl olunmalıdır.
Bizim boynumza düşən şəriətin hökmünü çatdırmaqdır. Pis və yaxşını başa düşən uçşaqdan hicab saxlanılmalıdır. Bunu həyatımıza getdikcə tətbiq etməliyik. Məhrəm olmayan uşaqlar, qohumlar və sai ilə öpüşüb görüşmək kimi işlər tərk olunmalıdır
Axşam namazından sonra ala bilərsiniz
Allah sizə yar olsun
Salam.Dişi çöplə təmizliyib onu azca qanatmaq orucu pozar.Ama tüpürülüb o qan çıxarıldı.
Müəllif: Anonim
Tarix: 12.05.2020
Aleykumusalam.
Xeyr dişin qanaması orucu pozmaz, ancaq o udularsa oruc pozular.
Allah sizə yar olsun
Salam haci. Cox cox uzr isteyirem. Bagislayin bilirem bezdirirem ve vaxtinizi aliram. Dediniz ki, istihaze quslu namazlar ucun lazimdir. Bunu anladim. Meselen bu gun gunduz vaxti boynuma istihaze quslu gelerse(namaz qilmiram, ancaq oruc tuturam) sabah boynumda istihaze quslu ola ola oruca daxil ola bilerem? Hemin quslu almadan Ramazanin axirina kimi oruc tuta bilerem? Cox sagolun
Müəllif: ......
Tarix: 12.05.2020
Aleykumusalam.
Bəli, istihzə halında oruca daxil olmaq olar. Namazı isə boş verməyin, bu çox mühüm vacibatdır.
Allah sizə yar olsun
Salam qardaş sizin namaz vaxtlarının proqramı var hər gün girib baxmaq olmur sizin sayta güvənirəm çox xaiş edirəm proqram ı düzəltməy haqqında düşünərsiz məni və bir çox insanı sevindirərsiz hər 2 məzhəbə görə iftar imsak vaxtlarıda olsa lap əla olar nəzərə alsaz sevinərəm Allah razı olsun
Müəllif: Cavid
Tarix: 12.05.2020
Aleykumussalam
Raspisaniye namazov proqramı var playmarketdə. Onu yükləyin və metod yerində Qom Leva universiteti seçin həmin cədvəl gələcək
Allah sizə yar olsun