Задать вопрос / Sual ver:
Salam haci. Bu gun ise gedende hava kulekli idi ve gozume ele bil qum zerreleri girdi. Goz ile gorsenmirdi havada suzmeyi amma onlari hiss etdim gozumun icinde. Onlari gorub cixartmaq mumkun deyildi, ona gore men sadece gozlerimi yumub barmaqlarimla bagli gozlerimin uzerinden surtdum ora bura ki, bu hiss getsin. Ve getdi. Bilmirem iceri getdi ya cixdi amma daha bir shey gozlerimin icinde hiss etmedim. Bu oruca tesir edir? Cox sagolun
Müəllif: .........
Tarix: 11.05.2020
Aleykumussalam.
Bu sizin orucunuzu pozmayib
Allah sizə yar olsun
Salam. https://youtu.be/846XN7Dxcic bu videoda hacı Şahin qardasin 2:20deqiqesinde söylədiyi dua hansı duadır ?
Müəllif: Asdffgb
Tarix: 11.05.2020
Aleykumussalam.
Və mən yəttəqillah yəc'əl ləhu məxrəca. Və yərzuqhu min həysu la yəhtəsib. Və mən yatəvəkkəl ələllah fə huvə həsbuh. İnnəllahə baliğə əmrih. Qəd cəələllah likulli sey'in qədra
Allah sizə yar olsun
Salam. Turkler niye ereb herflerinde qafi kaf ya u-nu ü kimi deyirler?
Müəllif: salam
Tarix: 10.05.2020
Aleykumussalam
Qurani milliləsdirirlər. Bu is səhfdir. Quran ərəb dilində və ərəb ləhçəsində oxunmalıdır.
Allah sizə yar olsun
Salam. Tokla kesilen toyuqlari yemek halaldirmi?
Müəllif: salam
Tarix: 10.05.2020
Aleykumussalam
Tokla öldürülürsə haram olacaq. Maşın vasitəsiylə kəsilirsə və kəsilmədə heyvanin kəsilən vaxt sinəsinin qibəlyə olmasi və Allah adinin zikr olunmasina əməl edilirsə halal olacaq.
Salam haci. Istixare etmisiniz, tesekkur edirem size. Eziyyet verirem. Amma deqiqlesdirmek isteyirem. Men anladim duserli deyil. Amma tam olaraq istixareye inanmaq duzdur? Yani ola biler ki, bu isteyim heyata kecsin istixarenin zererli olmasina baxmayaraq? Yani dua etmeye davam etmek olar hemin ise gore yoxsa daha yeter? Cox sagolun
Müəllif: ......
Tarix: 10.05.2020
Aleykumussalam
İstixarə etməyə kimsə məcbur edilmir. İstixarə qərar verilərək edilir. Əgər əməl olunmayacaqsa gərək edilməsin.
İstixarənin cavabina əsasən əməl edib etməmək sizin öz ixtiyarınızdadır.
Allah sizə yar olsun
Salam
Kredit qöturub torpax almakla alaqəder bir hokum varmi ?
Yani haramdimi ?
Müəllif: BALAKIŞI
Tarix: 10.05.2020
Aleykumussalam
Əgər zəruri ehtiyac olan torpaqa sahib cixmaq üçün bundan basqa yol yoxdursa, o zaman qəlb narahatlığı ilə götürə bilərsiniz.
Allah sizə yar olsun
Salam. Allah her kesin Namazlarin, Dualarin, oruclarini niyyetlerini qebul etsin. Bele bir sualim var. Qedr gecesi 11den 12ne kecen gecededi, yoxsa 12den 13ne kecen gece?? Xahiw edirem bunu cavablandirin. Ve qedr geceleri oruc tutulurmu?
Müəllif: XXX Xalide
Tarix: 10.05.2020
Aleykumussalam
12 dən 13 nə keçən gecə ilk qədr gecəsidir.
Ramazan ayında tam olaraq oruc tutmaq vacibdir.
Allah sizə yar olsun
Salam haci. Men sozun aciqi istixare haqqinda duz basa dusmedim ki niyyeti men etmeliyem, bagislayin. Indi men tezeden is baresinde niyyet edim siz de zehmet olmasa istixare edin. Men cavabinizdan basa dusecem neye isaredir. Uzurlu sayin.
Müəllif: .........
Tarix: 10.05.2020
Aleykumussalam
Pis və zərərli gəldi.
Allah sizə yar olsun
Salam heci la hevla vela quvvete illa bilahil aliyyil azim zikirini imni 2ruketde secdeden qalxarken deyilsin ola bilmez ki ruketlerin hamsinda secdeden qalxarken deyilsin
Müəllif: Zeki
Tarix: 10.05.2020
Aleykumussalam
Hər dəfə qalxanda deyə bilərsiniz.
Allah sizə yar olsun
Salam.Men oruc tuturam dehset ariqliyiram.Evdekiler meni danliyir.Olmaz orucu qezaya vermek?Yaxud evezine nese etmek?Bu halda mene gunah yazilar?
Müəllif: Jasmin
Tarix: 10.05.2020
Aleykumussalam
Yeməyinizi yaxşı yeyin ki elə ariqlamayasiz. Səhər yeyilir axsam yeyilir. Bir günorta yeməməklə adam çox arıqlamaq.
Yeməyinizə diqqət edin və orucunuzu tutun.
Allah sizə yar olsun
Salam. Köhnə kağızı cırdım, ondan 1-2 xırda toz kimi hissə ayrılıb, sonra gördüm uçuşdular və yoxa çıxdılar. Mən bilmədim onlardan nəfəsimə gedib ya yox. Bu oruca mane olar? Bir də mən işə görə çox adam və maşın olan yerlərdə oluram. Maşınlar ətrafa toz tüstü buraxır, benzin qoxusu gəlir. Nəfəs alanda havada bu qoxuları hiss edirəm, gözlə görünmür düzdü, amma qoxusu var. Sonra adamlardan ətir müxtəlif qoxular gəlir. O qoxular nəfəsə gedir. Kimsə siqaret çəkir, tüstünü buraxır mən görmürəm xəbərim olmur, nəfəs alanda başa düşürəm, nəfəsimi saxlasam da artıq nəfəsimə gedib də. Bu halların oruca təsiri nədir? Bir də bu gün bəlğəmi uddum, tam ağzıma gəlməmişdi, boğazdan bir qədər sanki irəlidəydi, arxadan damağımda dəyirdi. Udqunanda sonra yadıma düşdü ki orucda belə olmaz, bəlğəmi xaric edib tüpürməyə çalışdım. Amma bütün bəlğəmi qaytarıb qaytarmadığımı bilmirəm.Orucu pozmamışam?
Müəllif: Sebine
Tarix: 10.05.2020
Aleykumussalam
Siz onları gorməmisizeə onlar necə sizin nəfəsinizə gedə bilər? Lazimsiz səkklər etməyin.
Nəyinsə qoxulari orucu pozmaz. Qati, buxar, tüstü, toz. Bunlar udularsa oruc pozular.
Orucunuz düzdür
Allah sizə yar olsun
Bu duanin yazilisinda sehv varsa duzelde bilersiz ? Ve mən yetteğillah yəcə'Allahu məxrəcah yərzuqhum min heyti la yəhtəsib ve mən yatəqəbbəl ələllah fə huvə fəsbuh innəllahə bəluğ emreh qəccə ələllahə kulli şəyin qədra
Müəllif: Naida
Tarix: 10.05.2020
Aleykumussalam.
Bunu haradan köçürdüyünuzu bilmirik amma həddən artıq səhflər var. Haradansa bu halda goturmusuzsə ora bir daha müraciət etməyin. Bunlar quran ayələridir. Burada səhf orucu pozar.
Allah sizə yar olsun
Dualarda olan k" herfini ne zaman ka ne zaman ke kimi oxumaliyiq ? Onu nece bile bilerik? Bir herfi sehv oxuduqda dua qebul olmur ?
Müəllif: Naida
Tarix: 10.05.2020
Aleykumussalam
Həmişə kardon kəlməsindəki k kimi oxuyun.
Allah sizə yar olsun
Salam əleykum bir qadın oruclu ola ola zina etsə hökmü nədir??2ci zina edən gadin və kişi tövbe edib kebin kəserlerse Allah gebul edərdi?sagolun evvelceden
Müəllif: Aya
Tarix: 10.05.2020
Aleykumussalam
Boynuna cəm kəffarə gələcək.
Azad qadın olubsa tövbə edib aralarında kəbin oxutdura bilərlər.
Allah sizə yar olsun
Istihazə hökmlərinə görə paklanmaq nə deməkdir?
Müəllif: Ruxa
Tarix: 10.05.2020
Aleykumussalam
İstihazə ya çox olar ya az. Çox istihazə qüsl istəyir,az istihazə isə dəstəmaz. Bunun az ya çox olmasinin ölçülməsi risalə kitablarinda var.
Allah sizə yar olsun
Salam haci cox sagolun her bir cavabda komeyiniz ucun Allah sizden razi olsun namaz dualarnizi qebul etsin inwaAllah,haci sualim budu dualari azeri dilde oxusam olar? Azeri herifleriyle yazilan ereb sozlerimi cetin oxuyuram ayeti kursu ve bawqa dualarin tercume halinda oxusam olar?
Müəllif: Gunay
Tarix: 10.05.2020
Aleykumussalam
Dualar oxuna bilər, amma Quran ayələrini tərcümə oxumaq düz olmaz. Tərcümə ancaq məlumat üçündür.
Allah sizə yar olsun
Salam Alekum... Gecə yatarkən ixtiyarsız boşalma olarsa, məninin nəmliyi yorğanda, ədyalda hiss olunsa murdar sayılır? Həmən yatağda yatanda yenidən qüsl almağ vacib olurmu? Əgər murdar sayılırsa əldə olan su ilə həmən hissəyə salavat verib paklamağ kifayət edir yoxsa necə edək? Təşəkkür edirəm
Müəllif: Vəliyev
Tarix: 10.05.2020
Aleykumussalam
Bəli, onun nəmi hara oturarsa orani necis edəcək. Ora toxunma yenidən insana qüsl vacib etmir. Amma yas halda ora toxunma insanin ust başını nəcis edər.
Paklamaq üçün isə həmin yer yuyulmalıdır. Əl sürtməklə olmaz.
Allah sizə yar olsun
Salam hacı. Bu duaları tərcümə edə bilərsinizmi? Əziyyət verdim, haqqınızı halal edin.
"Sübhanallahi miləl-mizan və müntəhəl-ilmi və məbləğariza və zinətəl-arş".
"Allahummə innəkə afüvvün kərimün tühıbbıl-afvə fafu annı".
Müəllif: Ayan
Tarix: 10.05.2020
Aleykumussalam
Pak olan Allah mizanin mili, elmin nəhayəti, rizayətin yetkini, ərşin zinətidir.
Allahım həqiqətən sən Kərim və əfv edənsən. Əfv etməyi sevənsən. Məni əfv et.
Allah sizə yar olsun
Salam haci. Qizlarda daxili cirk videleniya biraz tund olarsa bu qusle sebeb olmaz? Bagislayin menden bu gun subhden sonra cirk gelib biraz tund idi. Bilmirem yegin cirkdi. Narahatam. Heyzden artiq 4 gun kecib. Bu 4 gun tertemiz idi. Heyzin nisaneleri yoxdu.
Müəllif: ......
Tarix: 10.05.2020
Aleykumussalam
Qeyd edilən heyz deyil və oruc pozulmayib.
Allah sizə yar olsun
Salam haci tatu etmek gunahdimi?
Müəllif: Emin
Tarix: 10.05.2020
Aleykumussalam
Öz özlüyündə haram deyil amma belə lazimsiz şeylərdən uzaq durun.
Allah sizə yar olsun