Задать вопрос / Sual ver:
Salam 1 ilden artiqdi namaz qiliram youtubeden oyrenniwem salam verende ancaq saq terefe salam vermiwem bilmirem nece olub ya sehv anlamiwam ya yox niye mehz bele quliram namazi Etrafimdakilar biz her 2 ciyne salam verieik deyende mende oyrendiyin vidioda deyilibdi saq terefde yaxwi emeller yazilir diye o terefe salam verilmelidir Indi tekrar hemin vidioya baxsamda orda bawqa cur deyildiyin gordum hovselem catmadi axira kimi arawdirim size yazdim Bele cixir heyf namazlarim duz qilinmayib?
Müəllif: Elya
Tarix: 21.05.2020
Aleykumussalam.
Salamlar namazın tərkib hissəsidir. Namaz bitməyincə qiblədən dönmək olmaz. Namaz bitməmiş qiblədən dönmək namazı batil edər.
Allah sizə yar olsun
Salam, 24ü oruc tutulur ya yox?
Müəllif: Sabsab
Tarix: 20.05.2020
Aleykumussalam
23 u axşam ay cixarsa bayram olacaq, cixmazsa (ki böyük ehtimalla çıxmamalıdır) 24 u oruc olacağıq.
Allah sizə yar olsun
Salamun Aleykum. Məscidlər bağlıdır fitrə zəkatını necə verəcəyik.
Məsələn internetdə(facebook-da) özünə fəqir deyən şəxsin telefonuna kontur köçürmək , kamunal xərcini ödəmək, e-pul kisəsinə pul köçürmək fitrə zəkatı hesab edilə bilər ?
Sağ olun.
Müəllif: Allahqulu
Tarix: 20.05.2020
Aleykumussalam.
Məscidlər insanların toplasmasina baqlidir. İdarə heyyətindən kimlərsə orada olacaq
Kontur ya basqa kocurmələrlə olmaz.
Allah sizə yar olsun
Salam. Men 26 cuz youtubdan qulaq asib teleffuz etmiwem. Ama 27 den 30 a qeder oxuya bilmeyecem.heyz halinda olsam.Deyrisizki secdeler var. Bes men nece edimki 4 cuzu teleffus edib xetm edim. Youtybdan tapa bilmirem 27 ci cuze qederdi. Her gun 1 cuz oxunur. Hec olmasa gece oxuyum xetm edim. Belke Sabah ede bilmedim.
Müəllif: Bende
Tarix: 20.05.2020
Aleykumussalam.
27 də nəcm surəsini və 30 da ələq surəsini oxumayin.
Allah sizə yar olsun
Salam. Taha surəsinin 65 dən 70 də daxil olmaqla ayələrin yaza bilərsiz zəhmət olmasa? Əvvəlcədən təşəkkür edirəm.
Müəllif: Ayan2+
Tarix: 20.05.2020
Aleykumussalam.
Qalu ya Musa imma ən tulqiyə və imma ən nəkunə əvvələ mən əlqa. Qalə bəli əlqu fəiza hibaluhum və isiyyihum yuxəyyəlu iləyhi min sihrihim ənnəha təs-a. Də oucəsə fi nəfsihi xiftən Musa. Qulna la təxəf innəkə əngəl ə'la. Və əlqi ma fi yəmijikə təlqəf ma sənəu innəma sənəti keyfi Sabirin və la yuflihus zahiri həysu əta. Fəulqiyəs səhərətu succədən qalu amənna birəbbi harunə və Musa.
Allah sizə yar olsun
Salam. Mağazada Meşkaninin Quran tərcümə kitabın gördüm. İki cürdü. Biri, bir üzü dilimizdə bir üzü ərəbcə olan yaşıl üzlü kitab idi. İkincisi isə tünd göy üzlü öz dilimizdəydi. Amma üstündə Quran tərcümə və şərhi yazılmışdı. Hansını ala bilərəm? Və şərhi yazılan kitab izahı deməkdirmi? Bir də Sistani ağanın risaləsi vardı. Biri Geniş izahlı şəriət məsələləri. Digəri isə deyəsən İzahlı şəriət məsələri 1 ci cild idi. Fərqləri nədir?Hansını almağı məsləhət görərdiz? Əvvəlcədən təşəkkür edirəm.
Müəllif: Ayan2+
Tarix: 20.05.2020
Aleykumussalam
Ayətullah Məskininin quran tərcüməsi daha düzgün olanıdır.
Geniş izahlida məsələlər daha çoxdur və daha izahı artıqdır.
Allah sizə yar olsun
Salam. Əgər qadın hamamda geyinməkdə olarkən qəfil həyat yoldaşı içəri daxil olub, qadının geyimsiz halda arxasına və sinəsinə əl atarsa qadın tez geyinirsə və yenə də bu halda qadın özün qəribə bir hiss edərsə və ya şübhələnərsə,bir az da düşdüyü vəziyyətdən əsəbi halda olub, anlamazsa doğrudan nəsə hiss keçirdi yoxsa yox onda orucu düzdürmü? Boşalma hissi olmayıb sadəcə qəribə bir hiss keçirərsə. Əvvəlcədən təşəkkür edirəm.
Müəllif: Ayan2+
Tarix: 20.05.2020
Aleykumussalam
Bu halda oruc pozulmayib.
Allah sizə yar olsun
Salam. Təsbihati ərbəəni namazda bir dəfə demək kifayətdirmi? Əvvəlcədən təşəkkür edirəm.
Müəllif: Ayan2+
Tarix: 20.05.2020
Aleykumussalam
İndiki müctəhidlərin rəyinə əsasən bu icazəli sayılır.
Allah sizə yar olsun
Salam.vitr namazinda qaydasini deyerdizde zehmet olmasa
Müəllif: Ilaha
Tarix: 20.05.2020
Aleykumussalam
Vitr namazında müstəhəbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun. Həmçinin müstəhəbdir ki, namazın qunutunda 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh", 70 dəfə "Həzə məqamul-`aizi bikə minən-nar", 300 dəfə "əl-Əfv", 40 dəfə "Allahumməğfirlil-mumininə vəl-muminat" və ya 40 dəfə "Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək)
Sonda təşəhhüd və salam
Allah sizə yar olsun
Salam.fitreni nece cixarag?hansi gun ne vaxd? Ailede 3 neferik 1 yasimda qizim var oda sayilir? Mene konkret adam basina mebleg deyin birde arawdirmaw istemirem ..ama kime vereceyimide bilmirem bu halda ne etmeliyem?
Müəllif: Ilaha
Tarix: 20.05.2020
Aleykumussalam.
Fitrəni bayram axşamı cixarmaq lazımdır.
Həmin gün doğulmuş körpə üçün də çıxarılacaq.
3 kiloqram təmiz əla növ saribuqdanin qiyməti hesablanır.
Heç kimi tanimirsinizsa yaxinliqinizda olan məscidə verib bundan bunun fitrə zəkatı olduğunu bildirin.
Allah sizə yar olsun
salam Haci..betndeki korpeye de fitre cixmag lazimdi?birdeki imkanimiz yoxdusa adam bawi 1m cixmag olar?
Müəllif: Aysel
Tarix: 20.05.2020
Aleykumussalam
Dünyaya gəlməyən usaqa fitrə vacib deyil.
İmkanı olmayan fitrəni cixarib ailə uzvunə verəcək. O digər ailə uzvunə,o da digərinə. Sonuncu isə onu evdən çıxaracaq.
Allah sizə yar olsun
Salam. Kişi eger xanıma talaq verirse, hökmen talağın geri oxunması şertdir? (Sistani Ağa) 2. Ehli sünnede bu vacibdir talağın geri oxunması yoxsa kişi sözle talaq vererse kifayet edir?
Müəllif: Bende
Tarix: 20.05.2020
Aleykumussalam
Talaq elə kəbinin geri oxunmasidir.
Əhli sünnədə də talaq var.
Kişi diliylə sadəcə talaq deyərsə gərək talaq oxuna
Allah sizə yar olsun
salam. Cavaba gore cox sag olun. Bu duani nece defe oxuyum? niyetde ne deyim. Nolar mene genis izah verin. cox dar durumdayam. Allahdan basqa mene komek edecek bir kimse de yoxdu(((
Müəllif: Allaha sixiniram
Tarix: 20.05.2020
Aleykumussalam.
Dəfələrlə oxuyun. Namazlar arasında oxuyun. Adı hallarda oxuyun.
Niyyətiniz ele bu diani nə üçün istəməyinizdir.
Allah sizə yar olsun
Salam. Həyat yoldaşımın günah olmayan bəzi xasiyyətləri xoşuma gəlmir. Bunu ona deməliyəm yoxsa Allaha xatir səbr eləməliyəm? Hansı daha üstündür? Allah razı olsun
Müəllif: Sevinc
Tarix: 20.05.2020
Aleykumussalam.
Mehribancasına, incitmədən deyə bilirsinizsə deyə bilərsiniz.
Allah sizə yar olsun
Salam namazlarda qunutda ferec duasin oxumaq olarki
Müəllif: Rehimov
Tarix: 20.05.2020
Aleykumussalam.
Bəli oxuya bilərsiniz.
Allah sizə yar olsun
Salam ..menim aglimda bir sual qalib.. internetde gordumki turklerde Ramazan 23 may 30cu Ramazan ayidir. 24 mayda 1 Sevval yeni Bayram gunudur. - Ramazan bayrami turklerin teqvimi ile 23 may sayilir ya 24?
Cunki bizimkilerde 24 mayi bayram kimi kecirirler
Amma bizde 24 may 30cu Ramazan gunu sayilir. Ele olurki ya 12 de acilir yada hec acilmir ele Wam Azaninda acirlar.. eger turklerde 24 u bayramdisa bizdede 24 u bayramdisa. Burda bir qeribelik var deye duwunurem.. cunki onlar 24 aprel Oruca bawladi Mekke ile birge biz ise Iran teqvimile 25 aprel bawladiq..men qorxuramki 24 u Orucu tutub 12 de acariq. Buda bildiyim gederile bile bile Orucu pozmaqdi ve Keffareye duwur. Sizin fikriniz nedir? Tamam aglim qariwib.. yeni Ramazan ayi 30 gundur biz niye 29 gun hesablayib 30cu gunu Bayram edirik?
Müəllif: Alll
Tarix: 20.05.2020
Aleykumussalam.
Türkiyə rəsmi olaraq Səudiyyə Ərəbistanının elan etdiyi ilə gedir. Səudiyyə də öz növbəsində heç vaxt ay axtarmayib. Dəfələrlə də səhf etdiyini elan edib. Bütün bunlar internet portallarında yayılıb.
Biz ayın çıxmasını yəqin etməsək oruca baslamiriq və ayin cixmasi yəqin olmasa bayram etmirik. İslam Peyğəmbəri bunu buyurub.
Aqlinizi qarışdırmayın. 23 u ay çıxsa səhəri bayram ediləcək. Cixmasa 25 bayram olacaq.
Allah sizə yar olsun
Allahin Salami olsun fitr bayrami ayin necesidi fitr bayraminda oruc tutmaq olar.. Qeza orucu nece niyet edilir zehmet olmasa qeyd ederdizde Allah razi olsun
Müəllif: Zeki
Tarix: 20.05.2020
Aleykumussalam.
Fitr bayramı təzə hilal görünsə bilinir. Qabaqcadan demək tam dəqiq olmaz.
Bayram günü oruc tutmaq haramdır.
Qəza orucu tuturam deyəcəksiniz.
Allah sizə yar olsun
Salam aleykum rukuda secdede Allahume sali ala muhammedin ve Ali muhammed demek olar. Secdeni rukunu nece uzadilir zehmet olmasa diyerdizde
Müəllif: ayxan
Tarix: 20.05.2020
Aleykumussalam.
Bəli səcdə və rukunun zikrindən sonra deyə bilərsiniz. Ruku və səcdələri zikrlərin sayini artirmaqla uzada bilərsiz.
Allah sizə yar olsun
Salam. Bilmirem yazdigim sualdi ya komek istemekdi. Amma cox ehtiyacim var . Menin isimde cox boyuk problemler yasayiram. duz 3 aydir teze rehber mene gun verir isiq vermir. Her gun dua edirem ki mene deyib dolasmasin iki balami boyudum((. Nolar mene cox guclu zikrler ve dualar deyin oxuyum ki bu cetinlikden qurtulum.
Müəllif: Allaha sixiniram
Tarix: 20.05.2020
Aleykumussalam
Bismillahir Rəhmanir Rəhim
Əllahummə inni əsəlukə biənnə ləkəl həmd. La ilahə illa əntəl Mənnab. Bədius səmavati və ərz. Zul cəlali vəl ikram. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən təcələ li mimma ənə fiyhi fərəcən və məxrəca.
Allah sizə yar olsun
Salam. Men evlari toz soranla sildim. Sonra onu boshaltdim. Amma chrpmadim. Indi menim orucum pozulur? Tozun udub udmamagini bilmirem. Cox saqolun
Müəllif: Aysel
Tarix: 20.05.2020
Aleykumussalam.
Qatı toz orucu pozar. Qatı olmasa oruc pozulmaz. Qatı toz isə o toza deyilir ki görüntünü məhdudlaşdıra.
Allah sizə yar olsun