Задать вопрос / Sual ver:
Haci sizden coox xaish edirem ne olar mene komek edin bilmirem ne edim
Cox caresizem saat 2 ni kecib men qusulunsehv almiwam siz bayaq dediz ki sehv almisiz qusulu duz almaqim ucun qorxuram bunsaatda hamam girim saat 2 kecib sehv aldiqim qusullada sabahki orucumu tutsam olar? Sabah seher veya iftarimi acdiqdan sonra siz dediyniz qaydada alram quslmi olar ele? Orcucum batik olmur ki? Men bilmemiwem qusulu duz almadiqmi yoxsa etmezdim and icirem
Müəllif: Gunay
Tarix: 10.05.2020
Aleykumussalam
Qüslü halda oruca daxil olmaq olmaz.
Allah sizə yar olsun
Haci gece vaxti hamama girmek olar? Meni cox qorxudublar ki gece 2/3 de cinler weytanlar olur men illerdi ki saat 1 den sonra hec hamin qapisininacmiram cox qorxuram bilmirem ne edim
Müəllif: Gunay
Tarix: 10.05.2020
Aleykumussalam
Bəli olar və bunu sizə deyənlərin sözündə heç bir dəlil yoxdur.
Allah sizə yar olsun
Cox uzr isdiyirem bir sualimda olacaq yene quala bagli cunki tam rahat olmaq isdiyirem once baw boyun hansi eller yuyulir sag sol? Daha sonra sag terefinsag elle yumaliyam? Ya feeq etmir hansi elle? Tesekkurler
Müəllif: Gunay
Tarix: 10.05.2020
Aleykumussalam
Sizə video linki atdiq. Ona baxıb tam oyrənin.
Allah sizə yar olsun
Salam haci bagiwliyin narahat etsin sizin cavabi indi oxudum yazmisiz ki size qusul oyreden sehv oyredib duz bilmisizse orucnuz batil deyil..men qusula internetde baxmiwdim nece il evvel ordan oyrenmiwdim.amma duzgun qaydani siz mene izah etdiz men indi izahini oxudum bu gece hokman qusul almaliyam? Yoxsa sehv alqim qusulla sabahida tutsam olar? Saat 2 di cavabmizi indi oxudum gece vaxti cox qorxuram duwa girmeye nece dim komek edin xaish??
Müəllif: Gunay
Tarix: 10.05.2020
Aleykumussalam.
Səhf bilmədikcə baqislanar. Bildikdən sonra düzgün əməl etmək lazımdır. Gərək boynumda olan qüsl niyyəti ilə qüsl edəsiniz.
Bu videonu da izləyin.
https://m.youtube.com/watch?v=O6-W6sc16eo
Allah sizə yar olsun
bizim evde ruh var nece edim o ruh cixsin
Müəllif: Gunahkar
Tarix: 10.05.2020
Aleykumussalam.
Bu şeyi kim sizin beyninizə salib. Ruhlar məgər ozbasinadirlar ki hara istəsələr getsinlər ya harada istəsələr qalsinlar. Onlar oz aləmlərindədirlər.
Allah sizə yar olsun
Salam qardaş mən sizə bir mövzu demək istəyirəm. Azdan çoxdan din haqqında bilirəm yəni dəstəmaz qüsl qaydaları falan hər iki məzhəbə uyğun və tanıdığlarım məndən soruşur onlara başa salıramki sünnidə belədi şiədə belə diyir mən ayırmıram başa düşürəm hər kəs müsəlmandır amaki qatmağ olmaz deyə bilirəm nəqədər başa salıram ki qüslda lak olmaz oruc tutmağ üçün boynunda qüsl olmamalıdı diyirlər lakın nə dəxli o namaz qılanlara aiddi çimirsən fsoda sorada başdan sağdan soldan tökürsən suyu hər şeyi səf bilirlər düzünü deyəndədə biz belə görmüşüy nənə babalarmızdan məndə diyirəm indi internet var ən azınnan orda axtara bilərsiz düzü dediyim halda və həqiqətəndə araşdırdığım halda yoox elə şey yoxdu görməmişəm deyirlər sünni şiə ayırmıram məndə hər ikisi müsəlmandır amaki hansısa məktəbin yolun tutmağ lazımdırda əgər ayırmırsa gərəy özü araşdırsın bütün hədisləri quranı sünni kimi qüsl alıb dəstəmaz alıb şiələr kimi namaz qılırlar bir şeyi bildiyim halda səfsən deyirlər nə edim?
Müəllif: İnsan
Tarix: 10.05.2020
Aleykumussalam
Sizin boynunuzda olan bir dəfə deməkdir.qəbul etməsələr hocət etməyin. İnsanlara isə hər iki məzhəbin rəyini bildirməyin. Oz məzhəbinin hökmünü bilirsizsə çatdırın,bilmirsizsə bilənlərə yönləndirin.
Allah sizə yar olsun
Salam haci. Dediz istihare xeyirli olmadi. Bu hansi ise gore xeyirli olmadi? Ixtisasim uzre? Demeli meni hec vaxt vezifemde qaldirmayacaqlar? Umidimi kesim?
Müəllif: ......
Tarix: 10.05.2020
Aleykumussalam.
Biz dedik ki niyyəti siz tutacaqsiz. Pis olsa nəyə isarədir, yaxşı olsa nəyə. İndi niyyət etmisdinizsə ona uyğun da müəyyən edin.
Allah sizə yar olsun
Salam aleykum heci namazlar da qunutda hansi du yaxsi Di qeyd ederdizde zehmet olmasa
Müəllif: Zzzz
Tarix: 10.05.2020
Aleykumussalam.
Qunutda əsasən axirət üçün dua edilməsi buyurulub.
Məsələn Rəbbəna atina fid dunya həsənətən və fil axirəti həsənətən. Vəqina əzabən nar.
Allah sizə yar olsun
Salam Aleykum.
1. Cümə və digər vacib namazlar kimi müstəhəb namazları da camaat şəklində qılmaq olar?
2. Dəstəmazda niyə qollar sırf yuxarıdan aşağı yuyulur bunun səbəbi nədir?
3. Qədr gecəsi niyə 1 gün aralıqla üç gün keçirilir?
Əvvəlcədən təşəkkürlər.
Müəllif: Anar
Tarix: 10.05.2020
Aleykumussalam
Müstəhəb namazlardan bəziləri ( bayram namazı kimi) savab üçün camaatla qilinar.əksəriyyəti isə tək qılınacaq.
Bu adi məntiqdir ki yuyulma yuxaridan aşağı olar.
Qədr gecəsi həmin ehtimal olunan üç gecədən biridir.
Allah sizə yar olsun
Salam,Hacı,əgər bilməyərək namazın 1-ci rəkətində qunut tutmuşamsa,namaz batil olur,yoxsa səcdeyi-səhvlə səhvi düzəltmək olar? Qabaqcadan təşəkkürlər.
Müəllif: Müzakir
Tarix: 09.05.2020
Aleykumussalam
Xeyr namaz batil olmur. Səhfən tutduğunu bilən kimi tərk edib namazı davam etmək lazımdır.
Allah sizə yar olsun
Salam haci gencedeyem iftardan sonra bakiya cixsam Seherde imsaka dursam orucum duzdu?
Müəllif: Orxan
Tarix: 09.05.2020
Aleykumussalam
Əgər Bakı sizin evinizdirsə bəli.
Allah sizə yar olsun
Xeyr yuxuda hecbir cinsi sonuclanma olmadi.. evveli hissesinde eehvet hissi olmadi 2ci oldu feqet hecbir temas veya mend eaxinti olmayib. Yene Namazlar ucun qusul alacam. Mene esas orucum maraqlidir
Müəllif: Agalar
Tarix: 09.05.2020
Aleykumussalam
Əgər heç bir hiss olmayıb və heç bir axıntı olmayibsa qüsl etmək vacib deyil
Allah sizə yar olsun
Salam 5 6 yaşlı uşağın yanında başı açıq qalmaq olarmı? Yəqin deyəcəksiz yaxşını pisi ayırd edə bilirsə. Mən bilmirəm ayırd edə bilir ya yox. Ama uşaqdıda hərəkətləridə uşaq kimi
Müəllif: Salam
Tarix: 09.05.2020
Aleykumussalam
Bu yaşda uşaqin artıq ayıbdır kimi anlayışı var. Əgər belə deyilsə, olar.
Allah sizə yar olsun
Salam. Bu gün burnuma cücü girdi, amma orada qalışın hiss etmədim, bir az udqundum burundakı bəlğəmdən, sonra bəlğəmi gətirib tüpürdüm. Cücünün qalmağı içəri keçməyin hiss etmədim. Elə bil burnun ucundan dəydi və sanki çıxdı. Amma bir az da udqundum deyə şübhəli qaldım, birdən udub edərəm. Oruc pozulmur? Bir də daim ağzımda nəsə var hiss edirəm. Çoxlu tüpürdüm, sanki dişlərmdə yapışqan var idi. Tüpürdüm salfetlə sildim, sonra udqundum. Fikir verməməyə çalışıram. Bəlğəm gətirməmişəm axı. Nə qədər tüpürsəm də hiss əl çəkmir. Oruca ziyanlıq edirəm?
Müəllif: ......
Tarix: 09.05.2020
Aleykumussalam
Orucunuz düzdür, batil olmayıb.
Allah sizə yar olsun
Salam. Mən o adamı tanımasam tapmasam boynumda haqqı qalır? Yəni sənəd uşağın dərsi ilə bağlıdı. O adam öz istəyi ilə sənəd verib, imza etməklə onun yəqin gəlməməsinə görə idi. Amma istədiyi vaxt o sənədi ləğv edə bilər. Tanımıram axı o şəxsi, Allah bağışlayar məni? Bir də qiymətləndirmə aparmaq lazımdır hər hansı testlə, amma qiymətləndirəcəyin şəxsləri görə bilmirsən, amma səviyyələrini bilirsən buna əsasən qiymətləndirmək olar?
Müəllif: Salam
Tarix: 09.05.2020
Aleykumussalam
Tapdiqda bunu edərsiz və bundan belə iznsiz heç bir kesin isinə qarışmayın.
Bu məsələ pedaqoji məsələdir,dini məsələ deyil.
Allah sizə yar olsun
Mən əvvəllər bir şey haqqında çox narahat olurdumsa dua edirdim ki Allah Quranla mənə yol göstərsin. Və bismillah deyib Quranı açırdım ( istixarə yox sadəcə təskinlik tapmaq üçün) çox vaxtlar qarşıma elə ayə çıxırdıki rahatlıq tapırdım. Məsələn bir dəfə övlad olmamaöına görə çox pis idim ağlayıb xanım Zəhraya təvəssül etdim sonra bu etdiyimi elədim. Qarşıma çıxan ayə bu oldu ki oğul uşaq mal dövlət bu dünyanın ziinətlərindəndir (təxmini belə idi) o qədər rahatlıq tapdım ki düşündüm boşuna üzülürəm. Ama sonralar düşündüm ki birdən etdiyim fal olar və Allahın acığı gələr mənə. İndi bilmək istəyirəm etdiyim əməl haram olub? Və belə etmək olmaz?
Müəllif: Salam
Tarix: 09.05.2020
Aleykumussalam
Etdiyiniz fal deyil, narahat olmayın
Allah sizə yar olsun
Salam haci. Men is baresinde coxdan qerarlasdim. Eger deseler ixtasasin uzre hele imkan yoxdu kecmeye, gel kec basqa ise, men razi olacam. Gedim basqa isde isleyim, indikinnen ki yaxsidir. Maasi ve qrafiki daha rahatdir. Hemde bu ikinci is var(ixtisasim deyil) orada yayda yer bosalmalidir, biri gedir pensiyaya, ona gore dusundum ola bilsin ora kecirtsinler meni. Ele olsa men gederem ora. Sonra o isde isleyerek oz ixtisasimi gozleyecem yene. Xahis edirem menim ucun istixare edesiniz. Allah razi olsun
Müəllif: ......
Tarix: 09.05.2020
Aleykumussalam.
Sizin üçün edilən istixarə xeyirli olmadi.
Allah sizə yar olsun
Salam haci.oruclu halsa saca uze masqa krem cekmek olar?Allah razi olsun
Müəllif: Fatma
Tarix: 09.05.2020
Aleykumussalam
Bunlar oruca təsir etmir.
Allah sizə yar olsun
Haci. Isteyirem yene gedim reisnen is baresinde danisim. Deyim ixtisasim uzre imkan varsa kecirtsinler. Amma eger ora kecmek mumkun olmasa bizim organizasiyada basqa bir isde var, menim indiki isimnen daha yaxsidir, amma ixtisasim deyil. Ixtisasim uzre alinmasa hec olmasa ora kecirtsinler. Burada istihare etmek olar? Men bilmek isteyirem bu ikinci is haqqinda deyim ya oz ixtisasim uzre is isteyim? Hansi daha duserli olacaq? Bu iki is arasinda qalmisam. Tebii ki, ixtisasim daha yaxsidi. Amma hec olmasa obirisi ise kecsem indikinden yaxsi olar. Sadece bilmirem hansi daha duserli ve yaxsidir? Menim ucun istixare ede bilersiz? Men bacarmiram. Cox sagolun
Müəllif: ......
Tarix: 09.05.2020
Aleykumussalam
Sizin istixarə etmə istəyiniz düzdür. yəni bunun üçün istixarə edilə bilər. Amma istixarə ya yaxşı məna gələr ya pis, ya orta. Siz gərək qərarlaşasız ki, yaxşı olsa nədir, pis olsa nədir. Sonra edilsin. Məsələn yaxşı olsa keçim yeni işə pis olsa gözləyim öz ixtisaımı və sair.
Allah sizə yar olsun
Salam haci. Men indi isleyirem. Amma ixtisasim uzre deyil. Asagi vezifede. Ixtisasim uzre islemeye tam haqqim var. Defelerle getmisem reisin yanina, direktorun muavininin yanina ve s. Deyirler gozle, sebr ele, boş yerler yoxdu ve s. Amma men kor deyilem axi, menden sonra nece nefer adami goturubler stajirovka edibler ele hemin menim ixtisasim uzre, hetta iki qrup yoldasimi da goturubler, amma men onlarin yaninda asagi vezifede calisiram. Artiq demek olar iki ildir burada calisiram amma mene ele gelir ki, meni yola verirler. Cox isteyirem ki, ixtisasim uzre isleyim. Ne qeder dua etmisem, hetta deyesen 2 defe 40 gun Qedr suresini oxumusam 12 defe, deyirler, ki kimin haceti var qebul olacaq. Amma men hec bir deyisiklik gormurem. Eksine daha da veziyyet cetinlesir ele bil. Mudriyyet menimle yaxsi davranir amma yola verirler mene ele gelir. Ne edim men? Teleb etmek mumkun deyil. Men Tevessul duasini da oxumusam, Ayetel kursi ve s. sureleri hacetim ucun.
Müəllif: ......
Tarix: 09.05.2020
Aleykumussalam
Səbrli olun və ümidinizi itirməyin. İşdə özünüzün bacariğinızı östərin və nsmszların arasında elə öz dilinizdə dua edin.
Allah sizə yar olsun