Задать вопрос / Sual ver:
Salam Haci qusula bagli idi sualim qusul nece alinir onu yazmisiz amma men ele almirdim demek bu vaxta qeder duzgun qusul almamiwam gunah sayilir? Orxucum indi duzgun deyil? Amma men pakliqbniyyetile cimib onqusulunalmiwam axi
Müəllif: Gunay
Tarix: 09.05.2020
Aleykumussalam
Bu etdiklərinizi kimdən öyrənmişdiz? Bunu sizə öyrədən şəxsə deyin ki insanların ibadəti ilə oynamasına. Bilmədiyi şeyləri də hec kimə deməsin.
Əgər bunu düzgün qüsl bilib etmisizsə oruclarini düzdür. Namazları gərək qəza edəsiniz.
Allah sizə yar olsun
Salam Eleykume. Bilmek istiyirdim orucu pozmaqin cezasi nedi? Bilirem ki boyuk gunah qazandim.
Müəllif: Babek
Tarix: 09.05.2020
Aleykumussalam
Böyük haramdır. Cəza olaraq isə qəzadan əlavə ya ilk otuz günü ardıcıl olmaqla 60 gün oruc tutmaq, ya da 60 fəqiri doyuzdurmaqdir.
Allah sizə yar olsun
salam aleykum uzur isdeyirem menim yoldasim orucunu bilerekden acib susuz dozmeyib ,60 gun oruc tutma qezasi var bilirem birde baska neyniye biler ?60 gun oruc tutmamasicun,
Müəllif: elmira
Tarix: 09.05.2020
Aleykumussalam
Əgər kəffarə vacib olubsa ya 60 gün oruc tutmalidir ya da 60 fəqiri doyuzdurmaqdir. Yəni onların hər birinə bir mudd təam (750 qram) vərməlidir.
Allah sizə yar olsun
Salam 2 sual verecm 1 istixareni ele bele gelecey hadiseler ucun indiki durumun ne olması barədə Allah nə demy isdiyir ve s. 2 Ənfal 18 (Bəli,) budur (küfr və imanın sonu)! Allah kafirlərin hiyləsini həmişə qüvvədən salandır. İstixarede bu nə deməkdi?
Müəllif: Bende
Tarix: 09.05.2020
Aleykumussalam
İstixarə xeyir istəməkdir. İnsan iki yol ayrisinda qaldiqda ya bir seçim etməkdə qərarsız olduqda edərlər. Filan məsələ necə olacaq kimi hallar bir nov fala baxmaqdir,istixarə deyil. Belə şeylər üçün istixarə etməyin.
Allah sizə yar olsun
Salam bu ziyaret düzdü oxumag olar?
https://m.facebook.com/Zehramescidi/photos/a.548543381828505/1062473113768860/?type=3
Müəllif: Bende
Tarix: 09.05.2020
Aleykumussalam
Bəli oxuya bilərsiniz.
Allah sizə yar olsun
Salam. Imsakdan sonra yuxuda edebsiz weyler gormek orucu batil edirmi? Cilpaqliq gormek. Eyib yerleri deyil. Sadece beden. Hecbir wehvet hissi yaranmayib deye duwunurem ancaq her iki hal yeni wehvetlik olmasi veya olmamasi orucu batil edirmi? Qezasini tutmaq lazimdirmi?
Müəllif: Agalar
Tarix: 09.05.2020
Aleykumussalam
Yuxuda nəsə görmək orucu pozmaz.
Əgər şəhvətli yuxu görüb və bu yuxu cinsi sonunclanmaya səbəb olarsa və bu subh azanına qədər olsa gərək azana kimi tez qüsl edilsin. Azandan sonra olarsa oruc yerindədir, namazlar üçün qüsl etmək lazımdır.
Allah sizə yar olsun
Salam bu ayəni oxunuşun yazasız zəhmət olmasa
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ. (Həsr 18)
Müəllif: Bende
Tarix: 09.05.2020
Aleykumussalam
Ya əyyuhəl-ləzinə amənut-təqullahə vəl tənzur nəfsin ma qaddəmət liğədin vəttəqullahə innəllahə xəbirun bima tə'məlun.
Allah sizə yar olsun
Salam. Mən işlədiyim yerdə bir nəfər işçiyə bir adamdan imza lazım idi. Həmin şəxs gəlməmişdi nədi mənə çəkdirdi. Bu imzadan həmin adama nəsə bir ziyan gəlməz. Yəni imza atandan sonra özüm də peşman oldum. Düzdü yalan olsa da elə böyük saxtalıq deyil. Nəsə pul mal haqq hesabı da deyildi. Sənəd həmin adamın öz istəyi ilə düzəlmişdi. İmza nəticəsində də əslində həmin adamın öz işi düzəlir. Özümü narahat hiss edirəm. Yenə də bilirəm etməli deyildim. O an iş yoldaşıma etiraz etmədim. Bir tərəfdən də Allahdan çəkinməyin iş yoldaşından çəkinsin fikri gəldi. Əslində elə niyyətim olmayıb. O an elə düşünməmişdim. Kiməsə ziyan vuracaq nəsə olsaydı haqqında tapdayacaq etməzdim əsla. Çox günah etmişəm?
Müəllif: Salam
Tarix: 09.05.2020
Aleykumussalam
Kimin adından imza atmisizsa ona bunu bildirin.
Allah sizə yar olsun
Salam. İşə gedəndə tələsə tələsə çıxırdım. Ağzıma bəlğəm gəldi. Mən də tez tüpürməyə çalışdım, elə bil bir az təng nəfəs kimi idim ürəyim bulanan kimi oldu, mənə elə gəldi ki bəlğəmdən boğazıma geri qayıtdı. Amma bu oldusa məndən asılı olmadıda. Ağzımdakın tüpürdüm ağzımı sildim. Sonra artıq maşında olanda yadıma düşdü ki, gərək hər ehtimala qarşı boğazımı təmizləyəydim. Amma artıq maşındaydım, həm də bir az keçmişdi və fikirləşdim ki yəqin ki bayaqdan udqunub etmişəm. Daha tüpürmədim. Oruc qəzaya düşdü?
Müəllif: Sebine
Tarix: 09.05.2020
Aleykumussalam
Qeyd edilən halda orucunuz düzdür.
Allah sizə yar olsun
Salam haci. 1. Eger deqiq emin deyilik ki, boynumuza cenabet quslu gelib, demeli quslumuzu salamat bilmeliyik, duz basa dusurem? 2. Bes eger videleniya gelse amma deqiq bilmirik sonunclama olub ya yox bu videleniya yegin qusle sebeb olmaz? Ola bilsin ki, bu adi halda gelen videleniyadi amma ola bilsin ehtirasdan, bu da deqiq bilinmir? Yani men ayird ede bilmirem. Ikisine de cavab verseniz sevinerem. Haqqinizi halal edin. Allah size sebr versin.
Müəllif: .........
Tarix: 09.05.2020
Aleykumussalam
Bəli düz başa düşmüsuz.
Qadından xaric olan daxili cirk və ehtirasdan gələn yasliq quslə səbəb deyil.
Allah sizə yar olsun
Salam.Geyd etmisizki 22 km kecirse sefer sayilir. Bes eger bir adam bakinin qesebelerinin birinde qalir ve her gun iwe bakiya merkeze getmelidi,mesafe 30 km artiqdi. Orucu nece olacaq?
Domino oynamaq pulsuz,aile uzvleri ile haramdir?
Neyse cekmek haramdir?
Müəllif: Nuray
Tarix: 09.05.2020
Aleykumussalam
Hər gün isinə gedən səxs peşəsi səfər sayilacaq və onun bu səfərində namazları da tamdır, oruc da tutacaq.
Seyyid Sistani ağanın rəyinə görə haramdır.
Seyyid Xamenei ağa isə adi şəkildə oynalilarsa haram bilmir amma bunu lazimsiz bir is bilib bunlardan uzaq durmaqi tövsiyə edir.
Nəşə haramdır.
Allah sizə yar olsun
Müctəhid Sistani ağa
Zəhmət olmasa deyin, həqiqi ehtiyaclı adam kimi sayılır, indi yerindən duran deyir ki, mənə yardım düşür.Belə bilirik,oxuduqlarımız, kənardan müşahidələrimiz əsasında sədəqə verməkdən kənarda olmamağa çalışırıq , əlhəmdülillah, amma hər halda dəqiq hökmünü bilmək istərdim ki, heç kəsin haqqına girməyək. Yəqin Fitrəni də o hökm əsasında verməliyik. Məsələn, xəstədir, aylıq sosial təqaüdü var, belələrinə qurban əti, sədəqə, hal hazırda paylanan ərzaq yardımı düşür?Təşəkkür edirəm.
Müəllif: Zəhra+Aşiqi
Tarix: 09.05.2020
Aleykumussalam
Yardim hər kəsə dəyərində düşə bilər.
Sədəqə, fitrə,zəkat və bu kimi şeylər ancaq fəqirlərə düşəcək. Fəqirin isə tərifi budur. Özünün və ailəsinin ayliq dolanisiqini ya ələ gətirə bilmir ya zorla ələ gətirir.
Allah sizə yar olsun
Salam. Mənim rəfiqəm dindar xanımdı ama tanış olduğu oğlan dindar deyil. Deyib ki dəyişiləcəm və s. Ama dəyişilmiyədə bilər. Qızda istəkdə yoxdu oğlana qarşı indi. Bir birini tanıyıblar və oğlanın anası çox israr edir qıza oğluyla evlənsin deyə, qızda vicdan əzabı çəkir deyə qalıb qərarsız. Sizdən bir məsləhət istəyirik. Belə halda nə etməlidir?
Müəllif: Salam
Tarix: 09.05.2020
Aleykumussalam
Əvvəla onu bildirək ki, dinimizdə qadın və kisi arasinda bir meyar var. Məhrəm və naməhrəm. Bu hədd qorunmalıdır.
Ailə tədbirlə qurular. Kiminsə xətrinə dəymək kimi məsələlər onə cəkilməməmlidir . Həmin xanım həmin şəxslə bir ömür birlikdə yasamalidir. Bu onə qoyulacaq. İkinci əsas məsələ əks tərəfin iman və əxlaqi səciyyələr baximindan necə səxs olmasina nəzər yetirilməlidir. Və üçüncü isə həmin şəxsin nəslinə baxılsın. Keyfiyyətli insandirlarsa qərar vermək olar.
Allah sizə yar olsun
Salam haci cooox cox uzr isdiyirem tekrar tekrar suali verirem amma mail gelir cavabi axdariram tapmiram.demeli men qusl aliram heyz veya cenabet qusli sag elimle bawima sol elimle sag ciyine sag elimle sol ciyine edirem...illerdiki bele quaul aliram tam deqiq bilmirem nece alinir bu duzgun sayilir bilmiyerekden eger sehv aliramsa eger bu sehv qusldusa...2 ci sualim men orucluqmun 1 ya 2 ci gunu idi yuxuda elaqeder olmuwdu bu orucmu pozur? Sadece yuxu idi oyandim hecne olmamiwdi bagiwliyin sualima gore cavab bilmedim nece tapim
Müəllif: Salam
Tarix: 09.05.2020
Aleykumussalam.
Cavabi saytdan oxuya bilərsiniz.
Qüsl almaq qaydası əli sürtmək ya su tökməklə deyil.yumaqladir. ilk olaraq niyyətdən sonra baş ve boyun yuyulur,sonra bədənin sağ və sonra da sol tərəfini tam yuyacaqsiz.
Yuxuda görməklə bir şey olmaz. Yuxudan boşalmaya səbəb olsa cənabət qüslü vacib olar.
Allah sizə yar olsun
Salam men rayondayam Qaynanamgile gelmiwik. Rayonda Imsak edib chixsag ve 3saata Bakiya eve chatsag yani zohrden cox cox evvel eve chatsag oruc olmaliyam??
Müəllif: Aska
Tarix: 09.05.2020
Aleykumussalam
Belə edib evə gəlsəz və o zamana kimi orucu pozan bir iş gorməsəz niyyət edib oruc qala bilərsiniz.
Allah sizə yar olsun
Z.M BUNYADOV V.M MEHEMMEDELIYEV EREB DILINDE TERCUMECI QURANI KERIMI OXUYUB XETM ETMEK OLAR AZERBAYCAN DILINDE TERCUME EDILIB
Müəllif: Nura
Tarix: 09.05.2020
Aleykumussalam
Tərcümələr Quranla tanışlıq üçündür. Onun oxunub tapşırılması yoxdur.
Allah sizə yar olsun
Salam Haci uzr isdiyirem sualima gore qusul nece alinir heyz veya cenabet ferq etmez. Men sag elimle bawima sonra sol elimle ciynime daha sonra sag elimle sol ciynime su tokurem duzgundu? Eger duz gun almamiwamsa bilmeyerekden bu zamana qeder qusulum sayilmiw olir ya olmur? Tesekkurler
Müəllif: Gunay
Tarix: 09.05.2020
Aleykumussalam.
Qüsl su tökməklə deyil,yuyunmaqladir. Niyyət edib əvvəl bas və boynunuzu tutursuz. Sonra bədənin saq, sonra isə sol hissəsini tam olaraq yuyacaqsiz.
Allah sizə yar olsun
salam qusul usdune qusul dusurmu?meselcun cenabet qusulum yoxdu amma namaz qilmaliyam destemaz almamaqcun yeniden cenabet qusulu almaliyam ?almali deyilemse hansi qusulu alimkin destemaz almayim
Müəllif: elmira
Tarix: 09.05.2020
Aleykumussalam
Əgər boynunuzda qüsl yoxdursa sizə heç bir qüsl lazım deyil. Dəstəmaz alıb namazı qılın
Allah sizə yar olsun
salam hacı Mübarek Ramazan ay nin gece namazlarını 2iki iki qilmalyiq ya meselenin bu gece 6ruketdi butov6 ruket qilmalyiq
Müəllif: Sssss
Tarix: 09.05.2020
Aleykumussalam
Müstəhəb namazlar iki rükət şəklində qilinir
Allah sizə yar olsun
Salam haci. Men sizi bezdrdim haqqinizi halal edin xahis. Men indi sumqayitdayam hal hazirda 4gundu. Bir nece gun de qalacam burda. Er evim mehemmedlidedi. Men burani veten bilib orucumu tuta bilerem?? Qeyd edim ki burda evden ordaki evime 30kmdir mesafe. Allah orucunuzu qebul elesin.
Müəllif: Zahraa
Tarix: 08.05.2020
Aleykumussalam
İnsan təkcə oruc tutmaq üçün haranisa vətən seçə bilməz. Vətən insanın yaşayış yeridir. İkinci vətən ora sayilar ki insan onların hər ikisində yaşaya. Məsələn bir ay orda bir ay burda və sair.
On gün qalmaqi qətara alın, namazlar da butovləssin, oruc da tuta bilərsiniz.
Allah sizə yar olsun