Задать вопрос / Sual ver:
Salam. Zehmet olmasa suallarimi cavablandirardiz
1) sistem qosdurmaq orucu pozar?
2) seher yetim men duranda cox ehtiras gelmisdi, aglima nelerse geldi, hecne etmedim ama rahatlasdim, orqasm olmadi. Orucum pozulub? Keffaresi var? Qusul var?
Müəllif: Bende
Tarix: 15.05.2020
Aleykumussalam
Bu məsələdə muctəhid fərqi var. Seyyid Xamenei orucun pozulmasıni buyurur. Seyyid Sistani ise icazəli olduğunu bildirib. Kimə təqlid edirsinizsə onun rəyini əsas götürün.
Əgər ozbasina olubsa oruc pozulmaz. Əgər siz özünüz nəsə etmisizsə oruc pozular və kəffarə də gələr.
Orqazm olmadığını amma rahatlasdiqinizi deyirsiz. Bunlar eyni şeydir. Rahatlanma olubsa orqazm baş verib.
Allah sizə yar olsun
Salam eger biri o birine hedis deseki tövbenin ehemiyyeti mes Hz Əli (ə) hədis var ki bu gün günah elədin eger bilsən ki sabah o günahı yenidən eliyeceysen yenede tövbə ele cun bilmirsən ölüm seni ne vaxt yaxaliyacaq biridə bunu sef başa düşse mene günah yazilir o şef başa düşüb de mən buna neyniyim 2 insanlara namaz qıl bunu belə elə onu belə deyirik bunu çox demək lazım deyil hə? Dinən uzaqlaşar 1 dəfə demək borcumuzdur say qalan ozu bilər və əgər biraz çox desək hər fürsətdə yoxsa onan biraz az bu insan yenede namaz qilmasa day boynukuzda bir şey qalmır?
Müəllif: Orc
Tarix: 15.05.2020
Aleykumussalam
Siz hədisi olduğu kimi düzgün desəz bir şey boynunuzda yoxdur.
Əgər faydası varsa çox deyəcəksiniz.
Allah sizə yar olsun
Salam haci. 1) Men ofisde ishleyirem ve cox vaxt ishime gore namazi vaxtinda qila bilmirem. Nahar vaxti ofis 1 saatliq bagli olur, 14:00 dan 15:00 a qeder. Yalniz bu vaxtda namazlari qiliram. Bunun bir eybi varmi? 2) Cenabet quslu aldiqdan sonra destemazi pozan emeller olmayibsa, hemin qusl ile namaz qilmaq olar? Teqlid Sistani aga. Onceden teshekkur edirem.
Müəllif: Orxan Y
Tarix: 15.05.2020
Aleykumussalam
Əgər bu yubatma ixtıyari deyilsə üzürlü hesab edilirsiz.
Bəli olar.
Allah sizə yar olsun
Salam.Məgrib azanından keçəndən sonra heçnə deməsək də,orucumuzu açılmış sayılır?Yoxsa mütləq orucumu açıram deməliyəm?
Müəllif: Səma
Tarix: 15.05.2020
Aleykumussalam
Şam azani verildikdə oruc bitir. Nəsə desəkdə deməsəkdə.
Allah sizə yar olsun
salam menim bir nece sulim vardi menim anam cestedi namazi buraxib bu gunag sayilir cunki anam ayaq uste durabilmir birde ki oturluda qila bilmir? men ozumde anam xestde olduguna gore namazi bosdamisdim ve yeniden basalmisam qezalarini gucum catdigi qeder qiliram bu na ede bilerem? bide evde araq icen ve diger gunah isleri goren yerde namaz qilmaq duzgundurmu? qedir gecesinde qala bilmek gunhdir cox sag olun
Müəllif: xanim11
Tarix: 15.05.2020
Aleykumussalam
Namaz heç bir halda tətil olunmur. Bu iş haramdır. Oturaq halda niyə qıla bilmədiyini bildirməmisiz. Əgər buna da halı yoxdursa uzanan halda qilsin. Namazı boş vermək olmaz. Siz də gunah etmiş. Tovbə edin və namazları qilin və birdə boş verməyin.
Günah işlər olursa, onlar günahı dayandırmalıdırlar,siz namazlarinizi yox.
Qədr gecəsi qalmaq gunah deyil, savabdır.
Allah sizə yar olsun
Salam,hacı,bu il xəstəliyimlə bağlı oruc tuta bilmirəm.Övladlarım,hətta qeyri dindən olan gəlinim də oruc tuturlar.Onlar tutduqları orucu mənə bağışlamaq istəyirlər.Maraqlıdır:bunun dini hökmü necədir?Qabaqcadan təşəkkürlər
Müəllif: Müzakir
Tarix: 15.05.2020
Aleykumusalam.
Onlar savablarını sizə bağışlaya bilərlər, tutduqları oruc onların öz boyunlarının vəzifəsidir və vəzifələrini icra edirlər.
Allah sizə yar olsun
Salam. Men Bayram namazinin sozlerini hardan goture bilerem? ox sag olun
Müəllif: Irada
Tarix: 15.05.2020
Aleykumusalam.
BAyram namazını elə sübh namazıda deyiniz sözlərlə də qıla bilərsiz. Orada olan qunut duasını deyirsizsə, bütün risalə kitablarında , dua kitablarında var. İnternetdə də bayram namazının qunut duası yazsaz tapılar.
Allah sizə yar olsun
Salam men dunen heyz qusulu alin orucumu tutdum ve seher aafimtil var idi damci pozulmurki orucum?
Müəllif: Gohar
Tarix: 15.05.2020
Aleykumusalam.
Əgər bu heyzin qalıqlarıdırsa, və sübhdən sonra gəlibsə oruc pozulub.
Allah sizə yar olsun
Salam. Qadin aylıq xəstə( aybaşı) oldugu halda qedr gecesi dualar ede biler ?
Müəllif: vusale
Tarix: 15.05.2020
Aleykumusalam.
Quranın xəttinə toxuna bilməz, Məscidə gedə bilməz. oruc ola bilməz və namaz qıla bilməz. Bunun kənarında istədiyi qədər dua və zikrlər edə bilər.
Allah sizə yar olsun
Salam. Men size Bela bir sual vermishdim Amma basha dusmedim cavabi. Oruc tutdugum zaman yuxudan ayilanda dishim qanamishdi. Men onun qanayib qanamamagimi hele bilmirdim. Eger bilmeyerek udmaq orucu pozur. Ne qeder qanadiginida bilmirdim. Yani bilmeyerek yuxudan ayilib qanli tupurceyin udmaq orucu pozur. Amma goren kimi agzimi yaxalayib TEZ TEZ tupururdum. Cox saqolun
Müəllif: Aysel
Tarix: 15.05.2020
Aleykumusalam.
Bilməyərəkdən olan işlər orucu pozmaz.
Ağız suyunun qanlı olduğunu bilib udmaq isə orucu pozar.
Allah sizə yar olsun
Salam aleykum. Bir məsələni dəqiqləşdirmək istəyirəm kəbin kəsilən vaxt hər iki tərəfin iştirakı vacibdir? yəni həm qız həmdə oğlanın iştirakının olması....tutaqki qız iştirak etmir və bu məsələdə də tam şəkildə razıdırsa onun kəbin kəsmə prosesində iştirakı vacibdirmi? birdə hər iki tərəfdən şahid olması mütləqdir?
Müəllif: Vusal
Tarix: 15.05.2020
Aleykumusalam.
Xeyr, hər iki tərəfin razılığı lazımdır. İştirakları olmasa da olar.
Şahidlərin olması yaxşıdır, vacib deyil.
Allah sizə yar olsun
Salamlar. Men uşaq iken əht etmişdim ki 25 yaşıma qədər hər imamlarımızın qətil ayında onlara təsbeh duası oxuyacam. Lakin keçdiyimiz il mən bunu unutdum və qətil ayı bitdikdən sonra xatırladım. Sizcə mən onu necə ödəyə bilərəm günah olaraq sayılmasın deyə? Yanı edilən əht yerinə gətirilmədiyində neynəmək olar? Və günahı nədir?
Müəllif: Sadiq
Tarix: 15.05.2020
Aleykumusalam.
Onu icra edin və bundan belə diqqətli olun və verdiyiniz vədləri unutmayın.
Allah sizə yar olsun
Salam haci. Isa ibn Meryem muselman idi? Meryem suresinin 30-31 ayelerinde yazilibk ki, Allah Isaya Kitab (Incil) verib ve namaz qilmagi tapsirib. Qisa formada yazdim. Haci bes Incil kitabi xristianlarin kitabi deyildi? Yoxsa onlara da namaz qilmaq vacib idi? Namaz Mehemmed Peygember ile gelmedi? Incil de namaz haqqinda yazilibsa nece olub ki, xristianlar xaç taxib kilseye gedirler, orada tam basqa cur dua ve s. ibadet edirler? Aydinliq getirerdiz zehmet olmasa, in sa Allah menim bilmemezliyim ve sehv dusuncelerim orucumu batil etmez.
Müəllif: ..........
Tarix: 15.05.2020
Aleykumusalam.
Bütün Peyğəmbərlər müsəlman sayılır, Allaha təslim olmuş.
Bütün Peyğəmbərlər bir din gətirib. Quranda buyurulub ki ALlah yanında din islamdır. İnsanlar dinlərə adlar qoyublar. Butun Peyğəmbərlərin bir vəzifəsi olub. İnsanları tək olan Allaha tərəf çağırmaq və seytandan uzaqlaşdırmaq.
Ayələrinçoxundan əmələ gələn nəticə budur ki, hamısı namaz qılıb.
Peyğəmbərlər getdikdən sonra onların dini təhrif olunub. Fürsətlələblərin əliylə insanın nəfsi istəkləri dinə nufuz edib. Bu səbəbdən onların bu hala gəlməsi baş verib.
Allah sizə yar olsun
BOYNUMDA OLAN QUSLU EDIREM QURBETEN ILLELLAH DEYIB QUSL ALDIQDAN SONRA NAMAZ QILMAQ OLAR? YENI DESTEMAZ ALINMALIDIR?ETRAFLI DEYERDIZDE ZEHMET OLMAS
Müəllif: salam
Tarix: 15.05.2020
Aleykumusalam.
Buna hər muctəhid icazə vermir. Əgər boynunuzda hansısa qüsl varsa, bəzi muctəhidlərin rəyinə əsasən onunla namazları qıla bilərsiniz. Bəzi muctəhidlər isə ancaq cənabət qüslündən sonra dəstəmazsız ibadətləri yerinə yetirməyin düz olmasını bildirir.
Allah sizə yar olsun
Salam subh namazi biriaz suretdi qilmax batil eder namazi
Müəllif: Ayxan
Tarix: 15.05.2020
Aleykumusalam.
Əgər namazın əməlləri düzgün icra olunarsa və sözləri düzgün tələffüz olunarsa batil olmaz, amma bu yaxşı hal deyil. Namazı gözəl surətdə qılmaq daha düzgündür.\
Allah sizə yar olsun
Salam haci. Biri yazmisdir ki, xurmanin qabigi yapismisdir bogazina cixarda bilmedi ve udqundu getdi, dediz ki, bilmeyerekden olubsa oruc yerindedir. Bes men oruca daxil olanda bogazimda nelerse oynayir, bilmirem bu yemek qirintilaridir ya bogazimda problem var. Amma udqunuram gedir, men bile bile udqunuram cunki tupurub gorurem ki, cixmir, agiz suyu temizdir, amma hiss edirem. Onda bu halda udmagin problemi olmaz ki? Bu mene narahatciliq yaradir.
Müəllif: ..........
Tarix: 15.05.2020
Aleykumusalam.
Qeyd edilən halda udqunmanıın eybi yoxdur.
Allah sizə yar olsun
Salam haci. 1. Sizin saytinizin vaxti ile oruc tuturam. Bu gun subh 03:47. Yani bu vaxta kimi yeyib icmek olar? Sadece tanislarim var onlar basqa proqramla vaxta baxirlar, onlar daha tez bitirirler yemeyi, men ise sizin saytiniza etibar edirem. Qeyd edilen vaxta kimi yemek olardi bu gun? 2. Imsakda dislerimi fircaliyanda su burnumun icine de deydi ve men salfet ile qurutdum burnumu cunki subhe az vaxt qalirdi, qorxdum ki, o vaxta qurumaz burnumun ici. Amma qurudanda gordum ki, azaciq salfete qan cixdi, axmirdi amma salfetde gorsenirdi balaca iz. Bir nece defe tez yudum burnumu amma qurudanda icini yene az maz qan cixdi salfete, daha yumadim. Herden burnumun suyunu dartib uduram, agiza getirmeden. Bele halda agiza getirmesem hec dadini bilmeyecem. Narahatam birden qan geder bogazima. Bu halda oruc sehihdir? Cox sagolun
Müəllif: ..........
Tarix: 15.05.2020
Aleykumusalam.
Sübh azanına kimi olar, lakin tam olaraq o zaman kimi uzatmayin. Qeyd edilən zaman azan vaxtıdır. Bu zamana artıq yeməyi tam bitirmiş vəziyyətdə olmalıyıq. Yəni bir iki dəqiqə əvvəl bitirib azanı çözləyin.
Burun qanayibsa bir dəfə su alıb buraxaydız ya qanı aradan qaldıraydız. Əgər burnunuzda qanın olmasını dəqiq bilirsinizsə, burnunuzun suyunu çəkib udmayın.
Allah sizə yar olsun
Salam. Men destamaz almishdim Amma 1, 2saniyelik yuxuya getdim. Cox az bir zaman tez ayildim. Menim destamazin pozulmush sayilir?. Cox saqolun.
Müəllif: Aysel
Tarix: 15.05.2020
Aleykumusalam.
Bir an belə yuxu oldusa dəstəmaz pozulacaq.
Allah sizə yar olsun
Salam. Heci Men evde namazi ferqli ferqli yerlerde qiliram ya zalda ya otaqda bu kimi hallar namaza tesiri var
Müəllif: Vvvv
Tarix: 15.05.2020
Aleykumusalam.
Bunun bəlkə xeyri var. Qiyamətdə insanın namaz qıldığı bütün yerlər şəhadət verəcək ki, bu mənim üzərimdə namaz qılıb. Bu səbəbə elə yaxşıdır ki, insan eyni yerdə namaz qılmasın.
Allah sizə yar olsun
Salam.Bezi adamlar imsak yemeden oruc tutur.Bu nederecede doqrudur?Sayilirmi bele oruc tutmaq,yoxsa vacibdir nese yeyib icmey?Men bileni en azindan su icilmelidi.Xahis edirem cvb yazin.Qabaqcadan teşekkür edirem.
Müəllif: Sahane
Tarix: 15.05.2020
Aleykumussalam.
İmsak yemək vacib deyil. Bəli tuta bilər.
Allah sizə yar olsun