Ümumi suallar / Общие вопросы

Задать вопрос / Sual ver:
Salam. Üzr istəyirəm uzunçuluqçün. Xanım deyir ki yəni əgər ondan axıntı gəlmiş olsa belə yatıb qaldığı üçün orucu düzdür də düz başa düşdü? Əvvəlcədən təşəkkür edirəm.
Salam.bir nefer iftardan sonra yoldasiyla elaqede olub ama evde hamam yoxdu qusul almaga mamasi gilde gedir alir qusulunu.buda gede bilmeyib ala bilmeyib qusulunu.bu halda keffare gelir boynuna?ama oruc tutub her ehtimala sayilir bu orucu?ve keffare gelibsede werti necedi deyerdiz
Salam.1. İki heyzin arası nə qədər olmalıdır minimum? Biri heyzdən paklanıb 9 gündən sonra yenə bir iki qara nöqtə kimi paltarına ləkə dəyib. Heyzdir bu? 2. Bizim qonşumuz öz evində həyətində haram mahnı yandırır o qədər səs verir evimizin içinədək gəlir. 1 dəfə demişəmdə xeyri yoxdu. Elə bil mahnıyla qidalanırlar. Əsəblərim tamam pozulur bu mahnıları eşidəndə. Mənim vəzifəm nədir?
Salam. Həyat yoldaşi secərkən biz özumuz secim edirik ya hər şey qismətdi? ferqli saytlarda ferqli cavav yazilar bu məsələyə görə, etrafli mənə izah edərdiniz zəhmət olmasa. cox vacibdi.
Salam. Əgər mən səcdədə şəkk edirəmsə rukunu edib etmədiyimə. Namazın hökmü nədir?
salam Haci iftari acdigdan sonra yeyib gurtarananan sonra hansi duani demek lazimdir cox sag olun ALLAH ORUCUVUZU GEBUL ETSIN
salam Haci sizden 1 sey sorusum adeten namaza gedende destemaz alinir temiz libas geyinirik bir az etir vururug oruc halinda namaza gedende bir balaca etir vurmag olar?cox sag olun
Salam. Hamilə qalmaq üçün ayə dua olaraq hansıları etməliyik? Hər namazda öz dilimdə dua edirəm ama bundan əlavə nə etmək olar?
Salam.Oruc halda banka qoydurmaq olar?
Salam. Oruc tuturam, lakin mənim burnum bütün günü axır. Bəlğəm yoxdur. Bu orucumu poza bilərmi?
salam.men dunen xestelendiyimi görub,orucumu pozdum,geceden sehere qeder görürüm ki ,heç ne olmiyub.Ancaq xestelenme vaxtimdi.Bu halda neyniuim?qusul alib davammi edim?yoxsa bir gunde gozluyum tutmuyummu?
Salam aleykum sualima görə üzr isdeyirəm oruc tutmusduq gördumki heyz olmusam orucumu pozdum.sonra internetden oxudumki davam edib tutmali imişəm orucu.Bu halda nə etməliyəm.boynuma kəffarəmi düsür yoxsa bilmiyerekden olub oruca davammı etməliyəm Allah razi olsun
Salam. Yaxın qohumum bir xanım istədi sizdən soruşum.Dünən iftardan sonra həyat yoldaşı onu qucaqlayıb öpüb, sinəsinə toxunub.Amma yaxınlıq etməyiblər. Xanım bundan xoşallanıb, üzr istəyirəm qadın orqanında bir hiss olub. Amma deyəsən axıntı olmayıb. Düzü dəqiq bilmir. Sonra gedib yatıb. Telefonun zəngin saat 3ə qurub ki səhər dursun oruca. Qulağında nauşnik taxıb ki bir qədər musiqi dinləsin. Eləcə yuxu tutub yatıb bir də ayılıb ki, səhər açılıb. Oruc niyyətin edib. Amma sübh dura bilmədiyi üçün qüsl etməyib. Mən ona dedim ki, Ramazanda qüsl etmək istəyən şəxs yatıb qalarsa oruc tuta bilər və qəzaya düşmür. Düz demişəmmi? xanım deyir ki, arada elə bil beynimdən keçdi ki tez durib qüsl edərəm amma əmin deyiləm. Ancaq oruc tutmaqçün durmaq istəmişəm və zəngi qurmuşam. Belə olan halda bu xanımın orucu düzdür? Əgər dünənki vəziyyətdən axıntı gəlmiş olsa belə yatıb qaldığı üçün orucu sayılırmı? Qəzaya düşmür ki? Müctehidi Sistani ağa. Əvvəlcədən təşəkkür edirəm.
Salam. Cavablarınız üçün təşəkkür edirəm. Qonşum indi də şübhəyə düşdü ki, görəsən üzr istəyirəm gəyirdiyi zaman boğazından gələn qusuntunu çölə töküb yoxsa yox? Deyir tüpürdüm. Amma şübhə məni bürüyüb. Əgər karıxıb, bilmədən udmuş olsa oruc düzdürmü? Amma ki, şübhələndiyindən belə deyir. Əvvəlcədən təşəkkür edirəm
Salam haci. Subh azanindan qabaq boynuma qusl dushdu amma quslu ala bilmedim. Bina evinde yashayiriq ve burda her gece suyu kesirler. Bele olan halda her zaman teyemmum ede bilerem? Qusulu ancaq su gelenden sonra almaga imkan olur. Tek namaza gore yox, ele oruca gore de maraqlaniram. Allah razi olsun.
Salam Aleykum. 1. Əgər bir şəxs evində iftar süfrəsi açırsa ora dəvət olunan və iftarda iştirak edən şəxslər ilk öncə iftar etməlidirlər yoxsa namaz qılmalıdırlar? 2. Ramazan ayının gündəlik duaları və ya digər duaların, tərcüməsini (Azərbaycan dilində) oxumaq lazımdır yoxsa ərəbcə olanını? 3. İftar süfrəsində hansı surəni, ayəni oxumaq lazımdır. Qeyd etdiyiniz dua vacibdir ya müstəhəb? Əvvəlcədən təşəkkürlər.
Salam.Mende Azerbaycan dilinde Quran kitabi var (hediye olunub) tercumecisi Haci Mirze Eli Meşkini Ərdebilinin yazilib.Sizce bu duzgun tercumedi? Tam eminlikle rahatliqla oxumaq olar onu?
Salam Aleykum Haci Haci menim ayag barmagimda yara oldugu ucun bant var ve bunuda 3 gun saxmaliyam barmagimda ama destemaz alanda mesh cekirem o barmag islanmir destemazim sayilir yoxsa?
А можно мыть рот, нос и протирать уши как желательные действия?
Salam haci. Size emaila sual vermisdim avtobusda gelende yuxulu seher smenden eve. Ki surucu razqon edende ele bil nese hiss etdim ehtiras idi, ya nese buna oxsar. Deqiq eminliyim yoxdur ki, bu orgazm idi. Hem de orgazm bildiyim kimi bir nece saniye olur, yani bagislayin lezzet biraz cekir sonra buraxir, insan elebil goyun yeddinci qatinda olur. Amma men avtobusda bu pik heddini hiss etmedim, davamlı bir hiss deyildi. Bu hiss gelende men o deqiqe biraz yerimden durub tezeden oturdum, ki kecsin bu hiss.Tam emin olmadigima gore, men size yazib sorusdum ve qusl etmədim. Sadece bu gun yene niyyet edib orucumu tutmaga davam edirem. Bu shekki birdefelik beynimden cixartsam, bu yazdiqlarima esasen sizce men qabaqda ki gelen oruclarimi tam eminlikle duz saya bilerem qusl etmeden? Allah sebrinize gore sizden razi olsun
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.