Задать вопрос / Sual ver:
Salam yəni ki saçıma su dəydi dibinə də dəydi amma bütünlüklə başıma yox sadəcə bir hissəsinə bu halda qüsl düzdü?
Müəllif: Salam
Tarix: 28.04.2020
Aleykumusalam.
Tam olaraq bütün baş və bütün saç yuyulmalıdır.
Allah sizə yar olsun
Salamaleykum. Bir sual verilib. Gün batma vaxtı tez olduğu təqdirdə niyə orucumuzu şam azanından sonra açırıq
Müəllif: Əfqan
Tarix: 28.04.2020
Aleykumusalam.
Çünki oruc gun batma vaxtında deyil, məqrib azanında açılmalıdır.
Allah sizə yar olsun
salam Haci Allah orucuvuzu gebul etsin sizden 1 sey sorusum menim kebinim var biz yoldasimla kiraye galirdig hal hazirda isim dayanib ve kiraye pulunu vere bilmediyim ucun yoldasim helelik anasi gilde galir bu eyib deyil?bu gunah deyil ki yoldasim anasi gile gayidib insallah isim acilannan sonra yene ev kiraye tutacam / bir de kebin baglayanda tebii ki mehriyye yazdirmisam bunu hele imkan olmadigi ucun vere bilmedim amma bilirem boynumdadi insallah verecem mutleg gunaha batmag istemirem sadece bu mehriyyeni vermediyim ucun gunahdi yoxsa yox amma mutleg ve mutleg verecem cox sag olun ALLAH RAZI OLSUN SIZDEN
Müəllif: zaur
Tarix: 28.04.2020
Aleykumusalam.
Burada bir günah yoxdur, əlbətdə yoldaşınızın ailəsində narazıçılıq yaranmayıbsa.
Bunu qadın tələb etmirsə, həmən vermək də vacib deyil.
Allah sizə yar olsun
Salam evvala uzr isteyirem namaza hazirlawirdim gordumki alt paltarim bulawib ,amma qan deyil hele Ona baxmayaraq destemaz alib namazimi qildim ve sonrada kontrol etdimki temizdi yeni hele tam heyz bawlamayib Goren sehv etmemiwem bu cur namaz qilmaqda Umumiyyetle bulawiq deyil tam heyz bawlayanda namaz qilmirsan?
Müəllif: Elya
Tarix: 28.04.2020
Aleykumusalam.
Əgər heyz başlayıba, düz tməmisiz, əgər heyz olmayıbsa, düz etmisiz. Bunu muəyyən etmək isə sizin öhdənidədir.
Heyz halında namaz qılınmaz və oruc da tutulmaz.
Allah sizə yar olsun
Salam.təravi namazı nə vaxt qılınır və dəstəmaz alarkən topugun yuyulması şərtdirmi yoxsa məhs kifayıt edir
Müəllif: rafiq
Tarix: 28.04.2020
Aleykumusalam.
Təraveh namazı Cəfəri məzhəbində yoxdur və bu namaz Peyğəmbərdən sonra meydana gəlib.
Dəstəmazda ayaqlara məsh edilir.
Allah sizə yar olsun
Salam. Dirnaigmim ətin qopardim, amma ağız boşluğuna düşdüyünü güman edirəm, boğazımdan keçdi bilmirəm, yəqinim yoxdu. Orucumu pozur?
Müəllif: Mansur
Tarix: 28.04.2020
Aleykumusalam.
Qeyd edilən halda orucunuz düzdür.
Allah sizə yar olsun
Salam. orucam.çimmək istəyirəm başımı yusam orucum pozulurmu
Müəllif: rafiq
Tarix: 28.04.2020
Aleykumusalam.
Çimə bilərsiz və baş yumaq orucu batil etmir. Diqqətli olun ki, daxilə su getməsin.
Allah sizə yar olsun
Salam aleykum. Bunyadov - Memmedeliyev tercumesi olunan Qurani oxumaq olar? Elixan Musayev ve Elmir Quliyev tercumesi olan Quran da var. Siz hansini etibarli bilirsiniz? Onceden teshekkur edirem.
Müəllif: Bende
Tarix: 28.04.2020
Aleykumusalam.
Elmir və əlixan vəhhabi əqidəsindədirlər. Onların tərcüməsini oxumayın.
Bizim etibar etdiyimiz Ağabala Mehdiyevin azəri dilinə tərcümə etdiyidir.
Allah sizə yar olsun
Salam qardaş mənə 190 manat düşürdü götürdüm əhdə eləmişdim həmin 190 manatın 100manatın bir ailəyə verəcəm indidə evdə qardaşıma pul lazım idi özünün pulun axdardıq dedi maşında qalıb məndə 100 manatı verdim ona oda 2 3 saata qaytaracaq həmin qaytardığı pulu əhd elədiyim kimidə verəcəm bunda mən əhdimi pozmuş oluram ya yox ? Fərqi varmı
Müəllif: Şie
Tarix: 28.04.2020
Aleykumusalam.
Xeyr, heç bir problemi yoxdur.
Allah sizə yar olsun
Salam Aleykum.
1. Ətirdən istifadə etməyin hökmü nədir? Nəzərə alsaq ki, bir çox ətirlərin tərkibində spirt olur. Spirt qarışıqlı ətirlərdən istifadə etmək olar?
2. Oruc tutmaq istəyən birinə qüsl almaq vacibdir? Vacibdirsə hansı qüslu almalıdır?
3. Hər hansı bir yerdən satmaq niyyəti ilə əldə etdiyimiz malı istədiyimiz qiymətə sata bilərik yoxsa malın miqdarının bir neçə faizi qoyulmalıdır və yoxsa necə?
Əvvəlcədən təşəkkürlər.
Müəllif: Anar
Tarix: 28.04.2020
Aleykumusalam.
Qeyd edilən ətrlərdən istifadə etmək icazəlidir.
Əgər boynunda qüsl yoxdursa, heç bir qüslə ehtiyac yoxdur.
İstədiyiniz qiymətə sata bilərsiz
Allah sizə yar olsun
Salam Aleykum.
Bildiyimə görə bəzi alimlər xümsun müctehidlərə və seyyidlərə verilməyini məsləhət görüblər əgər belədirsə zəhmət olmasa bu ayəyə aydınlıq gətirərdiz.
“Əgər siz Allaha və qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, haqla batilin ayırd edildiyi gün (savaş zamanı) bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və yolçulara məxsusdur. Allah hər şeyə qadirdir. (Ənfal, 8/41)
Əvvəlcədən təşəkkürlər.
Müəllif: Anar
Tarix: 28.04.2020
Aleykumusalam.
Bu ayə xumsun xərclənmə yerini bildirir. Kim xərcləyəcək və bunun toplanıb paylanma məsələsi kimin öhdəsindədir, bu ayədə lap əvvəldə qeyd edilib. Allahın rəsulu. Peyğəmbərimizə veriləcək o da yerinə xərcləyəcək. Seyyidlər də elə Peyğəmbərin əqrəbalarıdır. Peyğəmbərdən sonra bu iş onun canişininə verilməlidir. CAnişin hazır olduqda ona verilir, qeybdə olduqda isə onun numayəndəsinə ya numayəndəsi səlahiyyətində olan kslərə, muctəhidlərə.
Allah sizə yar olsun
SALAM ALEYKUM HACI 10 yasinda oglan usaqi itlerden qorxub rengi deyisilib gožleri sisib sagaļmásina gore hansi duani oxuyum? zehmet olmasa bura yazardizda . Allah razi olsuñ
Müəllif: arzu
Tarix: 28.04.2020
Aleykumusalam.
Ayətəl kursini 3 dəfə oxuyub ona tərəf sakitcə üfürün və eyni zamanda da onu bir ağıllı psixiatrın yanına mutləq aparın ki, ona bu işdə yardımçı olsun.
Allah sizə yar olsun
Salam.burnum tutulur bə özümdən aslı olmayaraq burun suyunu uduram boğazımda d bəlğəm var tükürə bilmirəm uduram bu orucumu batil edir?ama heç birini isdiyərəm etmirəm tükürə bilmədiyim üçün özümdə aslılıx uduram çünki ağlza gəlmir boğazdan olur
Müəllif: Fəridə
Tarix: 28.04.2020
Aleykumusalam.
Burunun suyu və beyindən gələn su əgər ağız boşluğuna daxil olmadan birdəfəyə udulursa oruca təsir etməz. Əgər ağız boşluğuna daxil olarsa, mutləq çölə atılmalıdır.
Allah sizə yar olsun
Salam Aleykum əvəla sizdərə oz minətarliqimi bildirmək isdiyirəm ALLAH sizdərdən razi olsun .
Sualim 2 hissədən ibarətdir:
1) Oruc tutan şaxs yatarkən kusulu sinirsa orucu batildirmi?
2) Oruc tutan şaxsin hər qün tiş damaxlarinan (дёсны) qan cixirsa Orucu batildirmi ?
Müəllif: BALAKIŞI
Tarix: 28.04.2020
Aleykumusalam.
Əgər bu sübh azanından sonra olarsa, oruc yerindədir və namazlar üçün qüsl alacaq. Əgər sübhdən əvvəl olarsa, gərək azana kimi tez qüslünü icra etsin.
Qanı udmayacaqsa oruc pozulmaz.
Allah sizə yar olsun
Salam. Əgər bir insanın halı pisləşirsə. Oruca ya ayrı bir səbəbdən. Yəni açmağa məcburdusa orucu, o ancaq zəruri miqdarda qidalana bilərdə düzdü?
Müəllif: Bəndə
Tarix: 28.04.2020
Aleykumusalam.
Bəli, düzdür, əgər az ilə kifayətnmək bəs edirsə, onunla kifayətlənəcək. Məsələn ağrıdan dözə bilmir və bir ağrı kəsici dərman atmalıdır. O dərmanı atıb dayanacaq. Daha artıq orucu pozan iş görməyəcək. Ya susuzluğun onu həlak edəcəyini hiss edir. Təhlükəni aradan qaldıran qədərində içəcək. Sonra da həmin gün qəza ediləcək.
Allah sizə yar olsun
Salam haci. 1. Oruclu ike Ayetul kursi oxuyanda nari deyib ve sonra teze nefes alib hum fiha xalidun demek duzdur? Yani nari dan sonra dayaniram nefesim catmir. Demeli nar deyilmelidir? Ele esitmisem eger teze nefes alinirsa demek sait deyilmemelidir. Bile bile nari desem oruc batil olar? Yeni qesten. Amma eminliyim yoxdu sadece bele esitmisem. 2. Bi iznihi yazilir amma men bi iznih deyib dururam sonra nefes alib davam edirem. Bu iki yerde duzgun olani yazardiz zehmet olmasa. Cox sagolun
Müəllif: .......
Tarix: 28.04.2020
Aleykumusalam.
Quran oxuyarkən nəfəs təzələnməsi dayanma sayılır. Dayanma qaydası isə budur ki, kəlmənin sonundakı sait düşəcək. Nari deməyiniz orucu pozmur, qaydalara düzgün əməl etmirsiz.
Bi İznihi kəlməsi də dayandıda bi iznih olacaq.
Allah sizə yar olsun
Salam aleykum heci yatarken ayaqlari qible sari uzadib yatmaq olar mu
Müəllif: Zekeriyye
Tarix: 28.04.2020
Aleykumusalam.
Qeyd edilən şəkildə yata bilərsiz.
Allah sizə yar olsun
Salam haci. 1. Men imsakda cox yeyirem. Yemekden cox su ve dovga icirem. Partlayana geder. Ele bilirem az yesem ya az su icsem acinnan olecem ve susuz quruyacam ve gun erzinde ozumu pis hiss edecem. Isim smen isidir, herden qrafikim sinir ve ise yuxusuz gedirem. Tesevvur edin yuxusuz hemde cox ac qalsam islemeye hec gucum olmayacaq. Bu halda cox yemeyim problem olmaz ki? 2. Birde men xalqlar dostlugunda yasayiram, hava limaninda isleyirem, smen isidir. Bir gun seher gedirem, o birisi gun gece smenine gedirem. Bu mesafe orucu sindirmir? Daimi isimdir, 2 ile yaxindir orada isleyirem. Cox sagolun
Müəllif: .......
Tarix: 28.04.2020
Aleykumusalam.
Çox yeməyinizin oruc tutmağınıza bir problemi yoxdur, sağlıq durumunuza bi problem yaşatmasın.
Allah sizə yar olsun
Salam Hacı. Eger bir satıcı, satdığı mallar üzərində heç bir müəlliflik hüququ olmadığını açıq-aşkar elan edirsə (yəni o da hardansa açıq bazardan alıb indi satır), ondan aldığımız malı yenidən satışa çıxarmaq olar?
Müəllif: Abdullah
Tarix: 28.04.2020
Aleykumusalam.
Bəli. burada bir problem görsənmir. Əsas satıcının haqqı zay olmamalı və alıcı aldadılmamalıdır.
Allah sizə yar olsun
Salam haci. 1.Oruclu iken agiz suyunu yoxlamaq ucun tupurub baxiram ve sonra dodaqda qalan tupurceyi salfet ile silirem, ele ki, qiraqdan baxanda dodaqlar quru gorsenir. Sualim beledir ki, agiz suyunu tupurende onun bir hissesi bayira atilir amma birazda agizin icinde qalir. O hisse ki, biz hiss edirik qaldi agzimizda, onu udmaq olar yoxsa o da atilmalidir? 2. Birde tupurende dodaqda qalan tupurceyi men silirem, amma sualim budur onu silmeyib geri udmaq olar yoxsa vacib silinmelidir? Cox sagolun
Müəllif: .......
Tarix: 28.04.2020
Aleykumusalam.
Ağız suyu ağızda qalarsa udulmasının eybi yoxdur, çölə çıxan udulmamalıdır. Yəni dodaqın üərində olan silinməlidir.
Allah sizə yar olsun