Задать вопрос / Sual ver:
Salam Aleykum. haci tehebccud namazini nece qilinir ?gece saat 2 ve 3 arasi qilinir deyirler duzdumu yozxsaki subh namazina kìmi olar qilmaq? isdeyirēm her geçe durum qilim olarmi yoxsa arada qilinmi?
Müəllif: arzu
Tarix: 27.04.2020
Aleykumusalam.
Bu gecə namazıdır bunu gecə yarıdan sonra qılmaq lazımdır. qaydası isə geniş şəkildə saytımızın ana səhifəsində ən çox verilən suallar içində var. Boynunda qəzası olan yaxşı olar qəzaları qılsın.
Allah sizə yar olsun
Salam Aleykum men saban ayinin 29 gunu oru. tutdum halim piszlesdi qan azdi davneyam asqidir cox isteyirem tutum ama ozumo gun pis oldum duz emeli ibadet ede bilmedim indi meń ne edim.Allah razi olsun
Müəllif: arzu
Tarix: 27.04.2020
Aleykumusalam.
Yaxşı qidalanıb orucu tutun. Əgər yenə əziyyət verəcəksə, yatmaq və dincəlməklə də günü keçirə bilməsəz, sıdırarsız.
Gərək Ramazan ayı daxil olmamışdan cnınızı qüvətləndirəydiz.
Allah sizə yar olsun
SALAM ALEYKUM HACI MUBAREK RAMAZAN AYINIZ MUBAREK TUTULAN ORUCUNUZ NAMAZLARINIZ DUALĀRINIZ QEBUL OLSUN ÌNSAALLAH.sualim mene Evvabin namazi haqda melumat verér diniz bide ki nece qilmaliyam? men isteyiremki her gun axsam namazindan sonra qilim olarmi ele? Cavabiniz ucūn ALLAH RAZI OLSUN
Müəllif: arzu
Tarix: 27.04.2020
Aleykumusalam.
Belə bir namaz cəfəri məzhəbində yoxdur.
Allah sizə yar olsun
Salam Ya Huseyn (ə) medet ne demekdi?
Müəllif: Bende
Tarix: 27.04.2020
Aleykumusalam.
Mədəd Yardıma çağırmaqdır.
Allah sizə yar olsun
Salam haci men bakida yawayiram tek ailem gencede yawayir ve bu karantin meselesine qorw 2 aydi burdayam ailemin Yaninda Oruc tuturam Orucum sayilmir menim? Yollar acilandada bakiya gedib devam eletdirecem sayilir orucum?
Müəllif: Orxan
Tarix: 27.04.2020
Aleykumusalam.
Orucunuz orada düzdür. İnsan bir yerdə 10 gündən artıq qalmağı qərarlaşdıqda namazlar tam olur və oruc da tutacaq.
Bakıya qayıdanda isə iki yolunuz var. Ya sübh çıxıb zöhr azanına kimi Bakıda olan yerinizə yetişirsiz və Bakıda 10 gündən artıq qalmanı qərarlaşdırırsız və bu zamana kimi orucu pozan bir iş görməsəz, orucunuz davam edə bilər. Yaxud da oradan zöhrdən sonra çıxırsız, həmin günün orucu soona qədər tutulur və yetişəndə 10 gündən artıq qalmağı qərarlaşdırıb səhəri gündən rahat orucunuzu tutursuz.
Allah sizə yar olsun
Salam. Mən bugün sərnişin maşınında olanda haram musiqilər qoyulmuşdu. Mən əsəbdən içimi yesəmdə, naməhrəm çox idi deyə səsimi çıxarmağı düzgün bilmədim. Bu halda mənə günah yazılarmı? Elə bilirəm orucumun savabı da gedib. Birdəki ümimiyyətlə belə vəziyyətlərdə nə edək? Taksidə avtobusda və s. yerlərdə
Müəllif: Salam
Tarix: 27.04.2020
Aleykumusalam.
Qeyd edilən hal sizin bacardığınız olub bu səbəbdən vəzifənizi icra etmiş sayılırsız.
Qarşısını ala bilmirsizsə, daxilinizdə onunla muxalif olun.
Allah sizə yar olsun
Salam. Qadınla kişi bir yerdə namaz qılanda qadının səcdə yeri kişinin arxasında olmalıdır? Ayrı cür batil olur?
Müəllif: Salam
Tarix: 27.04.2020
Aleykumusalam.
Qadın kişidən arxada dayanmalıdır.
Allah sizə yar olsun
Salam,er arvad yaxinliq zamani cinsi elaqe olmur,erde bosalma olur,qadinda yox(sadece sevismede)bu zaman qadina qusul almaq lazimdirmi?
Müəllif: men
Tarix: 27.04.2020
Aleykumusalam.
Əgər daxil olma olursa, qüsl vacibdir.
Allah sizə yar olsun
salam.menim xroniki farangitim var,yaz ve payiz aylarinda oskurek krizi gelir.o vaxtlar iliq su icerek rahat oluram,yoxsa kriz cixartmaya qeder davam edir,basqa problemim yoxdu,oruc tutarken bu kriz vaxti spreyden istifade eliye bileremmi?
Müəllif: leyla
Tarix: 27.04.2020
Aleykumusalam.
Sprey az toz şəjlində ciyərlərə daxil olursa, istifadə edə bilərsiz.
Allah sizə yar olsun
Salam. Əmim oğlunun 10 yaşı var. O bu il oruc tutub. 3gündür dözür və orucunu tamamlayır Şükür. Öz istəyi ilə tutub. Bilmək istəyirəm bundan sonra oruc tutmaq ona vacibdir? Yaxud dözməsə orucu sonrakı günlər tuta bilməsə buna görə qəza düşəcək ona? Yaxud oruc tutarkən saxlaya bilməyib orucu pozsa ona qəza və kəffarə düşəcək?
Müəllif: Sebine
Tarix: 27.04.2020
Aleykumusalam.
Ona oruc vacib deyil. istədiyi kimi rəftar edə bilər.
Allah sizə yar olsun
Salam eleyku yoldaşm kafirdir men müselman namaz giliram amma o Cənnəti cehenemi danir bir qadın olaraq tek başima taalag teleb ede bilerem
Müəllif: Aya
Tarix: 27.04.2020
Aleykumusalam.
Əgər bunu cəhalət üzündən edirsə, o zaman kafir hökmü verməyək.
Əgər kişi kafir olarsa, onun kəbini avtomatik olaraq pozulur.
Allah sizə yar olsun
Salam sizinle bir sixintimi bolusmek isdeyirem.Movzu hicabla baglidi.5 ilde kecmisem hicaba.son 2 ildi sixiliram cixmaq isdeyirem hicabdan onuda ehate muhit salib beynime.o.qeder agir mesuliyet yukduki herden deyirem kaw kecmezdim.ama nece hevesle urekden isteyerek kecmisdim.kimisi arxamca picillawdi "gul kimi qiz ozunu ne gune qoydu"neynirdin kecib falan.kimisi buna gore iwe goturmedi hetta iwdende atdilar.psixi cox tesir edib mene qaldira bilmirem vallah dozenmirem.buna gorede cox deyiwmisem it xasiyet olmusam elebil.istemirem kiwi qonagi gelsin mene evde hicabla gezenmirem rahatligim pozulur.hicab mende cox menfi tesirler yaratdi ne qonaq gede bilirem rahat nede istemirem kiwi qonagi gelsin bize.deyilendeki hele baxcadan gozu acilmis usag varsa ondan bele qorunmaliyiq.day noldu ee bu uwaglada oynamayag opub qucaqlamayaq?Qadin olmaq ne cetin imiww .hicabdan cixsam goren Allah bagislayar?( o biri dunyada coxmu boyukdu cezasi?((yayda vopse cixmaq istemirem colee hicaba gore istiden
Müəllif: İlaha
Tarix: 27.04.2020
Aleykumusalam.
Qadın olmaq çətin deyil. Hicab da dərd deyil, siz özünüzə bunu dərd etmisiz. Sizin məntiqinizlə çılpaq gəzənlər də özlərinə haqq qazandırırlar ki, paltarla gəzə bilmirik. Bu səhf bir məntiqdir.
Hicab qadının örtüyüdür, zinəti və bəzəyidir. Necə olur bir qonaqlıqa gedəndə saatlarla üzlərinin üstündə əlləşirlər, dikdabanla özlərinə zor edib zorla yeriyirlər, bu mane deyil, naməhrəmdən örtünmək qadına mane olur?
Hicabınızı sevin və qoruyun. Bu sizin bəzəyinizdir.
Allah sizə yar olsun
Salam. Iftari ne vaxt acmag lazimdi ? Gun batanda yoxsa Megrib azaninda.
Bu cedvele baxmagla
https://www.qafqazislam.com/index.php?lang=az§ionid=124
men ne vaxt orucu acmaliyam ?
Evvelceden Tewwekur.
Müəllif: Muzafer
Tarix: 27.04.2020
Aleykumusalam.
İftar məğrib azanında açılır və saytımızda namaz cədvəli qoymusuq.
Allah sizə yar olsun
Salam. Bu il Məhərrəm ayi miladi teqvimle hansi ayin ve neçəsi başlayır?
Müəllif: Mirəli
Tarix: 27.04.2020
Aleykumusalam.
Avqustun 21 i daxil olmalıdır.
Allah sizə yar olsun
salam Haci 1 sey sorusmag isteyirem oruc halda uz girxmag yaxud cimmek olar cox sag olun ALLAH RAZI OLSUN
Müəllif: zaur
Tarix: 27.04.2020
Aleykumusalam.
Bunların eybi yoxdur.
Allah sizə yar olsun
Salam dost icki icirse insan ollarnan otura biler arada sadece sobet elemeh ucun sozsuzki ickisiz zadsiz ve birde yazismag zad olar hal ehval turmag ucun yoxsa nece bu barede biliyim zeifdi etrafli yaza bilersiz?
Müəllif: Bende
Tarix: 27.04.2020
Aleykumusalam.
İçki içendən möminə dost olmaz. Tanış olar. Belə deyək. Əgər bu danışmalar onun hidayət olunmasına gətirib çıxaracaqsa, haramdan saxlayacaqsa, bəli, danışmaq bəlkə də zəruri olur. Boş boşuna lazımsız söhbətlər lazım deyil.
Allah sizə yar olsun
Salam aleykum oruculu olarken Qoyun inek otarmax orucu pozur
Müəllif: Zekeriyye
Tarix: 27.04.2020
Aleykumusalam.
Xeyr, əlbətdə ki, pozmur.
Allah sizə yar olsun
salam,xahiş edirəm sualımı saytda yazmayasız,anonim olsun,abortdan sonra aybaşı 9günə qədər çox olub,10gündən sonra gündə 1,2damcı gəlməsi yenə heyz sayılır?məndə 16cı gündür,10 gündən sonra az az olur,bu gün oruc tutdum,axşamdan bu gün günortaya gədər heç nə olmadı,günorta 1,2damcı oldu qan,sonra kariçnivi oldu,dayandı,mən orucumu pozmalıyam indi,yoxsa davam etməliyəm?
Müəllif: İlhamə
Tarix: 27.04.2020
Aleykumusalam.
Uşağın saldırdıqdan sonra 10 günə qdər nifas qanı gələr. Heyz yox. Bu qan 10 gündən artıq olmur. 10 güdən sonra gələni istihazə biləcəyik.
İstihazə oruca mane deyil. 10 gundən sonra nifas qüslü edib oruc tutulmalıdır.
Allah sizə yar olsun
Salam.bir nefer B vitamini iynesi vurdurur esebe gore ve planlayirki bu ay hamile qalsin iyne mecburdu vurdurmaq.bir gunden bir vurulur saat 6da.Ama cox az vurulur iynenin ucunda.Orucu pozar bu iyne?
Müəllif: İlaha
Tarix: 27.04.2020
Aleykumusalam.
Seyyid Sistani ağa buna icazə verir. Əgər ona təqlid edilirsə, heç bir problemi yoxdur.
Allah sizə yar olsun
salam. Suleymaniye vakfı haqqında fikirlərinizi bilmək istərdim. Onların səhifəsində qurandan dəlillər ilə namaz vaxtlarının düzgün tərtib edilmədiyi göstərilir. Beləki sübh namazı girməmiş biz qılırıq, lakin onların səhifəsində subh namazı vaxtı bugün üçün 05:01 göstərilmişdir. Qurandan dəlillər gətirdikləri üçün mən çaş-baş qalmışam. bilmirəm kimə inanım. Zəhmət olmasa fikir bildirəsiniz.
https://www.muselmanlar.com/elanlar-xeberler/11867.html
Müəllif: Elnur
Tarix: 27.04.2020
Aleykumusalam.
Azdırıcı saytdır və pozuculuqla məşğul olub savadsız insanların əməllərini zay edirlər. Bir qədər elə içinə baxdıqda bunu gördük. Adicə Quranı dinin yeganə mənbəyi bilir və Quran ayəi gətiri. Adi insan Qurandan xəbərsiz olduğundan çaşır. Qarşılarında savadlı insan görməyib internet üləması olublar. Bütün islam dünyası Quranı tək qaynaq bilmir. Hətta vəhhabilər belə. Quran özü buyurur ki, Peyğəmbər sizə nə versə götürün və nədən çəkindirsə uzqlaşın. Bu da ikinci mənbə. Bunu onların qarşısına qoyan yoxdur ya da Qurandan xəbərləri yoxdur. Amma bunu deməzdik, xəbərləri var. Vəzifələri insanları dində çaşqınlığa salmaqdır.
Allah sizə yar olsun