Задать вопрос / Sual ver:
Salam. Men ramazan baslayanda heyzli oldugum ucun qurani bawlaya bilmedim.indi bawlasam gunde nece cuz oxumaliyam. 2. Eger biri wiedirse turkler kimi namaz qila bilermi .3. Dunen qonaq getdim heyzli oldugumu bildirmemek ucun oruclu olmadigimida bildirmedim.ele basa duwdulerki orucam. Refiqemin heyat yoldawinnan utandim.Gunah etmiwem?
Müəllif: Bende
Tarix: 27.04.2020
Aleykumusalam.
1.Fərqi yoxdur nə qədər bacarırsız oxuyun.
2.Öz məzhəbinə uyğun olaraq qılmalıdır.
3.Xeyr, eybi yoxdur.
Allah sizə yar olsun
Salam haci. Isde obed vaxti rehbere deyib bir saatliq obede gedirik. Ramazanda obed etmediyime gore ne deyib gede bilerem? Yeni bir saati ya dincelmek ya cixib colde geze bilerem. Amma ne deyeceyimi bilmirem. Cox sagolun
Müəllif: .......
Tarix: 27.04.2020
Aleykumusalam.
Nahar vaxtımı istirahət emək istəyirəm deyin.
Allah sizə yar olsun
Salam haci. Qanimi qaraldan bir situsiya var. Menim 24 yasim var. Qizam. Isleyirem. Islediyim yer hokumet isidir. Qizlar ve qadinlarin eksiriyyeti makyaj edir, uzun dirnaqlar tutur, lak nebilim ne, saclarini tokurler(dogrusu men de herden tokurem), amma axir vaxtlar men hec bir shey etmirem. Ne sacimi tokurem, ne makyaj, dirnaqlari qisa kesirem kisiler kimi. Qeyimim de goze giren deyil. Hem anam hem de isde mene deyirler ki, sen qizsan, gerek ozune baxasan, sacivi tokesen, makyaj, dirnaqlar manikur edesen ve s. Men ise istemirem. Mene bele rahatdir. Onlarin gozunde men ozume baxmayan biri kimiyem. Ele bil cuşka kimi. Bu gun seher de isde bir qadin bunu deyib, deyir sen ere getmelisen gerek ozune baxasan, hecne elemirsen, niye? Makyaj zad. Men de zarafata saldim dedim yegin ki, men ere getmeye telesmirem. Amma eslinde isdiyirem ki, menim de ailem olsun. Duzdu burda dindarlar da var. Onlar hecne demirler. Amma bezilerinin sozleri tikan kimi girir ureyime. Cox uzulurem haci. Ne edim?
Müəllif: .......
Tarix: 27.04.2020
Aleykumusalam.
insan umumiyyətlə özünə baxmalıdr. Amma bu o demək deyil ki, qadın bəzənib naməhrəmlərin qarşısında gəzməlidir. Bu haramdır. Qadın ancaq öz məhrəmləri qarşısında bəzənə bilər.
Allaha sığının, hər sözə fikir verməyin.
Allah sizə yar olsun
Salam. Orucu fecr azani calmamiş baglamak lazim ya imsak vaxti? mən bu gun 4.10 bagladim, duz etdim?
Müəllif: Salam
Tarix: 27.04.2020
Aleykumusalam.
İmsak şəriətdə elə fəcrə deyilir. Cədvəllərdə olan imsak isə ehtiyat üçün qoyulan vaxtdır.
Sübh azanına kimi dayanmısızsa, düz etmisiz.
Allah sizə yar olsun
Salam. hicabda olan qadin mutleq qara cadraya kecmelidir?
Müəllif: Damla
Tarix: 27.04.2020
Aleykumusalam.
Xeyr, mutləq deyil, sadəcə bu hicabın ən kamil formasıdır. çadra bədənin quruluşun tam örtür və qara rəng göz ağrıdıcı olduğundan nəzərləri cəlb etmir, əksinə özündən uzaqlaşdırır.
Allah sizə yar olsun
Salam. Menim yoldawim bezi vaxtlar mene yaxinlawmaq isteyende yorgun oldugum ucun yatiram. Onun bu isteyini etmemek mene gunah sayilir?
Müəllif: Aynur
Tarix: 27.04.2020
Aleykumusalam.
Bəli, bu iş düzgün iş deyil və qədının buna haqqı yoxdur. Əlbətdə yorğun olduqda ya başqa sbəblər olduqda ər də bunu anlaşıqlı qəbul edərsə, problem olmaz.
Allah sizə yar olsun
Salam bagishliyin eziyyet verirem bir sualim var eger derman gun erzindr gebul edilirse oruc olarken de gebul ede bilerem?ya orucu pozur?
Müəllif: Ayli
Tarix: 27.04.2020
Aleykumusalam.
Dərnam qəbul etmə orucu pozur. Dərmanları ya sübh o başdan yeyəndə ya da iftar zamanı atın.
Allah sizə yar olsun
Salam. Menim 23 yawim var ve bu vaxta qeder hec oruc tutmamiwam. İlk defedir bu ay tutdum. Bundan evvelkiler qeza sayilir mene? Onlari tutmaliyam?
Müəllif: Sevda
Tarix: 27.04.2020
Aleykumusalam.
Bəli, onlar sizin boynunuzdadır və gərək onları qəza edəsiz. Bunun üçün qışın qısa günlərini də seçə bilərsiz
Allah sizə yar olsun
Salam. Men yuxuda şehvetlendirici wey gordum ve bowalma oldu. Ama bunu bilirdim sadece orucu pozdugunu bilmedim. ama yene de qezaya getse de orucu pozmadim. Ama qusl almadan sabah tezden oruc tutdum. Orucum duzgun olubmu?
Müəllif: Ayan
Tarix: 27.04.2020
Aleykumusalam.
Əgər bu hal sübh azanından sonra olubsa, orucunuz düzdür. Amma qüsllü halda daxil olduğunuz gün oruc batildir, axşama kimi oruc şəklində qalınacaq və sonra qəza ediləcək. Əgər orucu pozan bir iş görlsə, kəffarə vacib olar.
Allah sizə yar olsun
Salam. Yoldawim mene deyirki dirnaqlarivi uzat. Dirnaqlarin olmuyanda el kobud gorunur. Dirnagin uzun olmagi namaza prablem yaradirmi?
Müəllif: Lale
Tarix: 27.04.2020
Aleykumusalam.
Altının təmizliyinə diqqət edilərsə, bir qədər uzatmağın eybi yoxdur.
Allah sizə yar olsun
Salam. Oruc tutan zaman, orucu tutduqda ve yaxud acdiqda mutleq soz deyilmelidi? Hecne demesen oruc sayilmir? Oruc vaxti yanimda adam olur deye agzimi terpetmeden ureyimde sadece bunu deyirem. Allahim, senin iznin ile oruc tutdum, senin iznin ile de orucumu aciram qebul ele. Sadece bunu deyirem ve aciram. Yanimda adam olur deye sadece ureyimde deyirem
Müəllif: Aylin
Tarix: 27.04.2020
Aleykumusalam.
Mutləq olan ancaq niyyətdir və zəruri olan nemətləri verən ALlaha həmd edib, onun adı ilə yeməyə başlamaq və bitirəndə şükr etməkdir.
Allah sizə yar olsun
Salam. Dunen seher oruca durmuwduq. 2 ci gunu. Yemek qutarana yaxin axrinci tikemde azan verildi. Yoldawim dediki narahat olma azan qutarana qeder vaxt var. Men de azan oxuna oxuna axrinci tikemi yedim. Bugun ise geldi dedi sen deme azan oxunanda agzinda ne varsa cixarmalisan. Ele bilib azan qutarana qederd imiw. Menim orucum pozulubmu?
Müəllif: Nuray
Tarix: 27.04.2020
Aleykumusalam.
Həmin günün orucunu qəza edəcəksiz.
Allah sizə yar olsun
Salam Aleykum Haci
Bir gun oruc tutmasan mueyyen sebeblere gore sonra qezasin tutmalisan yoxsa keffare gelir?
Müəllif: Kenan
Tarix: 27.04.2020
Aleykumusalam.
Ramazan orucunu elə belə istəklə pozmaq olmaz, kəffarə gələcək.
Allah sizə yar olsun
Əslində həmişə belə başlamır normal başlayırdı. Əgər belə davam etsə orucumu tutum ya necə?
Müəllif: Salam
Tarix: 27.04.2020
Aleykumusalam.
Əgər bu adət halınızdırsa, oruc tita bilməyəcəksiz. Əgər belə deyilsə, qüsl oruc tutun, adət halı olması yəqin olsa orucu dayandıracaqsız.
Allah sizə yar olsun
Salam haci ramazanin gündelik zikirlerini burda qeyd edebilersiniz
Müəllif: Nura
Tarix: 27.04.2020
Aleykumusalam.
Saytın ana səhifəsində bular hamısı var. Bura 30 günün zikrin qoymaq olmur.
Allah sizə yar olsun
salam hecicen sene qurban olum borcum coxdu hetta ozumu oldurmek heddine gelmisem her gun hede qorxu gelirler mene mene komek et ne edim?ne dua edim ?
Müəllif: Gunahkar
Tarix: 27.04.2020
Aleykumusalam.
Namazlarda Dua edin ki, ALlah sizə bir yol açsın, biz də sizi hər namazda dua edərik.
Özünü öldürməklə məsələ həll olmur. O tərəfdə bunun hesabı buradakından daha ağırdır, oradan isə qaçış yoxdur. Bu qədər güc çatmayacaq borc edilməməliydi. Nəisə, səbrlə zəhmət çəkib qazanc edib qaytararsız.
Allah sizə yar olsun
Salam bir sual soruşmaq istəyirəm üzr istiyirəm məndə tam heyz deyil az az tünd qəhvəyi ya açıq qəhvəyi ağ rəngli maye gəlir amma çox az gəlir mən qalmışam bimirəm nə edim orucumu davam etdirmək istəyirəm amma qalmışam belə nə edə bilərəm
Müəllif: Salam
Tarix: 27.04.2020
Aleykumusalam.
Əgər heyziniz belə başlayırsa və bu heyzin əvvəlidirə, oruc dayandırılacaq.
Allah sizə yar olsun
Salam.bakıdan ismayıllıya 4-5 günlük qonaq gələn adam oruc tutmalıdırmı?çox sağ olun
Müəllif: Sahil
Tarix: 27.04.2020
Aleykumusalam.
Bu səfərdə Oruc tuta bilməyəcək.
Ramazan ayında gəzməkliklər və zəruri olmayan səfər təxirə salınmalıdır və evdə olub oruc tutmaq lazımdır.
Allah sizə yar olsun
Salam Aleykum Haci
Bir dostum sorusur deyir oruclu halda istediyi xanimla goruse onu ope biler bu orucu pozur ?
Müəllif: Senan
Tarix: 27.04.2020
Aleykumusalam.
Aleykumussalam. İstədiyi anlayışı səhfdir, məhrəm naməhrəm var. O naməhrəm sayılır və qeyd edilən munasibətlər haramdır
Allah sizə yar olsun
Salam,
1.Islam tarixini oyrenmek uchun hansi kitablari tovsiyye ede bilersiniz?
2.Imam Hesen (e) ve Imam Huseyn (e) dan bashqa dunyaya gelib gedecek goy gozlulerin icherisinde cennet ehli olmadigini eshitmishem.Bu duzgun melumatdir?
3.Meymunlarin yahudilerden yarandigi bildirilir.Yani,sanki Allahin onlara qezebi tutub ve onlari meymuna chevirib.Bu melumat dogrudurmu?
Teshekkur edirem.
Müəllif: Kamala
Tarix: 27.04.2020
Aleykumusalam.
1.Elə eyni adlı kitablar var. İslam Tarixi. Onlardan birini oxuya bilərsiz və saytımızın kitabxanasında da bu kitab olmalıdır.
2.Belə bir şey eşitməmişik və görməmişik.
3.Qələt fikirdir. Yəhud qovmunun bir hissəsinə əzab olaraq meymuna döndərilmələri var, amma bu o demək deyil ki, meymun onlardan yaranıb. Meymun var idi, bunlar da ona döndülər.
Allah sizə yar olsun