Задать вопрос / Sual ver:
Oruclu halda məşq etmək gunahdır?
Yəni pis deyil?
Sonra çimmək?
Müəllif: Mehdi
Tarix: 12.04.2020
Aleykumusalam.
Əgər bu sizi zəiflədib orucu pozmağa aparacaqsa, bunu etməyin.
Allah sizə yar olsun
Oruc tutarkən,yəni oruc ola ola çimmək olar?
Xahiş edirəm ətraflı məlumat verin.Başı yumaq olar?
Müəllif: Salam
Tarix: 12.04.2020
Aleykumusalam.
Bəli, amma diqqətli olun, ağız, burun və qulaqdan içəri su keçməsin və bu sizi zəiflədib orucu pozmağa aparmasın
Başı da yuya bilərsiz, başı suyun altına batırmaq olmaz.
Allah sizə yar olsun
Salam Aleykum. Terkibine toyuq eti mal eti qoyun eti ve s. Yazilmis donuz eti (piyi) yazilmamis kolbasa ve ya sosisleri yemek olar? Evvelceden tesekkurler.
Müəllif: Anar
Tarix: 12.04.2020
Aleykumusalam.
Xeyr, bunların yazılması və ya donuzun yazılmaması onun halal olmasını isbat etməz.
Halal olmasına yəqinlik olanını yeyə bilərsiz.
Allah sizə yar olsun
Birdenede sual verim bezdirmeklik olmasin yasin süresinin a menasinin azerice yazlişin oxuyabilerem ezizlerimçün
Müəllif: Nura
Tarix: 12.04.2020
Aleykumusalam.
Quranın tərcüməsi sırf olaraq Quran barədə məlumat üçündr.
Ölülər üçün isə siz azəri əlifbası ilə ərəb dilində yazılmışı oxuya bilərsiz.
Allah sizə yar olsun
Salamun aleykum haci men namazdan sonra ayeti kürsü oxuyram 9setirdi ama baldizim deyirki ayeti kürsü 9setirden çoxdu senin oxdugun yarisidi
Müəllif: Nura
Tarix: 12.04.2020
Aleykumusalam.
Ayətəl kursini 3 ayə oxuyun. Bəqərə surəsi 255,256,257
Allah sizə yar olsun
Salam menim yoldaşim hergün icir mense namazqiliram onla bir yatagda yatanda mende qüsullu sayliram
Müəllif: Nura
Tarix: 12.04.2020
Aleykumusalam.
Sadəcə yatmaqla qüsl vacib olmaz. Qüsl vacib olmaq üçün gərək rabitə ola
Allah sizə yar olsun
Salam Peyğəmbərin (s) xanimi yehudi olub ve Onu (s) bu xanimi zeherliyib cox sagolun
Müəllif: .....
Tarix: 12.04.2020
Aleykumusalam.
Peyğəmbərin bir xanımı Səfiyyə bint Huyeyh. Mədinə yəhudilərindən olan Bəni-Nəzir qəbiləsinin rəisi Hüyüy ibn Əxtabın qızıdır, amma onu zəhərləyən bu qadın olmayıb.
Allah sizə yar olsun
Haci men yene de her ehtimala qarsi paltarlarimi filan deyisdim, çimdim, bezi toxundugum yerleri yudum. Kozermis yara neye deyilir ki? Mendeki bilirsiz necə idi ele bil qaysaq bağlamışdı yara, yeni uzerinden el ile keçəndə bir qabarıqlıq hiss elemirdim, tünd reng almışdı. Adi qan quruyanda meselen sabunlayib yuyuram gedir, amma bunu nece defe sabunladim yudum getmirdi. Zor gücnən didib goturmusem o tünd yeri, sonra altindan qan geldi.
Müəllif: Sual
Tarix: 11.04.2020
Aleykumusalam.
Ehtiyat edib bunları etmisizsə, heç bir eybi yoxdur.
Yəni yaranın üzərində qan bərkiyib yaranın üzərini örtür.
Allah sizə yar olsun
Salam aleykum..menim iwim sirf wekillerden ibaretdi..yeni cawqalarin koyneklerin kaburalarin ve s.uzerine wekil vururam..vinetka hazirlayiram fotaqrafliq ve s. Bu kimi iwler..bawqa iwde iwlemeye sehhetim el vermir..hec yerde iwe duzele bilmirem..bilmek isderdim bu gunahdi yoxsa yox??ozum elle cekmirem meselcun kimse wekil gonderir mende onu aparatla cawqanin uzerine vurub satiram.
Müəllif: Ferid
Tarix: 11.04.2020
Aleykumusalam.
Sizin işinizdə haram şəkillərdən ibarət iş olmursa, işinizdə problem yoxdur.
Allah sizə yar olsun
Bilekdeki yara ile bağlı sual veren adamam. Cox sağolun cavaba gore. Bes indi toxundugum yerləri, paltarlarimi cixarib paklamaga ehiyac var yoxsa pak bilecem? Axi o noqte olan yer bileyimde ola ola destemaz almışdım yeni elim dəymişdi ora.
Müəllif: Sual
Tarix: 11.04.2020
Aleykumusalam.
Əgər o yara közərmişidirsə (yaranın üzərində qurumuş köz), hər şey pakdır.
Allah sizə yar olsun
Salam hacı. Mənim stipendiyadan yığdığım ehtiyat pulum olur. Anam hərdən qaytarmaq şərti ilə müvəqqəti istəyir. Lakin anamın ümumi pulunun halal olduğundan əmin deyiləm. Anam faizə pul verən olub. İndi dəqiq bilmirəm verir ya yox. Hələ də verdiyi pulu geri ala bilmədiyi adam var. Həmçinin bu yaxınlarda tanış qonşularla əyləncə üçün haram lotoreya da oynayır(. Amma maaşından da pul alır halal.Mən buna görə anama pul vermək istəmirəm ki, birdən qaytaranda haram puldan qaytarar, və ya halal haram qarışıq olar. Bilmək istəyirəm əgər elə olsa o pul mənə də haram sayılır? Ümumiyyətlə, verməməyim yanlışdır?
Müəllif: Zeynəb
Tarix: 11.04.2020
Aleykumusalam.
Səz öz pulunuzun halaldan qaytardığını bilin.
Allah sizə yar olsun
Salam. Ev ne qeder temiz olsada inaninki bezen ele qorxunc bocekler olurki evde hem qorxur hemde iyrenirem dermanlar istifade etsemde bir xeyri deymir. Bunun ucun bir dua vardirmi? Varsa adini deye bilersiz zehmet olmasa? Ve hemin o bocekleri oldurmekle gunah qazanmiramki? Allah razi olsun.
Müəllif: ...
Tarix: 11.04.2020
Aleykumusalam.
Xeyr, belə bir şey bilmirik. Bunun üçün lazım olan dərmanlardan istifad edin
Allah sizə yar olsun
Salam Haci. Bileyimin ustunde yara var, ve o yaranin ustunde noqte boyda qirmizidan daha tund rengde bir şey qalmışdı. Rahat 1 gün qaldi deye bilerem. Sabunladim nece defe getmedi. O şəkildə destemaz alib namazlari qilmisam. Axir bugun gunorta zor gucuyle didib cixardim hemin noqteni, ardindan azca qan geldi. Yudum indi normal görünür. Hemin şey necis imiş ve destemaz alanda ora deydiyim ucun her yeri necis etmişəm? Yoxsa orani ve toxundugum yerleri pak bilmeliyem? Sistani ağa.
Müəllif: Sual
Tarix: 11.04.2020
Aleykumusalam.
Qeyd edilən halda namaz və dəstəmazlarınız düzdür
Allah sizə yar olsun
Salam. Qadin hamiledi,eriynen qabaqcadan basqa olkeye getmeye dusunmusduler. Hamilelik zamani qadinda usagin saglamligina tehluke yaradan veziyyet yarandi. Hekim ucusu tehlukeli oldugunu deyir. Er bu meselede qadina deyir gedek, yaxsi olar. Qadin ernie itaet etmelidi? Cox sag olun
Müəllif: Leyla
Tarix: 11.04.2020
Aleykumusalam.
Bu məsələdə hər ikisi uşağı düşünməli və həkimin məsləhətinə qulaq asmalıdırlar.
Allah sizə yar olsun
Salam bu gun vidioya baxiridim camaata sual verirdiler arxada qiz var idi baxmadim birinci oglana baxirdim fikirlesdim ki qizdi sora baxdim gordum ki dogurdan qiz imis men bu halda namehreme baxmis sayiliram? Cox sagolun
Müəllif: .....
Tarix: 11.04.2020
Aleykumusalam.
Bu da naməhrəmə baxmaqdır. Çalışın belə şeyləri tərk edin. Hər kim idisə, fikir verməyin.
Allah sizə yar olsun
Salam basqa gmailnen yazmisdim bunan onceki suali yeqin gelmiyib sualim:insan emeli edende seytan vesvese eleseki bes riya qat yeji woy camaat desin ki filankes anasina hormet qiyur ag validehn olmur ama emelin evvelin insan agvalideyn olmamagi ixlaslidi ve bunu sadece seytan vesvese edir bu gunahdi insan ucun? 2.saqqali teze cixan adam saqqalin uzadir ki camaat desin saqqali var bu elemey olar? 3 ve birde men birinen hal ehval tururdum coxdan di yazkirdim ona yazanda onu itirib axdarmamagimnan oesman oldugumu bilmesi ucun sozler yazirdim ama ki sora brynime fikirler gediki yaza yaza yaz bele ele mesajin davaimin qoy desin ki basa dusen oglandi qanacaqlidi bu mende mesaji ele yazdim ama gondermedim sildim bu gunahdi mene? Allah komeyiniz olsun
Müəllif: Sual
Tarix: 11.04.2020
Aleykumusalam.
Seytani fikirləri beyninizdən atın və əməllərinizi ixlasla edin.
Dəfələrlə demişik ki, kiminsə nəzərinə görə bir iş görmək riyadır. Bunu dəfələrlə soruşmaq lazım deyil.
Allah sizə yar olsun
salam haci. sizden aile qurmaq ucun dua istemisem neden cavab gelmedi? sual getmisdi size deqiq bilirem. zehmet olmasa cavab yazardiz
Müəllif: ...........
Tarix: 11.04.2020
Aleykumusalam.
Sual yetişmisdi. Dua kitabları var. Onlara muraciət edin. Oradan xususi dualar taparsız. Belə isə ən yaxşısı öz qəlbinizin diliylə öz anladığınız dildə dualar edin.
Allah sizə yar olsun
Salamaleykum.Uzur isteyirem,Duw aldiqdan sonra ayaqimda sonradan yaranma ete oxwar bir wiwka var,bu qanayib,Ve axwam namazlarim qildiqdan sonra gordum bu hali,Bele veziyet de qilinan namazlarm duzdur?
Müəllif: @@@@@@@
Tarix: 11.04.2020
Aleykumusalam.
İlk olaraq onu qeyd edək ki, yara qanı əgər insanın üzərində ya paltarında baş barmağın dırnağından böyük olmazsa, onun namaza maniəsi olmaz, yəni o halda namaz qılmaq düzdür.
İkincisi budur. Əgər insanın üstü ya bədəni nəcisə bulaşmış ola və insanın bundan xəbəri olmaya, bu halda namaz qıla və sonra xəbər tuta, onun o zaman qədər qıldıqları düzdür, ondan sonrakılar üçün mutləq paklanmalıdır. Yox əgər bilirdi, yadından çıxarıb elə halda namaz qılmışdı və namazdan sonra yadına düşdü, bu zaman həmin namazlar təzələnməlidir.
Allah sizə yar olsun
Salam. Nece adi qaydada eli yuyub quslu bitirireM deyim? Cox sag olun cavabiniz ucun
Müəllif: Nuray
Tarix: 11.04.2020
Aleykumussalam
Sadəcə fikrinizdə qüslü tamamlamaq qəsdiylə əli yuyuyursuz, vəssalam.
Allah sizə yar olsun
Salam.bir sualim daha var.namaza baslayarken once tekbir sonra kelmeyi sehadet deyib sonra niyyet edilmelidir yoxsa niyyet edib tekbir deyib namaza baslanilmalidir ?
Müəllif: Leyla
Tarix: 11.04.2020
Aleykumussalam
Niyyət, Təkbir və namaza baslayirsiz.
Allah sizə yar olsun