Задать вопрос / Sual ver:
Salam 1.kitablarda ariflerin adlarin oxuyanda insan oxusaki bes bunu basqa yerde kimese neql edende deyim ki bunarifden oyrenmisem oxumusam qoy bilsinlerki desinlerki filan arifin kitabin oxuyur bu riyadi? 2.men bu gun oxudugum kitabda bir arifden sobet gedmir bir coxunan danislir men birin adin oxudum usdunen kecdim biraz adi yeniden oxudum adi ama orda bilmirem tam deqiq ki bes men bjnu camaata sora neql eliyende camaat desin ki bu filankesin kitabinnoxuyur burda menim gunahim var? Zehmet olmasa biraz aydin basa salardiz men biraz cetin basa dusurem bele seyleri Allah komeyiniz olsun
Müəllif: ....
Tarix: 09.04.2020
Aleykumusalam.
1.Riya odur ki, özünü kiməsə göstərəsən. Özünüz dəyərləndirin. Kiməsə göstərmək istəyirsizsə, deməli riyadır
2.Sizin öz fikriniz camaata göstərmək deyilsə, yox.
Allah sizə yar olsun
Salam bu gun bir tanisin yazdigi statusu oxudum ki bes "Adem oglu etibarli olsaydi Tanrı onu sinamazdi" mende knun profilinde oxudum yazdigi seye gore dedim ki ozune yeni bu nedi yazib ged cehennem olda burdan sora fikirlesdim ki bes biz sinaniriq men gunah elemisem? Allah komeyiniz olsun
Müəllif: ....
Tarix: 09.04.2020
Aleykumusalam.
İnsan səhf edəndə ona səhfi başa salırlar, təhqir etmirlər. O statusunda səhfə yol verib, siz isə təhqir edərək gunah etmisiz.
Allah sizə yar olsun
Salam. Men oruc tutub yatmisham. Duranda gordum dishim qanayib. Tupurceyin ne qeder udmasini bilmirem. Orucum pozulur? Cix saqolun
Müəllif: Aysel
Tarix: 09.04.2020
Aleykumusalam.
Xeyr, ayılandan sonra heçnə udmamısınızsa, orucunuz davam edir.
Allah sizə yar olsun
Salam,Hacı,Bir sual da məni narahat edir:Namaz qılınarkən Məs.2-ci rəkətdə elə olur ki,adamın özündən asılı olmayaraq burnunun suyu gəlir.Qiblədən üz çevirmədən dəsmalla burnu silmək namazı batil etmir ki? Qabaqcadan təşəkkürlər
Müəllif: Müzakir
Tarix: 09.04.2020
Aleykumusalam.
Xeyr, bu hal namazı pozmur.
Allah sizə yar olsun
Bir daha salam.Men qəza oruclarimi tuturam.Artiq 8gundur.Bu atlar vacib oruc var?Aprelin 24den əvvəli nəzərdə tuturam.Yəni varsa vacib müstəhəb olanı tutum.Sonra yenidən qəzalarimi tutaram.Birdəki qrup yoldaşıma deyiblər ki qəza namazlarını uşaqlıqdan tutmağa ehtiyac yoxdur.Bir qismini qildinsa kifayətdir.Bu nə dərəcədə düzgün məlumatdır?Birdəki mən hicaba keçmək istəyirəm.Duzu ətrafımda hicablı 1insan yoxdur.O abu havada böyüməmişəm.Hicaba keçmek isteyirem.Qəlbimdə niyyət etmişəm filan şey olan kimi hicaba kececem.Bele bir şey etməyim mümkündür yoxsa günahdır?
Müəllif: Gunel
Tarix: 09.04.2020
Aleykumusalam.
Siz qəzalarınızı bitirənə kimi ancaq qəza tutacaqsız. Vacib isə Ramazan ayındadır. Ramazan ayı daxil olduqda vacib oruclarınızı tutacaqsız, bitdikdən sonra isə haram günləri çıxıb qalan günlərdə qəzaları tuta bilərsiz.
Allah sizə yar olsun
Salam.Orculu halda üzümə nəmləndirici krem ceke bilerem?Üzümun dərisi quruyub qabıq verir.
2ci sualım.Men rehmetlik nənəmin namaz kitabı ilə namaz qılıram.Kohne kitabdır.Orada tesehhudden sonra ayağa qalxıb təsbiəəti ərbəə demeliyem yazılıb.Men de neçə ildir ki namazı belə bilirem.Zohr namazında tesehhudden sonra deyirem sonra tükü səcdə yenidən təsbiəəti ərbəəni deyib tükü səcdə tesehhud və salamlari deyirəm.Yoldasim deyir səhv qılırsan namazı.O başqa cür qılır.Men qildigim kimi olmaz?Təşəkkür edirem cavabınız üçün
Müəllif: Gunel
Tarix: 09.04.2020
Aleykumusalam.
Bəli, belə kremlərdən itifadə edə bilərsiz.
Tam aydın olması üçün siz bu videoya baxın və belə qılırsızsa, problemi yoxdur.
https://www.youtube.com/watch?v=CflOYZM_GUw
Allah sizə yar olsun
SalamAleykum,Menim boynumda coxlu geza oruclarim var,Bu kun Saban ayinin 15-ci gunu oruc tutmusam,bu tutdugum oruc gezamdan sayilir,yoxsa???
Müəllif: Raida
Tarix: 09.04.2020
Aleykumusalam.
Bəli, bu qəzadır. Qəzaları tam bitirənə kimi ancaq qəza tuta biləcəksiz.
Allah sizə yar olsun
İki rəkət namaz (1-ci rəkətdə "Həmd"+ "Kafirun", 2-ci rükətdə "Həmd" + "İxlas"). Namazdan sonra deyilir: "Allahu əkbər 34 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Subhanəllah " 33 dəfə. BU NAMAZİ İNDİ QİLMAQ OLAR ? YOXSA MEGRİB NAMAZİNDSN SONRA QİLMAQ DA OLAR ?
Müəllif: Naida
Tarix: 09.04.2020
Aleykumusalam.
Bu namaz dünən axşam qılınmalı idi. Savaba yetişmək qəsdiylə qıla bilərsiz.
Allah sizə yar olsun
Salam Haci. Bir namaz var secdesinde 15 defe qedr suresin demeliyem ezber bilmirem nece kitabdan oxuyub deye bilerem ? Alnim secdede olarken?
Müəllif: Naida
Tarix: 09.04.2020
Aleykumusalam.
Səcdədə kitabdan necə oxuyacaqsız.? Yaxşı olar ki, bildiyinizlərdən birini qılasız
Allah sizə yar olsun
Salam aleykum suallarm sizi bezdirə bilər ona görədə haqqınızı halal edin mən namaz qılmışam bir neçə dəfədə tərki namaz olmuşam qorxmuşam namazdan sanki yenidən namaza qayıtmağ isdəyirəm bunun üçün nə etməliyəm ? birdəki etdiyim tərki namazların günahını nece temizləyə bilərəm ? birdə sonuncu sualım mən evdə namaz qılanmıram rahat ola bilmirəm narahat edr sanki nəsə məsciddə rahat hiss edirəm özmü bu nədən ola bilər ? indidən çox sağolun
Müəllif: Süleyman
Tarix: 09.04.2020
Aleykumusalam.
Tovbə edin və namaza başlayın. İnsan yolu azıb kənara getdikdə çıxış yolu həqiqəti anlayıb dayanmaq və düzgün olan istiqamətə tərəf qayıtmaqdır. Tovbə edib ALlaha tərəf qayıtmaq lazımdır. Qədəmləri möhkəmləndirmək və şeytana yox deyib namazı qılmaq.
Məscid əlbətdə ki daha rahat olacaq. Orada yəqin ki, nəfslə mubarizə daha asan olur.
Allah sizə yar olsun
Selamun aleykum biz orucu 9zu 10na keçen gece orucu tutmalyiq ya 8zi 9na keçen gece
Müəllif: Nura
Tarix: 09.04.2020
Aleykumusalam.
Bu gecə oruc tutulsun və səhər oruc olmaq yaxşıdır.
Allah sizə yar olsun
Essalamu aleykum bugece qilinacaq namazi yazardizda zehmet olmasa
Müəllif: Nura
Tarix: 09.04.2020
Aleykumusalam.
İki rəkət namaz (1-ci rəkətdə "Həmd"+ "Kafirun", 2-ci rükətdə "Həmd" + "İxlas"). Namazdan sonra deyilir: Allahu Əkbər 34 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Subhanəllah" 33 dəfə.
Allah sizə yar olsun
Salam insan birinen dua isdese ki meni dua ele hakin adam onu dua etmeyi isdemesi o insan Allaha deye biler ki İlahi Sən Şahidsən ki mennknan isdedim dua elemedi bu duzgunnbir seydi yeni bura kikindeyor day sora demir duzdu bu Allah komeyiniz olsun
Müəllif: ....
Tarix: 09.04.2020
Aleykumusalam.
Əvvəla onu deyək ki, insanlar bir birlərini dua etməlidirlər. Bu İlahi rəhmətə səbəb olacaq addımdır. Əgər kimsə kimdənsə dua istəyirsə, insan da razılıq edərsə, onu dua etmək bir vəzifə olur. Gərək icra etsin.
Kimsə sizə dua etməkdən boyun qaçırırsa, daha ondan dua istəməyin faydası yoxdur.
Allah sizə yar olsun
Salam aleykum. Er qadina kimnen danisib danismamagina qerar vere biler? Qadin itaet etmese gunah olar? Cox sag olun
Müəllif: Olya
Tarix: 09.04.2020
Aleykumusalam.
Qadın gərək Allahın əmri ilə xilaf olamyan bütün şeylərdə ərinə tabe olmalıdır.
Allah sizə yar olsun
salam. kirayede yaşayan insan illik zəkat verməlidi? yəni illik qazancının 5 de 1 i?
Müəllif: İslam
Tarix: 09.04.2020
Aleykumusalam.
Bu zəkat deyil, xumsdur və bunu hər qazanc edən verməlidir. İl başına artıq bir şeyi qalarsa, onun beşdə birini verəcək.
Allah sizə yar olsun
Salam. Cox xais edirem men hediyyr namazini etrafli izah edin ve hansi dualari ede bilerem? Ve qeza orucymu tuta bileremmi bu gece? Niyyet de ne deyilir hediyye namazinda? Ve dunen idi yoxsa bu gundur yeniki imam zaman agaya hediyyr namazi qilmaq isteyirem. Allah razi olsun.
Müəllif: ...
Tarix: 09.04.2020
Aleykumusalam.
Hədiyyə namazını elə sübh namazı kimi iki rükətli namaz qılıb bitirdikdən sonra savabını hədiyyə edəcəksiz.
Qəza oruclarınızı tutmaqda heç bir maniə yoxdur.
Həzərtə hədiyyə olaraq qılınacaq namazı bu gecə qılın
Allah sizə yar olsun
Salam. Qadın kişidən talaq istəyibsə və kişi talaq veribsə iddə müddətində vacibdirmi kişi istədiyi zaman sadə görə bilsin? Qadın onu görmək istəməməsi normaldırmı?
Müəllif: Leyla
Tarix: 08.04.2020
Aleykumusalam.
Xeyr, bu vacib deyil.
Qadının buna haqqı var. Amma iddə müddətində barışsalar kəbin bərpa olacaq.
Allah sizə yar olsun
Salam. Ramazan ayının qəza orucunu tutmuşdum heyzin əlamətləri oldu pozdum orucu onunda üstünə qəza gəlirmi? Allah razı olsun.
Müəllif: 313
Tarix: 08.04.2020
Aleykumusalam.
əlavə olaraq heç bir qəza gəlməyib, paklanandan sonra həmin günü yenidən qəza edəcəksiz.
Allah sizə yar olsun
Salam , qapimizda pisik balalayib , artiq ayaq acmaga bawlayiblar , biz 9 cu mertebede qalirig , yixilib elemesinler deye isteyiriy balalari verey kimlerese , sadece balani anadan ayirmag istemiriy , ayirmiw olsag balalari anadan gunah sayilarmi ? kuceyede qoymaq istemiriyki havalar helem soyuqdu
Müəllif: muxtar
Tarix: 08.04.2020
Aleykumusalam.
Əgər onlara qulluq və xidmət edəcəklərsə, verə bilərsiz.
Allah sizə yar olsun
Destemazda mesx chekende yalniz dord barmaq ile chekilir? Bash barmaq xaric
Müəllif: Nigar
Tarix: 08.04.2020
Aleykumusalam.
Başa 3 barmaqla da edilsə kifayət edir. Baş barmağı məshə qatmaq lazım deyil. ayağın üzərinə məsh edərkən yaxşı olar ki, bütün əlin içi, bütün ayağın üzünə çəkilə.
Allah sizə yar olsun