Задать вопрос / Sual ver:
Salam. Mənim keçən ildən özəl günlərə görə qəza orucum var və tuturam hal hazırda. Ama dəqiq sayını bilmirəm neçə gündü. Təxminimə görə 10 gün tutacam. Əgər 8 gün qəza olmuş olsa, digər 2 gün hədərə gedəcək ya ayrı qəzalarıma çıxacaq? 2. Bu gecə bəraət gecəsidir bayramınızı təbrik edirəm. Və xaişim bizləri dualarda unutmayın... mənim övladım olmur mənə də dua edəsiz lütfən.
Müəllif: Salam
Tarix: 08.04.2020
Aleykumusalam.
Yerdə qalan keçmiş qəzalarınızdan çıxılacaq.
İnşaALlah
Allah sizə yar olsun
salam,bu gecenin namazini yazardizda zehmet olmasa,ana sehifedeki meqaleye baxdim orda yoxdu,tesekkurler
Müəllif: AyNur
Tarix: 08.04.2020
Aleykumusalam.
İki rəkət namaz (1-ci rəkətdə "Həmd"+ "Kafirun", 2-ci rükətdə "Həmd" + "İxlas"). Namazdan sonra deyilir: "Subhənallah" 33 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Allahu Əkbər" 34 dəfə.
Allah sizə yar olsun
Salam Aleykum. Xahis edirem cavablandirasiz. Niye gore bezi dindarlar () Abubekire ve Osmana tehqirli sozler deyirler ?
Müəllif: MAMMAD AGAMALIZADE
Tarix: 08.04.2020
Aleykumusalam.
Əhli sünnənin müqəddəsatını təhqir etmək müctəhidlərimiz tərəfindən izacəli sayılmır. Kiminsə faktiki dəlillə elmi bəhs edirsə, bu icazəlidir. Allah sizə yar olsun
Salam bu gun İmam Əli (ə) qatiline biqeyretin oglu dedim bu mene gunah yazilir yeni o Allah lenet elemisderi bele tehqir elemey olar? Allah komeyiniznolsun
Müəllif: ....
Tarix: 08.04.2020
Aleykumusalam.
Həmin məxluq hər bir aşağı sözə laiqdir amma öz dilinizi söyüşdən qoruyun.
Lənət və nifrətinizi istədiyiniz qədər göndərə bilərsiz.
Allah sizə yar olsun
Salam aleyküm. Neye göre peygember oğlu dediği abu zeydin heyat yoldasini almisdir? 2) o duzdurmu ki onu cilpaq gorub beyenmisdir? 3) Allah neye göre peygember 4den artık qadin almagi halal bilmisdir , vermeye göre diğer qebilelerden yazılarına yox ozune almisdir? 4) peygember vefat ettikten sonra onun qadinlarini almaq haram sayılırdı, bes onunqadinlarinin cinsi ehtiyaci nece qarsilanacaqdi.4) peygemberAise ile nece yasda evlenmiştir? 5) xedice ile evli olarken neye göre basqa biri ile evlenmemisdir? 6) peygember mute nigahindan istifade edibmi? 7?
Müəllif: Celal
Tarix: 08.04.2020
Aleykumusalam.
Əbu zeyd yox, sadəcə Zeyd. Zeyd Peyğəmbərin oğlu deyildi, oğulluğa götürdüyü şəxs idi. Zeyd üçün peyğəmbərimiz öz bibisi qızını aldı və az bir zamandan sonra bunların arası pozuldu və bu iki şəxs heç bir yolla bir biri ilə yola gedə bilmədilər. Və nəhayətdə iş talaqa qaldı, yəni boşanmaya. Zeyd özü dəfələrlə Peyğəmbərimizə şikayət edirdi ki, onunla yaşaya bilmir, düz gəlmirlər. Onlar boşanandan sonra Peyğəmbərimiz onu öz əqdinə saldı. O zamanı indiki zamanla ölçməyək. O zaman ərsiz, yiyəsi olmayan qadın ortalıqda məhf olub gedirdi. Peyğəmbərimizin evliliklərinin əksəriyyəti belə olub. Kimsəsiz qalmış qadınlara yiyə durub ki, onlar yaşamaq ümidlərini itirməsinlər.
2.Tam olaraq yalandır. Bunu ancaq ədəbsiz insanlar öz əxlaqsızlıqları ilə ölçüb Peyğəmbərə nisbət verə bilərlər.
3.Allahın etdiyi daha düzgünüdür. Biz ALlahın etdiklərini muzakirə edə bilmərik ki.
4.Əvvəla bütün qadınlar cinsi ehtirasla yaşamırlar və biz elə öz tariximizdə minlərlə qadının cavan vaxtı ərini itirdiyini və buna baxmayaraq özünü balalarına həsr edərək onlar üçün yaşadıqlarını görmüşük. Deməli bu ölçü (cinsi ehtiras) səhf ölçüdür. Əsas onların yaşama , həyatda qalma şanslarının olmasıdır ki, ALlah bunun üçün onları möminlərə ana etdi və bu status bunun üçün onlara rtıqlaması ilə kifayət edirdi.
5.Bunun səbəbini onda bilirlər ki, Peyğəmbərimizin əsl eşqi ancaq bu əzəmətli xanıma olub.
6. Peyğəmbərimizin zamanında bunun olması yəqindir, amma Həzrətin özünün bunu etdiyi barədə əlimizdə bir dəlil yoxdu. Həmçinin Həzrətin buna ehtiyacı da yox idi.
Allah sizə yar olsun
Oğlan ve qiz öz arasinda molla olmadan kebin kesmek olar
Müəllif: Nura
Tarix: 08.04.2020
Aleykumusalam.
Əgər kəbinin şətləri yerindədirsə və bunlar bunun qaydasını ilirlərsə, bəli olar. Əgər bilmirlərsə, gərək kimisə biləni bu işə vəkil etsinlər.
Allah sizə yar olsun
Salam.Berat gecesi aprelin 9dan 10na keçen gecedir ?
Müəllif: Naida
Tarix: 08.04.2020
Aleykumusalam.
Bu gecə Şəban ayının orta gecəsidir. Yəni şəbanın 15 nə keçən gecə. Həmin gecənin bərəkəti , o gecədə İmam Zaman ağanın dünyaya gəlməsi ilə daha da artdı. Bu axşam həmin gecə daxil olur.
Allah sizə yar olsun
Salam Haci. Men Şaban ayının 1 ve 4cu gunleri oruc tuturam.Deyilib ki bu günlerde otuc tutanlarin 20 axiret 20 dünya arzulari gerçək olar. ŞABAn ayi başlayandan 1 ve 4cu gunler tuturam.aybasi olsam 1 hefte tuta bilmeyecem.qutarib yene davam etsem menim 20 duam qebul olar ? Amma cox isterdim butun ay tutam.Melum mesele((
Müəllif: Naida
Tarix: 07.04.2020
Aleykumusalam.
İnşaALlah qəbul olar.
Allah sizə yar olsun
Salam hamimiz tefekkurddn Allahın xikrinen lezzet aliriq ama men son 2 gundu demey olar ji ele ancaq qem qusse deyem tovbe elemisem gunahlarimdan ama onuda qeyd edim ki son vaxtlar heqiqeten heddi asmisdim gunhalar baresinde axirinci seferde istimnadan sora bele oldu men ne edim tefekkurden Allahın zikrinden evvel ki kimi lezet ala bilmirem meslehet vere bilersiz? Allah komeyiniznolsun
Müəllif: ....
Tarix: 07.04.2020
Aleykumusalam.
Tovbələrinizdə davamlı olun, günahlardan uzaq durun. Günah ibadətin ləzzətini aparacaq. Dua və zikrlərinizi artırın.
Bunu da bilməlisiz ki, aradan aparılan hiss bir dəfəyə dala qayıtmır.
Allah sizə yar olsun
Salam Aleykum... Qəza orucu olan şəxs Ramazan ayında vacib orucu tutması düzgün sayılır? Qəza oruclarını Ramazan ayından sonra tutsa olarmı? Birdəki Dinimizdə toy gecəsi deyə bir şey var yoxsa bu adət ənənə olarağ gəlir? Təşəkkür edirəm
Müəllif: Vəliyev
Tarix: 07.04.2020
Aleykumusalam.
Ramazan ayında hamısı vacib Ramazan orucu tutmalıdır. Qəzalar Ramazan ayından sonra tutulur.
Bəli, dinimizdə toy gecəsinin xususi əməlləri var ki, onlar ünvanlı kitablarda qeyd ediliblər.
Allah sizə yar olsun
Sualım yoxdur. Sadəcə sizə təşəkkür etmək istədim ki, bu qədər səbrlə bütün sualları cavablandırırsız. Allah sizdən razı olsun. Haqqınızı da halal edin.
Müəllif: Ruxa
Tarix: 07.04.2020
Aleykumusalam.
Əziz həmvətənlərimizə xidmət etməyə çalışırıq. Muvəffəq oluruqsa, ALlahın verdiyi lütfdür.
Allah sizə yar olsun
salam Haci..men hamileliyin son aylarindayam..indiye kimi ayaguste durub stola secdeye gedirdim ama indi rukuya da getmeye cetinlik cekirem..bilmek istirem ki oturub qilsam rukuya nece gedecem?xahis aydin sekilde yazardiz bawa duwum.Allah razi olsun
Müəllif: Aysel
Tarix: 07.04.2020
Aleykumusalam.
Oturaq qıldıqda, ruku üçün oturaq halda səcdə yerinə tam yaxınlaşana qədər əyilib ruku zikrini deyb qalxın. Amma alnınız möhürə toxunmamalıdır. Sonra da səcdələri edəcəksiz.
Allah sizə yar olsun
Salam aleykum. Mene gece namazini tam gosderis sekilde oyrgenmek isdirem bele qarisdiriram xaiw bu barede mene komek olasiz Allah xatirine sekili vidiyosu hansi olur olsun
Müəllif: Rehimov
Tarix: 07.04.2020
Aleykumusalam.
Bu linklərə daxil olun və geniş yazıları oxuyun
http://old-az.islam.az//article/a-101.html
http://ahlibeyt.az/news/a-285.html
Allah sizə yar olsun
Müctəhid Sustain ağa
Bəraət gecəsi dəqiq nə vaxtdır?
Müəllif: Zəhra+Aşiqi
Tarix: 07.04.2020
Aleykumusalam.
Bütün muctəhidlərimiz Şəban ayının orta gecəsini , İmam Zaman ağanın doğum gecəsini sabah axşam bilirlər.
Allah sizə yar olsun
Bilerken olub olmamasina tam emin deyilem((( hem chalishdim dushmesin, hem uddum agizda olan tupurceyi
Müəllif: Nigar
Tarix: 07.04.2020
Aleykumusalam.
Yəqin ki, bilərəkdən oruc pozmaq qəsdiniz olmayıb. Deməli, bilməyərəkdən olub.
Allah sizə yar olsun
Oruc olarken dodaqda olan quru derini qopartdim, chalishdim qan agiza qetmesin, amma ehtimal var ki lap cuzi qederi dushdu agiza ve tuppurcek ile uddum, oruc pozulur?
Müəllif: Nigar
Tarix: 07.04.2020
Aleykumusalam.
Bilərəkdən olmayıbsa oruc batil olmayıb.
Allah sizə yar olsun
Salam. Hz Hevva anamiza hansi agacin meyvesini yemek olmazdi ? Ve misalcun deyek bir agazin idise hemin meyve indi bizler ucun haram sayilirmi? 2. Qurani Kerimi Mehemmed peygemberimiz yazib yoxsa onu yazili sekilde Rebbim gondermisdir?ve deyirlerki ramazan ayinda 3gun evvelinde 3gun axirinda tutanda qalanlari qeza sayilmir bu dogrudurmu yanlisdirmi? Allah razi olsun.
Müəllif: ...
Tarix: 07.04.2020
Aleykumusalam.
1.Bunun barəsində müxtəlif rəylər var. Alma, Buğda, Kamal ağacı deyənlər var. Bu haram olunmamışdır. İmtahan üçün məsləhət görülməyən bir meyvə idi. Haram olunsa idi, peyğəmbər o zaman haram etmiş sayılardı.
2.On vəhy gəlirdi, o vəhyi çatdırıdı və vəhyin katibləri onu yazırıdılar.
Ramazan ayı tam olaraq oruc tutulmalıdır. Qalan sözlər uydurmadır.
Allah sizə yar olsun
Qadına ayaq yalın namaz qılmaq olarmı?
Müəllif: Ruxa
Tarix: 07.04.2020
Aleykumusalam.
Olar, amma bir şərtlə ki, onu namaz halında naməhrəm görməməlidir.
Allah sizə yar olsun
Bu gun qeza orucun sonuncu gununun tuturam, seher yemeye duranda, sadece qeza orucu tuturam deye niyyet etdim, yani gunun sayini soylemedim, bu halda oruc duzdur?
Müəllif: Nigar
Tarix: 07.04.2020
Aleykumusalam.
Eybi yoxdur, orucunuz düzdür. Fikrinizdə nə etdiyinizi qərarlaşdırmısızsa, kifayətdir.
Allah sizə yar olsun
Salam. Qunut vacibdirmi?Bu günə qədər qunutun müstəhəb olduğunu bilirdim. Və buna görə də mən namaz qılanda qunut demirəm. Qıldığım namazlar düz sayılırmı? Əgər vacib deyilsə deməsəm olarmı? Sistani ağa
Müəllif: Ayan2+
Tarix: 07.04.2020
Aleykumusalam.
Qunut müstəhəbb əməldir. Qunutu tutmasaz da namaz pozulmaz, amma bu Peyğəmbər sünnəsidir, bu səbəbdən onu etmək savabdır.
Allah sizə yar olsun