Задать вопрос / Sual ver:
Salam Aleykum
Bir xanımın və bir oğlanın ailələri nişanlanıb evlənmələri üçün halallıq və razılıq verirsə o qız və oğlan görüşüb söhbət edə bilər ? Çox şükür hər ikimizdə namaz qılıb ibadət edirik ailələr razı olduğu halda da günah sayılır görüşüb söhbət eləməy?
Müəllif: Vəliyev
Tarix: 18.03.2020
Aleykumusalam.
Qızın atasının icazəsi ilə kəbin kəsilmədikcə naməhrəm sayılacaqlar.
Allah sizə yar olsun
Salam insan dura gece namazina ixlasla ama sora namaz da zadda vesvese gele beynineki bes filankes gorecey yuxudan durub namaz qilir zad ama insanda hal deyisme qelbinde fikirleseji men ona gore etmirem bullar gunab deyilki? Allah razi olsun
Müəllif: ....
Tarix: 18.03.2020
Aleykumusalam.
Xeyr, gunah deyil, bu vəsvəsələri özündən uzaq etsin.
Allah sizə yar olsun
Salam olsun. Bilmək istərdim gümüş qabdan(Çaşka) su içmək haramdır?
Müəllif: Allahın qulu
Tarix: 18.03.2020
Aleykumusalam.
Bəli, gümüş və qızıl qablardan yemək və içmək haramdır.
Allah sizə yar olsun
Salam qardaş alnımda sızağ var idi ama çirk eləməmişdi səcdədən başımı qaldıranda möhürün üsdündə çox azca qan gördüm namazı pozmadım sonra üsdünü əlimnən təmizdədim möhürün bu halda namazım düzdür ? Və həmin möhürlə namaz qıla bilərəm?
Müəllif: Bey
Tarix: 18.03.2020
Aleykumusalam.
Xeyr, əgər mohurun üstü qan olubsa və həmin yerə təkrar səcdə edilibsə, bu namazı pozar.
Həmin möhürün canına qan keçməyibsə uzərini yuyub istifadə edə bilərsiz.
Allah sizə yar olsun
salam. Bize bir bela cetinlik uz verende Allah deyir sebr ele imtahana cekilirsen. Allah hemin bendeden ne gozleyir misalcun nece ozunu aparsinki Allah ondan razi qalsin.
Müəllif: vusale
Tarix: 18.03.2020
Aleykumusalam.
Səbr etmək oturub əlləri əllərinin üzərinə qoymaq deyil. Yəni panika etmə, ağlını işə sal və ağıl və tədbirlə musibətin qarşısında dayan və onu dəf etməyə addımlar at.
Allah sizə yar olsun
Salam haci. 1. Burundan gelen su, belgem ya cirk bunlar pak sayilir? 2. Sidik ve yaxud basqa necaset bedene deyerse krantin altinda nece defe yumaq lazimdi pak sayilsin? 3. Boynumda cenabet ve heyz quslu var, amma istihaze quslu gelib ya yox şubhe edirem, onu da niyyet ede bilerem? Cox sagolun
Müəllif: ......
Tarix: 18.03.2020
Aleykumusalam.
Burun suyu və çirki pakdır.
Axar suyun altında bir dəfə yuyulmaqla paklanacaq.
Əsas olan cənabət ya heyzi niyyət edib qüsl etməniz boynunuzda olan bütün qüslləri siləcək.
Allah sizə yar olsun
Salam. 1.Hevayi nefs nedir?
2. Qur'anda evli, subay zina edenine nece ceza verilmesi haqda qeyd edilib. Hemin cezalar o vaxtki dovurlere aid idi? indiki dovre aid deyil?
Müəllif: salam
Tarix: 18.03.2020
Aleykumusalam.
1.Nəfsin istəyi.
2.Bəzi şəkildə ayədə var, tam izahlı olaraq hədislərdə. Bu hökmlər İslam qanunları ilə yaşayan dövlətlərdə indi də mövcuddur.
Allah sizə yar olsun
Salam bir neferin durumuna baxordim qadin idid ama oz sekillerin qoymamaisdi dini seyler qoymusdu sesli idi bileceydiler odu cun o qoyub bunu ve etrafdakilar bilir mrn cixdim ki cmaaat bilmesin mrn onjn duruma baxiram bu gunah deyil ki Allah razi olsun
Müəllif: ....
Tarix: 17.03.2020
Aleykumusalam.
Naməhrəmlərin səhifəsinə daxil olmaq olmaz.
Allah sizə yar olsun
Salam. Qeybət niyyətə bağlıdır yoxsa fərq etmir yəni əgər dildə ifadə olunarsa nə niyyətlə olur olsun qeybətdir bu sizcə?
Məsələn mən çox adamın haqqına daim girən bir insan var. Onun haqqında pis danışıram. Çünki daimi olaraq o adam insanların haqqına girir..sizcə mən bu mənada qeybət edirəm?
Müəllif: Vusal
Tarix: 17.03.2020
Aleykumusalam.
Xeyr, qeybət niyyətə bağlı ola bilməz. Qeybət kiminsə adrdıyca onun pisliyinə danışmaqdır. Burada niyyət nəyisə dəyişmir.
Allah sizə yar olsun
Salam. Mən hamiləyəm övladımın adını rəhmətə getmiş atamın adını qoymaq istiyirəm. Qoyanda nəsə oxutdurmaq lazimdi və ya başqa ad qoymaliyam?
Müəllif: AYGUN
Tarix: 17.03.2020
Aleykumusalam.
Vacib bir sey yoxdur. Amma həmin şəxsin ruhuna Quran oxutma, sədəqə vermə, və sair xeyir əməllər edib savabını hədiyyə edə bilərsiz.
Allah sizə yar olsun
Salam. Mən neçə vaxtı sübh namazına dura bilmirəm. Rlə bil şeytan qoymur mənə. Oyanıram yenə də durmuram. Əvvəl nə olsada dururdum sübhə. İndi ya özümə qüslü bəhanə edirəm ya yuxunu və s. O qədər vicdan əzabı çəkirəm ki. Ama xeyri yoxdu. Məsləhət verin mənə xaiş edirəm
Müəllif: Salam
Tarix: 17.03.2020
Aleykumusalam.
Gunahlardan uzaq durun, bilərəkdən ya bilməyərəkdən edilən gunahlardan tovbə edin. Yatarkən Kovsər surəsini oxuyub yatın.
Allah sizə yar olsun
Salam əleykum
1.Qüsl əvəzi təyəmmüm edildikdə ardınca dəstəmaza ehtiyac var ?
2.İmam Kazim (ə) -ın şəhadəti martın 20-nə düşür ?
Allah köməyiniz olsun
Müəllif: Fərid
Tarix: 17.03.2020
Aleykumusalam.
Xeyr, dıstəmaz lazım deyil.
Bəli, martın 20 si İmamın ürəkyandırıcı şəhadətidir.
Allah sizə yar olsun
Salam. Bəli ağa halallıq alacam inşaAllah. Ama demədiz qariyə qulaq asa asa oxuya bilərəm? Ona qulaq asa asa oxusamda Qurana baxıb oxuyacam. Yəni necə oxuyacaqdımsa elə. Ama oxumağımı irəlilətmək üçün ustad belə məsləhət verdi.
Müəllif: Salam
Tarix: 17.03.2020
Aleykumusalam.
Qareə qulaq asaraq oxumanız daha yaxşı olar, o zaman əhflərdən amanda qalarsız.
Allah sizə yar olsun
Yene narahat edirem uzurlu sayin. Men namazda cox boyuk sehf ediremmiw hele indi anladim. Artiq iki ay yarimdir qiliram Namaz.amaki birlewdirib qilirdim ve niyyetde ise zohr esr ve megribi deyirdim.iwanin 4ruketli deyilde 3ruketli oldugunu bawa duwmuwemmiw. Cox narahatam bu halda Namazlarm sayilmir?
Müəllif: ...
Tarix: 16.03.2020
Aleykumusalam.
Namazları bir birinin ardınca qılmaq icazəlidir, yəni gunorta namazlarını bir birinin ardınca və axşam namazlarını da eyni qaydada. Sübh namazı 2, zöhr və əsr 4, məqrib 3 və işa namazı isə 4 rükətlidir.
Allah sizə yar olsun
Salam.eger qadin mualicevi wam istifade edirse qadinliq yoluna qoyulursa wam. Bundan sonra cenabet qusulu almalidirmi?veayagi yalin Namaz qilmaq olarmi?teqlid xamnei aga. Allah razi olsun.
Müəllif: ...
Tarix: 16.03.2020
Aleykumusalam.
Xeyr, qeyd edilən şamlar qüslə səbəb olmurlar.
Qadın ancaq onu naməhrəm namaz halında görməyəcəyi halda ayaqyalın namaz qıla bilər.
Allah sizə yar olsun
Salam. Zəhmət olmazsa email ünvanınızı yazın. Orda sual yazim
Müəllif: Llovera
Tarix: 16.03.2020
Aleykumussalam
[email protected]
Allah sizə yar olsun
Salam insan yanindaki qadina baxmir ama duz arxasindadi biraz arali dururki etrqfdakilar demesin ki bes bu ona baxmir reklam ucun yox pis cixir da adam quhumana gozun zilliye baxa ozde duz arxasindadi yeni baxilmali yerlerde deyil bu riyadi Allah razi olsjn
Müəllif: ....
Tarix: 16.03.2020
Aleykumusalam.
Bir işin riya olub olmaması insanın niyyətinə aiddir, ALlaha xatir edibsə riya deyil, kiməsə göstərmək üçün edibsə, riyadır.
Allah sizə yar olsun
Size mailinize kebinin sekillerini atdim baxin zehmet olmasa cvbi bura yazin.birde cox heyfki sayt yenilemesini hec sevmedim.mesaja limit qoymusuz.fikrimizi aydin sorusa bilmirik.kohne versiya yaxsi idi.tesekkurler
Müəllif: Ilaxa
Tarix: 16.03.2020
Aleykumusalam.
BAxdıq, əgər elə yazdığı kimi səhf də oxuyubsa, təkrar oxunması düz olub.
Saytın üzərində hələ işlər gedir, iradınzı texniklərə çatdırarıq.
Allah sizə yar olsun
Salam. Mən sizə demişdim quran götürmək barədə. Mən ustadıma dedim dedi düz oxuyursan ama yaxşı olar ki husəriyə qulaq asıb oxuyasan həm oxumağınada xeyri olar. Yəni olarmı belə? Məsələn o adam ki mənə quran tapşırıb pul muqabilində.Husərinin səsini qoyum ona qulaq asaraq onnan bi yerdə oxuym Quranı
Müəllif: Salam
Tarix: 16.03.2020
Aleykumusalam.
Əgər ustadınız yoxlayıb və oxunuşunuzun düz olduğunu deyibsə, olar. Hər halda siz pul sahibindən halallıq da alın.
Allah sizə yar olsun
Salam.Ailədə ardıcıl ölüm və xəstəlik olur. Bir ilin içində.Onda Axunda QURAN açdırmaq günahdırmı,
Müəllif: Meri
Tarix: 16.03.2020
Aleykumusalam.
Gunah deyil, lakin Quran çanda nə olur? onu anlaya bilmirik. Dua yazdırmaq nəzərdə tutursuzsa. bu gunah deyil, lakin cadu filan, belə şeylər deyilərsə bunları boş verin. Quran buyurur ki, hər kəsin öz əcəli var. O əcəl yetişəndə nə bir qədər yubanar, nə də tələsər.
Allah sizə səbr versin
Allah sizə yar olsun