Ümumi suallar / Общие вопросы

Задать вопрос / Sual ver:
Salam. Xahiş edirəm cavablandırasınız. 1.Yuxudan ayılanda elə bildim ki, artıq boynuma qüsl gəlib, cünub olmuşam. Amma sonra baxdım ki, son həd yəni sonuçlanma olmayıb. Bu zaman qüsl vacib olurmu ? 2. Məni öz kanalı ilə hərəkət etsə, lakin çölə gəlməsə, qüsl vacib olurmu? Və bu hökm bütün müctehidlərin nəzərincə eynidirmi? Allah razı olsun.
Salam.Mən işimlə bağlı namazımı qıla bilmirəm.Vəziyyət elə gətirib ki buna qarşı da çıxa bilmirəm.İşimdən imtina edə bilmirəm.Çünki bu yerə qədər əlləşib əziyyət cəkib gəlmişəm bu günə kimi də hər bir namazımı vaxtında qılmışam.İndiki vaxtda isə nizə nəzarət edən şəxs buna icazə vermir.Mən də dünya ilə axirət arsında qalmışam.Belə olan halda ola bilər ki mən namazlarımı işarə ilə qılım? dəstəmaz alıb işarə ilə bütün namazlarımı qılım?ya bu işdən imtina edim?mənə köməklik edin xahiş edirəm.2.bu vəziyyət də işarə ilə qılmaq düzgündür mü?
Salam . Mundar paltar , bir yerə qoyulsa ( xəbərsiz ) . Daha sonra ora pak əşya qoyulsa , sonra yada düşə ki , ora mundar qoyulub . Ancaq mundar paltarın yaş olması ilə bağlı heç nə yada düşməsə qoyulan hissəni pak götürmək olar ? Allah razı olsun
Assalamu Aleykum . Bilmirəm sizin kimi birindən bunu soruşmaq nə qədər düzdür . 1) Mən Rusiyadan Xristiyan bir qadın tapmışam . Qadın bir az xristiyan dindaridir . Mən bu qadınla siğə eləmək istəyirəm . Gəl dua oxuyaq deyim ? Nə cür başa salım ? 2) Ümumən elə bir şey var ki ? O mənimlə olmağa razidirsa , heç xəbəri olmadan mən dua oxuyub onu alim ? Allah razı olsun
Salam . Sizə sual vermişdim alətdə yasliqla bağlı . Indi mənə təzəlikcə aşkar oldu ki , məndə sidik tuta bilmeme xesteliyi var . Bəs belə vəziyyətdə nə etmək olar ? Həmişə paltar deyismeliyem . Sağ olun
SalamAleykum.Imamin 40-i ayin necesine dusur???Evelceden tesekkur edirem,,,
Salam Aleykum. Həqiqətən bəsirət gözü açılmış adamlar bunun psixoloji bir gözəgörünmədən necə ayırd edə bilirlər? Psixoloji xəstəliyi olanlar adətən özlərini xəstə qəbul etmir və gördüklərinə inanırlar.
Salam Aleykum. Zəhmət olmasa mənə psixoloji- fərdi inkişaf kitabları ( kişisel gelişim kitaplari) məsləhət görərdiniz hansılar ki islama aiddir, Qurandan qaynaqlanır .
Salam. Men Valideynlerimi incidirem qelbine deyirem bu halda namazda qebul olmur hicabsiz ola ola namaz qılmağda düzgün deyil men namazı bu halda qılmağ isdemirem ne edim namazı atsam günah olacağ özümüde düzelde bilmirem?
Salam . Bu sualı vermişdim , ancaq deyəsən səhv izzah etmişəm. Yasliq paltarda deyil , aletdedir . Məsələn sidik hissi gəlir , o zaman alətin ən ucunda nə isə yasliq hiss edirəm . Bu tez tez baş verir . Aləti açıb baxdığım zaman heç bir yaş nə görünür , nə də əl ilə toxunuldugun da hiss olunmur . Durmadan paltar dəyişirdim , ancaq bunun çıxış yolu olmadığını gördüm . Tez tez hiss edirəm , açıram heç nə yox . Yasliq paltardan kecmir
Assalamu aleykum. 1.)Rükətlərin sayında səhf olmasına 99% əminlik olarsa namazı kəsib yenidən qılmaq olar? 2.)Nəcis olmuş səth tualet kağızı ilə tam quru olana kimi silinərsə əli bu səthə toxundurub çəkdikdə azca yapışma olarsa(ehtimal ki, əldə azca tər ola bilər) əl murdar sayılır? 3.)Ağzı açmadan (dil ağızda azacıq tərpənirsə)ürəydə söyüş söymək günahdır. Ümumiyyətlə insanın bədən üzvlərinin adları və ya bəzi peşələrin adını demək günah sayılır
Salam Aleykum. 1) Camaat namazı necə qılınır? 2) Namazın hansı sözləri imamla birlikdə deyilir? 3) Vacib səcdəsi olan surələr hansılardır?Təşəkkür edirəm. Allah sizdən razı olsun.
Salam Heci. Sualim beledir. Dindar momun adam qargiw ede bilermi??? Yani kkmlese sozu duz gelmir qargiwdan soyuw evezine yagdirir.
Salam . Kiçik tualet edərkən ələ , qola sıçrama hiss olunsa , ancaq baxıldığı zaman heç bir yasliq görünməsə , belə hallarda o hissələr pakdır ? Çünki mənə elə gəlmiş ola bilər . Allah razı olsun
Salam aleykum.1.Azərbaycanda şiəlik nə zamandan yaranıb? 2.Şah İsmayıl şiəliyi qılınc gücü ilə yayıb deyimi doğrudurmu ? Birdə Azərbaycanda şiəliyin nə zamandan yaranmasına aid məqalə ya mənbə Ağdaş yaxşı olardı.Allah razı olsun.
Salam . Paltarlı ikən aletin ucunda yasliq hiss olunsa , lakin açılıb baxıldığı zaman alətin ucunun quru olduğu həm gözlə görülsə və toxunma ilə hiss olunsa , paltarı geyindikden sonra yenidən hiss olunsa , paltarlar mundar olacaq ? Allah razı olsun
Salam Haci. Haci men ushaq vaxtindan rusiyada yashayiram 8 il bundan evvel qoshulub qacmisham bashka bir shehere,o vaxtan beri hami oldu menimle dushmen.... atam,icki icen olub daima bizim ailede yeznem bacimin yoldashi boyukluk edir demek olar... cox iki uzlu qansiz bir adamdi Allahdan uzaq..... hamiya zapret qoydu ki heckim menimle elaqe saxlamasun.... 8 il kecdi men ceht eledim cerez qohum barishdirdilar bizi . Getdim yoldashimla hemen shehere cox mehriban olduq, dunyada cox sevdiyim bacimi gordum her shey yaxshi idi men qaytdim yene yoldashimla yeznem bacima dediki onunla yene elaqeni kes...... Haci bu 8 il erzinde men o insana hec vaxt qarqish etmemishem halbuki Anani balasindan bacini bacidan ayrib... ama qaytdim eshitdimki bacim halbet mene zeng edib dediki yene beyni conub onun.... icimden ona qarshi yalniz qarqish gelir.... men cox kinli insanam ve bilirem kimese kin saxliyib qelbden incisem yixilir onun evi... men neyniyim axi? Bilmirem kimden meslehet alim?
Salam. Uzr isteyirem, er ve arvad yaxinliq eden zaman, elaqede olanda hansisa dua ve ya soz demelidirmi? Vacib olan sozler varmi? Sistani agaya teqlid edilir. Teshekkur edirem
Men bilmey isdeyiremki icki satisi ile mesgul ola ola namaz qilmag olar?
bes men axi bilmirem hansi namazlar sessiz qilinmalidi.zehmet olmasa bunu yazin bilim hansi namazlar sessizdi
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.