Задать вопрос / Sual ver:
Salam namazin sunnetlerini ve teheccud namazini qilmaq vacibdir?
Müəllif: Lamiye
Tarix: 20.12.2020
Aleykumussalam.
Bu namazlar vacib deyil. Qılınması daha xeyirlidir.
Allah sizə yar olsun
Qizlarla qisa muddetli sevgi adı altında munasibetde olan adama senin de bacın anan var deyende, o ayrı bu ayrı, menimkiler ele elemez, bular özleri isteyir deyende ne cavab verim?
Teshekkurler
Müəllif: TOGHRUL
Tarix: 20.12.2020
Aleykumussalam.
Ona cavab verin ki belə cavabi elə səninlə danışan qızların da qardaşları deyir. Bəlkə ayilsin.
Allah sizə yar olsun
Salam aleyküm Allahın salamı olsun üzerinize men sizden bir söz soruşmaq isteyirem çox qorxuram bu günahıma göre xaiş edirem bunun cezası günahı nedir çox qorxuram ( menim telefonumda öz cinsi organımın şekilin çekib yüklemişdim daha sonra bunu anam gördü özü telefonumu qurtdaladı ve gördü cinsi organımı bunun günahı nedir xaiş edirem?
Müəllif: Eziz
Tarix: 20.12.2020
Aleykumussalam.
Bu çox ayıb və çirkin bir əməldir. Nə dini nə milli mənliyimizə yaraşmayan bir əməldir. Tövbə edin və bir daha belə çirkin işlərə bulaşmayın.
Allah sizə yar olsun
Salam men sistani agaya teqlid edirem mohirle namaz qiliram indi bilmek isteyirem men namazi 3defe qiliram zohrle esri saat 3de samla xifteni saat 8 de birge qiliram bilmek istiyirem sustani agada bu duzgundurmu ?
Müəllif: Seadet
Tarix: 20.12.2020
Aleykumussalam.
Namazda alın səcdəsi düz olan şeyin üzərinə qoyulmalıdır. Bunun ən üstün olanı torpaqdır ki, möhür də elə torpaqdır.
Namazları bir birinin ardınca qılmaq düzgündür. Amma zöhru vaxtinda qılın, bitirdikdən sonra isə əsri qıla bilərsiniz. Həmçinin də axşam namazlari.
Allah sizə yar olsun
Salam.evladlarin validetinlerinin uzerinde bir haqqi varmi?bir yerde ewitdim qiz dedi atasina sene haqqimi helal etmirem.saqolun
Müəllif: Ezo
Tarix: 20.12.2020
Aleykumussalam.
Övladların da müəyyən haqqı var, amma mən valideynin haqqinin zərrəsi övladın haqqından artıqdır. Əgər valideyn övladı barədə vəzifəsini icra edibsə qızın valideyninə belə demə haqqı yoxdur.
Allah sizə yar olsun
Ас-саляму алейкум. Пропускают ли сопли воду? Например, моешь лицо во время омовения, а у тебя где-то на лице они остались, либо во время мытья насморк потёк.
Müəllif: ГГСС
Tarix: 20.12.2020
Aleykumussalam.
Eto zavisit ot qustnisti. Do omiveniya moyte licho. Popadaniya sopli posle mitya ne portit omiveniye
Allah sizə yar olsun
Salam. Namaz qılmaq üçün ayrı paltarlar ayırmaq olar? Yəni insan namazdan öncə paltarlarını dəyişib ayırdığı paltarlarla namaz qıla bilər? Bunun günahı varmı
Müəllif: ...
Tarix: 20.12.2020
Aleykumussalam.
Bəli belə etmək olar, bəlkə daha üstünü budur
Allah sizə yar olsun
Səlamun Aleyküm. Siz yazmısınız ki siğə Quranla tənzimlənib.
Hansı ayədir ki?
Müəllif: TALİB
Tarix: 19.12.2020
Aleykumussalam.
Nisa surəsi 24 cu ayə.
Allah sizə yar olsun
Salam Aleykum. men size mahnı haqda sual veren şexsem. Siz sualın cavabında dediniz ki, haram mahılara qulaq asmaq haram, halal mahnılara qulaq asmaq halaldır. soruşmaq isteyirdim ki, hansı mahnılar haram, hansılar halaldır? ve her hansısa bir mahnı nece haram ola bilir ki?
Müəllif: Nihad
Tarix: 19.12.2020
Aleykumussalam.
İnsani Allah zikrindən saxlayan, adi normal halından çıxaran, haram məclislərə aid olanlar haramdır.
Allah sizə yar olsun
Salam. Krakowda heftede 2 defe qizla görüşen, yatan ve muselmanam deyenin Allah'ın gözündeki durumu necedi, izah ede bilersiz? Bir de o qizlarin durumu... Allah razı olsun
Müəllif: TOGHRUL
Tarix: 19.12.2020
Aleykumussalam.
Haram işlər içində olan şəxslərin durumu acınacaqlıdır.
Allah sizə yar olsun
Salam aleykum. Səhv etmirəmsə belə bir hədis eşitmişəm ki, qüslü əgər düzgün alırsansa cadu sənə təsir eləmir. Belə hədis var? Allah razı olsun.
Müəllif: Elgün
Tarix: 19.12.2020
Aleykumussalam.
Bunun qusllə əlaqəsi yoxdur. Allaha siginin cadu təsir etməz
Allah sizə yar olsun
Salam dovşan əti haramdir?
Müəllif: Anar
Tarix: 19.12.2020
Aleykumussalam.
Bəli bütün pəncəlilər kimi dovşan əti də haramdır.
Allah sizə yar olsun
Səlam. Sizin yazdığınız Əsr namazının vaxtı ilə Qafqaz İslam saytındakı Əsr namazının vaxtı uyğun gəlmir. Siz namaz vaxtlarına haradan baxırsınız?
Müəllif: TALİB
Tarix: 19.12.2020
Aleykumussalam.
Biz ən etibarlı bildiyimiz vaxtı qoymuşuq.
Allah sizə yar olsun
Səlam. şeytanı İbrahim əleyhissəlam daşlamışdır yoxsa, İsmayıl əleyhissalam?
Müəllif: TALİB
Tarix: 19.12.2020
Aleykumussalam.
Şeytani mina çölündə daslayaraq qovma həzrət ibrahimin əməlidir.
Allah sizə yar olsun
Salam eger bir qiz usaginjn haqqina girmisemse uzagdan uzaga
taniyiramm yeni onu taniyan iki oglan tanisim avr ollarda ehtimal bele vermirem ki o qiza yazalar ki bes halalig ver indi men neyniyim qiz usagidi adam zoz gondereceh ordan o emisioglh bu dayisioglu cixacagki niye halalig isdiyirsen ne bilim men indi birine ehtimal azda olsa veirrem ona yazsam o oz biynuna goturmese hemin qiza yazib men evezdrn halaljg isdememeyi men neyniyim savab is gorub heidye eliyim wiza tovbe eliyim? Maddi haqqa girmemisem vox sağ olun
Müəllif: Bende
Tarix: 19.12.2020
Aleykumussalam.
Haqqını nə ilə pozmusuzsa onu qeyd edib halallıq alin.
Allah sizə yar olsun
Salamun Əleyküm. Fərz namazların nafilələri necə qılınır?
Əbu Talib müsəlman olub?
Biri deyirdi ki, dəstəmaz aldıqdan sonra ayağı və başı məsh edərkən krana toxunsaq kranın suyu əlimizə keçər və məsh edəndə dəstəmaz suyu ilə məsh etmiş olmarıq. Bu doğrudur? Yəni krana toxunub suyu bağladıqdan sonra məsh etmək olar?
Müəllif: TALİB
Tarix: 19.12.2020
Aleykumussalam.
Nafilələrin bəziləri namazın özündən əvvəl, bəziləri isə sonra qılınır. Risalə kitablarında geniş surətdə qeyd edilib. Ora baxa bilərsiniz.
Həzrət Əbu talib müsəlman olaraq dünyadan köçüb.
Dəstəmaz zamanı yuyulma bitəndən sonra məsh etməmiş əlin içini yaş yerə vurmaq olmaz.
Allah sizə yar olsun
Salam Haci. Zehmet olmazsa deyerdiniz, Yunus suresi 34-cu aye rehmet ayesidirmi?
Müəllif: Orxan
Tarix: 18.12.2020
Aleykumussalam.
Əgər istixarə etmisinizsə bunu xeyrə yozmazdiq.
Allah sizə yar olsun
Salam Aleykum. Lə həvlə vələ quvvətə illə billəhil əliyyul əzim. Yazdığımda sehv varmı?. Ve menası nedir?. Ne üçün oxunur bu?. Allah razı olsun
Müəllif: Nihad
Tarix: 18.12.2020
Aleykumussalam.
Uzatmalarin yerini bilirsinizsə düzdür.
Ali və əzəmətli olan Allahdan kənar güc və qüdrət yoxdur.
Allah sizə yar olsun
Salam Haci. Sumuk iliyini yemek olar? Eger yoxsa xawda meselen onun wiresi cixir ..zing deyirler onu yemek olar? Minnetdaram
Müəllif: Murad
Tarix: 18.12.2020
Aleykumussalam.
Onurğa sümüyündə olanın yeyilməsi haramdır. Ayaq sümüyündə olan halaldır.
Allah sizə yar olsun
Salam Aleykum. Dinimizde mahnıya qulaq asmağa nece baxılır?. Günah ve ya haramdırmı?. Önceden teşekkür edirem. Allah razı oslun
Müəllif: Nihad
Tarix: 18.12.2020
Aleykumussalam.
Halal olanlarına qulaq asmaq halal, haramlarina qulaq asmaq isə haramdır.
Allah sizə yar olsun