Задать вопрос / Sual ver:
Salam men 21 yasimda namaza basladim.bilmek isteyiremki namaz mene ferz olannan bu gune qeder qilmadigim ucun qeza namazi qilmaliyammi??Qeza namazi qilarken nece niyyet edilir
Müəllif: Sevda
Tarix: 06.05.2020
Aleykumussalam
Bəli qilmadiqiniz gunlərin qəzasını qilacaqsiz. Niyyətində isə filan namazın qəzasını qılıram deyəcəksiz.
Allah sizə yar olsun
Əkaşə duasını hardan tapıb oxuya bilerem
Müəllif: Naida
Tarix: 06.05.2020
Aleykumussalam
Səhf etmiriksə Məfatihul cinan kitabinda olacaq.
Allah sizə yar olsun
Salam . Qaynatam evdə kvas duzeldib ozu. Terkibi su; maya ;limon duzu ve qendden ibaretdir. Balonda bir necə gün saxladi .indi ise icirler .usaqlara da verirler deyirlerki spirtli deyil ki .men de bir soz deyə bilmirəm. Sizce spirtli icki sayilir ? Men ne edim bele halda?
Müəllif: Salam
Tarix: 06.05.2020
Aleykumussalam
Onun tərkibində spirt əmələ gəlib gəlməsini labatoriyada bilmək olar. Belə bilinməz. Əgər tərkibində spirt olmasa içə bilərlər.
Allah sizə yar olsun
Bir de soruwmaq isteyirdim keffare orucdan bawqa nede ola bilir? Birde orucu pozanda keffare gelir bes tutmuyanda da keffare gelir?
Müəllif: Aylin
Tarix: 06.05.2020
Aleykumusalam.
Oruc tutmadan başqa fəqirə qida ya onun pulu ola bilir.
Orucu tutmamaq elə pozmaqdır.
Allah sizə yar olsun
Salam. Menim yoldawimin boynunda coxlu oruc keffareleri var. Keffareler verilmese ne olar? Biz ozumuz de kiraye qaliriq keffareye gucumuz catmaz.
Müəllif: Aylin
Tarix: 06.05.2020
Aleykumusalam.
Kəffarəyə gücünüz yoxdursa, gərək diqqətli olub boynuna kəffarə gətirməyə.
İmkn olduğu vaxtda imkan olduğu qədər verərsiz.
Allah sizə yar olsun
Salam Haci Men Qurani evvelden axira oxuyub bitirmisem.Yaxin olulerimcun yasin oxuya bilerem?ve nece niyyet etmeliyem?Xaiw edirem izah edesiniz.
Müəllif: Leman
Tarix: 06.05.2020
Aleykumusalam.
Bəli, pulsuz oxuyursuzsa, edə bilərsiz.
Niyyətə gəldikdə isə kimlər üçün oxuduğunuzu fikrinizdə tutmaq kifayətdir.
Allah sizə yar olsun
Salam dedim ki bes Allah rehmeymti insani gunahdan cekindercek en guclu du munu musteqil quvve olaraq dedim rehmet elə Allahın rehmetidide fikrimde yanlis deyilem ki bezen tefekkurde yanlisliqlar eluyirem ve bu hecde xos olmur sizce duz bir soz dedim yoxsa nece xais edirem cavablandirardiz ki dusunce terzim duzgun formalassin
Müəllif: Ollll
Tarix: 06.05.2020
Aleykumusalam.
Hörmətli oxucu, sizə dəfələrlə yazdıq ki, heç nə fikirləşməyin, hətta xahiş etdik. Sizə yardım olaraq dərslik kimi yazılmış kitab da göstərdik ki, onu diqqətlə oxuyun yardım etsin. Siz isə adı dəyişməklə eyni məzmunlu suallar göndərirsiz. Cavab vermirik, təkrar təkrar yaırsız, Sizcə bu etdiyiniz düzdür?
Allah sizə yar olsun
Salam haci menim yoldawim 5gun oruc tutdu medesinde naratligi var deye mede agridi tutabilmedi gunah etmiw saylir 5cigun agridan dozmedi pozdu orucu
Müəllif: Nura
Tarix: 05.05.2020
Aleykumussalam
Əgər oruc olmaqliq çox ağrıdıcı və əziyyət verici olubsa və xəstəliyi siddətləndirirsə,saqalandan sonra qəza edər.
Allah sizə yar olsun
Salam haci. Eger isde mudriyyet bizimle pis davranir, duzdu qişqirmir amma edaletsizlik, haqsizliq edirse, kimise bizden ustun tutursa hansisa mueyyen sebeblere gore, ureyimiz qiriq qiriq olursa bu sozlerden ve hereketlerden ve biz buna dozmeye mecburuqsa, ele bil ki, bura ele yer deyil ki, haqqimizi teleb edek ve s. Artiq soz desek mudriyyetin gozunden bir basa qara siyahiya duse bilerik. Ozunuz de gozel bilirsiz olkede is tapmaq cetin meseledir. O zaman hansi dualari oxuyaq ki, ureyimiz rahatliq tapsin?
Müəllif: ......
Tarix: 05.05.2020
Aleykumussalam.
Allahı çox zikr edin. Onu zikr etməklə qəlblər rahatlıq tapar
Allah sizə yar olsun
Salam.Tövbənin pozulmasının kəfarəsi 3gün dalbadal orucdu,düzdü?
Müəllif: Anonim
Tarix: 05.05.2020
Aleykumussalam
Bu andın pozulmasının kəffarəsidir.
Allah sizə yar olsun
Salam.Bilmək istəyirəm suallarımızı kim cavablandırır?Üzrlü sayın bilmədiyim üçün.
Müəllif: Anonim
Tarix: 05.05.2020
Aleykumussalam
Sizə dini islərinizdə yardımçı olmağa çalışan bir Allah bəndəsi.
Allah sizə yar olsun
Salam.Deyirlər Azərbaycanda halal kolbasa sosisqa yoxdu?Buna fikriniz?Siz hansı firmanın məhsullarından ustifadə edirsiz?
Müəllif: Anonim
Tarix: 05.05.2020
Aleykumussalam.
Bir çox şirkətlər halal vurmağa çalışırlar və müəyyən qədər də buna nail olublar. Bizim yanimizda isə hicaz şirkəti tam olaraq buna nail olublar. Onlara tam etimadimiz var
Allah sizə yar olsun
Müctəhid Sistani ağa
Zəhmət olmasa deyin namaz qılanda ən yaxşı libası geyinmək məsləhət görülür, ipəkdən olsa günah olmaz.2.Namazda səcdələrdən sonra təşəhhüd gəlırsə təkbir demək lazımdır? 4rükətli namazda 1ci təşəhhüddən sonra 3cü rükətə qalxanda təkbir demək lazimdir? Bir də zəhmət olmasa e mailə məlumat göndərin ki, cavab verilib. Mən orda xananı qeyd edirəm.Amma gəlmir.Hər dəfə baxmaq problem olur . Təşəkkür edirəm.
Müəllif: Zəhra+Aşiqi
Tarix: 05.05.2020
Aleykumussalam.
Qadın üçün bunun problemi yoxdur.
Bəli deyə bilərsiniz
Təşəhhüddən sonra təkbir demək lazım deyil.
Bu bizdən asılı deyil. Əgər emailinizi düzgün qeyd etmisizsə sistem avtomatik olaraq göndərir.
Allah sizə yar olsun
Salam Aleykum.
1. Şadlıq saraylarında və ya getdiyimiz hər hansı məclisdə olan toyuq əti, kolbasa və s. Qidaların halal olub olmadığını bilməsək onları yemək olar yoxsa yox?
2. Namaz qıldığımız xalçanın (ceynamaz) üzərinə spirtli ətir vurmaq olar?
3. Ramazan ayında oruc tutmağın vacib olduğunu bilirik. Amma bir şəxs bu ayın bütün günlərini deyil, istədiyi gün (günlər) oruc tuta bilər?
Əvvəlcədən təşəkkürlər.
Müəllif: Anar
Tarix: 05.05.2020
Aleykumussalam
Halal olmasına yəqinlik olmayan heç nəyi yemək olmaz.
2. Bunun eybi yoxdur
3.Xeyr belə şey yoxdur. Bu ay tam olaraq oruc tutulmalıdır.
Allah sizə yar olsun
Salam Aleykum men Ramazan ayının orucun tutdum yalniz orucu pozmaq niyyetinde olmadan cima meselesi ile orucumu pozdum sonra əmin olmadim orucumu dayandirdim mənə borc olaraq kəffarə düşürmü və yaxud qezasını tutmaliyam
Müəllif: .....
Tarix: 05.05.2020
Aleykumussalam
Boynunuza kəffarə gəlib.
Allah sizə yar olsun
Salam. Mehemmed Peygemberin nece saqqal saxladigini oyrenmek isteyirem. Selefilerin saxladigi saqqal duzgundurmu? Biglarini azaldirlar onlar
Müəllif: Anonim
Tarix: 05.05.2020
Aleykumussalam
Sələfilərin nəyi düzdü kı o da düz olsun. Həzrətin saqqalı adi və cox səliqəli olub.
Allah sizə yar olsun
Salam. Size sualim beledir: men bir hereketimle bagli Allaha tovbe etmiwdim.. 3 defe tovbemi pozdum. Amma sonunda wukur boyuk bir cehdle tekrar tovbe etdim ve Ramazan ayindada soz verib el cekdim o hereketimden... dunen yuxuda gordumki o tovbemi gorurem ve wukur yuxuda qoymadimki tovbem pozula. Ancaq 1 saat evvel yuxuda yene gordumki tovbeme yox pozmar dediyim halda o hereketi icra eledim. Men yene tovbe Namazi qilmaliyam? Yuxudaki goruntunun gercek heyatdaki tovbeme aidiyyati varmi?
Müəllif: A...ova
Tarix: 05.05.2020
Aleykumussalam
Yuxulara fikir verməyin. Yuxular adi həyatda baş verən hal deyil.
Allah sizə yar olsun
Salam haci. Men is yoldasimnan danisdim ki, sabah gece smenine cixmayim. Bu gun qusl edecem, sabah oruc olmaq niyyeti ile, amma ola bilsin ki, sabah axsama yaxin yene cirk geler ve quslum pozular, amma axsam olarsa men isde qusl ede bilmerem ki birisigun oruc olum. Ona gore is yoldasimnan danisdim, deyir get reisden icaze al, o buraxacaq. Reis de kişidir, atam yasindadir. Men cavan qiz nece reise deyim ki, sabah ise gelmeyim? Men utaniram, hem de o dindar deyil. Yaxinlassam buraxar amma sebebi demek lazimdi. Sebebi de bilmirem nece deyim. Sizce ne demek olar?
Müəllif: ......
Tarix: 05.05.2020
Aleykumussalam.
Ona öz xüsusi vəziyyətinizə görə icazə lazım olduğunu bildirin..
Allah sizə yar olsun
Salam.Men anam və bacım oruc tutmuşuq.Men anamla bacımı iftara çağırmaq isteyirem evime.Bacim Sumqayıtda yaşayır.Anam Binəqədidə mən isə aeroportun yanında qalıram.Anamla bacım bize gelse orucları pozulmuş olar?Səfərə çıxanda oruc pozulur deyirlər.Bu da səfər sayılır?Məsafəyə görə soruşuram.2ci sualım qədr gecələrində heyzli halda oyaq qalıb dua oxuya bilərəm?Qurana bilirəm elə vura bilmeren.Bes telefondan surələr dualar oxuyub dua edə bilərəm?Qusullu halda insan təmiz pak olur.Men heyzli halda dua etsəm hemen gecelerde dualarım qəbul olar?Yoxsa təmiz sayilmiram deyə olmaz?Çox sağ olun cavanlarımız görə.
Müəllif: Gunel
Tarix: 05.05.2020
Aleykumussalam.
Əgər evlərindən zöhrdən sonra çıxsalar orucları salamat qalacaq.
İstədiyiniz qədər dua və zikrlər edə bilərsiniz.
Allah sizə yar olsun
Salam
Sizin biraz vaxtinizi alacam men bir nece sualim var size cavablandirsaniz cox ssevinerem
1) Xiristiyan dini Mövcuddur ? və doğru dindirmi ?
2) neye gore Xiristiyanlar İsa Peyğembere ata oğul namine deyiller ve xaç işarəsi daşıyıllar bu duzgundurmu ?
3) İsa Peyğember yehudi olub yoxa Xristiyan ?
4) ve en esasi bu sual mene cox vacibdi men mobil proqram hazirlayiram butun olkelerde olan tarixi abidelerle baqli bu proqramda tarixi mekanlar-Mescidler-binalar-heykeller-ve en esasi Xiristiyan Kilseleri var . Men bu proqramdan pul qazansam bu pul mene haram olmaz ? birde qeyd edim Musliman ve Xristiyan abidelerinden basqa dine mexsuz abiler qoymamisam proqrama cunku buddere sitayis eden yerler var idi
Suallarimi cavablasaniz cox sevinerem tesekkur
Müəllif: Kənan
Tarix: 05.05.2020
Aleykumussalam
1. Bəli bu dinin varlığı hamiya məlumdur. Doqruluqa qaldiqda isə təhrif olunmuş dindir.
2. Bu onların səhflərindən biridir.
3. Yəhudi milli mənsubiyyətdir, xristianlıq dini. Səhf muqaisədir.
4.Qeyd edilən işdən qazanciniz haram deyil
Allah sizə yar olsun